Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə203/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   199   200   201   202   203   204   205   206   ...   540
1027 (1)

1.

 

XX əsr Qərb fəlsəfəsinin özəllikləri 

XIX

 

əsrin  ikinci  yansında  yeni,  qeyri-klassik  elmə  keçidin 



tədricən  əsası  hazırlanır,  XX  əsrin  başlanğıcında  isə  həyata 

keçirilir. 

XX

 

əsrin daha çox inkişaf etmiş bəzi fəlsəfi konsepsiyalan 



özlərini  klassik  hesab  etməsələr  də,  klassik  fikir  ilə  əlaqəni 

kəsməmişlər. XX əsrin bir sıra görkəmli fılosoflan artıq klassik 

kimi tanınırlar: A.Berqson, E.Husserl, Z.Freyd, B.Rassel, L.Vit- 

genşteyn, C.Dyüi, A.N.Uaythed, K.Yaspers, M.Haydegger, 

J.P.Sartr və başqalan. 

Bununla yanaşı XX əsrdə fəlsəfi fikrin dayandığı təməldə bir 

sıra  ciddi  dəyişikliklər  baş  verdi.  Ən  yeni  fəlsəfə  irsən 

mənimsədiyi naturalist, metafizik və subyektiv zəmindən imtina 

etməyə cəhd göstərdi. Bu da klassik fəlsəfə çərçivəsindən xeyli 

kənara çıxa bilən yeni cərəyanların meydana gəlməsi imkanını 

yaratdı:  fenomenologiya,  hermenevtika,  ekzistensia-  lizm, 

analitik  fəlsəfə,  postindustrializm  və  b.  Beləliklə,  XX  əsrdə 

fəlsəfə  ən  yeni  cərəyanlarının  təmsilçiləri  simasında  universal 

təlim rolundan imtina etməyə çalışdı. Keçən əsrdə fəlsəfi fikrin 

sonrakı dar ixtisaslaşması fəlsəfənin ffaqment- ləşməsinə meyli 

xeyli artırdı. Lakin klassik fəlsəfə ilə əlaqə qırılmadı. 

Fəlsəfənin mahiyyəti və müasir dünyada rolu məsələsi yenə 

də  əvvəlki  kimi  əsas  problem  olaraq  qalır.  Bu  məsələdə 

pozitivizm  əleyhinə  meyl  daha  üstündür.  Bir  çox  görkəmli 

alimlərin  fikrincə  fəlsəfə  bəşəriyyətin  ondan  həllini  gözlədiyi 

problemləri  başa  düşmək  istiqamətində  səy  göstərməlidir.  Bu 

problemləri aşağıdakı kimi formalaşdırmaq olar: dünya və orada 

insanın yeri; fərd və bəşəriyyət; mədəniyyətlərin müxtəlifliyi və 

vəhdəti;  dünya  sivilizasiyasının  gələcək  taleyi;  insanın 

mahiyyəti  və  onun  müasir  dünyada  rolu;  müasir  qlobal 

problemlərin sosial-fəlsəfi təhlili. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə