Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə205/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   201   202   203   204   205   206   207   208   ...   540
1027 (1)

2.1.

 

Analitik fəlsəfə 

Pozitivizmin  inkişafında  yeni  mərhələ  -  neopozitivizm 

(analitik  fəlsəfə)  XX  əsrin  20-ci  illərindən  başlayır.  B.Rassel 

(1872- 1970), L.Vİtgenşteyn (1889-1951), C.E.Mur (1873-1958) 

və başqalan analitik fəlsəfənin daha məşhur nümayəndələridir. 

K.Popper (1902-1994) öz fəlsəfəsini «antipozitiv» adlandırsa da, 

onun dünyagörüşü pozitiv ənənə sferasında qaldı. 

Neopozitivizm başqa fəlsəfi təlimlərdən daha çox elm və onun 

problemləri ilə bağlıdır. Bu təlim yarandığı vaxtdan başlayaraq 

əhəmiyyətli təkamül yolu keçmiş və müxtəlif adlarda öz ifadəsini 

tapmışdır.  Neopozitivizm  əvvəlcə  «məntiqi  ato-  mizm»  kimi 

çıxış  edir,  sonra  «məntiqi  pozitivizm»  adlanır,  daha  sonra  isə 

«analitik  fəlsəfə»  adını  qəbul  edir.  Onun  ABŞ-da  da  yayılan 

Britaniya  növü  «linqvistik  fəlsəfə»  adlanır.  Neopozitivizm 

daxilində  «elm  fəlsəfəsi»  meydana  gəlmiş  və  çox  geniş 

yayılmışdı. 

Analitik fəlsəfə — analitik məntiqə əsaslanan fəlsəfəni ifadə 

edən ümumi termindir. Bu fəlsəfə C.Lokk, D.Yum və C.Millin 

ingilis  «empirizm»indən  başlayaraq,  «Vena  klubu»nun  məntiqi 

pozitivizmi və erkən L.Vİtgenşteyn və B.Rasselin «məntiqi ato- 

mizm»indən bəhrələnmişdir. 

Analitiklərin  (xüsusən  onun  Britaniya  nümayəndələrinin) 

fəlsəfə tarixinə münasibəti onun iki fənnə bölünməsi ilə şərt- 

186 



ləndirilir: fəlsəfə tarixi və ideyalar tarixi. Axınncı əsasən qeyri 

fəlsəfi fənn kimi araşdırılır və göstərilir ki, bu fənn ideyaların 

hər  hansı  sisteminin  formalaşmasının  konkret  tarixi  şəraiti  ilə 

əlaqədardır.  Analitiklərin  fikrincə  fəlsəfə  tarixi  konkret 

hissəciklərin  və  müəyyən  fəlsəfi  konsepsiyanın  yarandığı 

mədəni- tarixi fonun təhlilindən azad olmalıdır. Konsepsiyanın 

məntiqi əsası və onun əsaslandınlması üsulu daha vacib hesab 

edilir. 


Xüsusi qeyd etmək lazımdır ki, özünün yüzillik mövcudluğu 

dövründə  analitik  fəlsəfə  ciddi  surətdə  dəyişmişdir.  Əgər  bu 

fəlsəfə  əvvəllər  dil,  elm,  məntiq  ilə  maraqlanırdısa  və  fəlsəfi 

problemlərə tarixi  münasibətdən daha çox sistemli münasibəti 

işləyib  hazırlayırdısa,  bu  gün  o  əvvəllər  əleyhinə  çıxdığı 

fəlsəfəyə oxşamağa başlayır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə