Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Əksliklərin vəhdəti və mübarizəsi qanunu



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə201/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   197   198   199   200   201   202   203   204   ...   540
1027 (1)

Əksliklərin vəhdəti və mübarizəsi qanunu.

 Dialektik təlimə 

görə  ziddiyyət  bir-birini  inkar  edən  və  bir-birini  şərtləndirən 

əksliklərin  vəhdətidir.  Əksliklərin  vəhdəti  həmişə  nisbidir, 

müvəqqətidir,  mübarizə  isə  çox  hallarda  mütləqdir.’Əksliklərin 

vəhdətinin nisbiliyi - nisbi sükunət ilə, əksliklərin mübarizəsinin 

mütləqliyi - mütləq hərəkət ilə əlaqədədir. 

Dialektikada əksliklərin vəhdəti və mübarizəsi kimi ziddiyyət 

varlığın  ümumi  formasıdır.  Hegel  sübut  edirdi  ki,  ziddiyyət 

ümumi  xarakter  daşıyır  və  dünyanı  hərəkətə  gətirir.  Dialektik 

materializmə  görə  isə  ziddiyyətlərin  universallığı  ondadır  ki, 

onlar  varlığın  bütün  sahələrində,  idrak  prosesinin  bütün 

mərhələlərində fəaliyyət göstərir. 

Filosoflann çoxu ziddiyyətlərin mövcud olmasının əleyhinə 

deyil,  onlann  mütləqləşdirilməsinə  qarşı  çıxış  edirlər.  Onlann 

fikrincə sovet dövrünün filosoflarının və marksistlərin çoxunun 

şərhində banşmaz münaqişə modeli fəlsəfənin əsasında dayanır: 

həyat  ağ  və  qara  tərəflərdən  ibarətdir,  insanlar  bizimkilər  və 

yadlar,  tamamilə  doğru  və  tamamilə  günahkar  kimi  iki  qrupa 

bölünür.  Barışmaz  mübarizə  (əslində  müharibə)  və  əks  tərəfin 

tamamilə  məhv  edilməsi  münaqişənin  həll  edilməsinin  əsas 

vasitəsi hesab edilirdi. Marksist leksikonunda «mübarizə» ən çox 

işlənilən  söz  idi.  Bütün  mülahizələrin  və  planların  mərkəzində 

sinfi mübarizə, ictimai-siyasi formasiyaların və ideologiyaların 



181 


mübarizəsi, çoxlu «xalq düşmənləri» ilə mübarizə fikri dururdu. 

Bu  yalnız  siyasi  vəziyyətin  və  taktikanın  atributu  deyil,  eyni 

zamanda hakim dünyagörüşü, onun prinsipləri və ideallan idi. 

Zarafat  şəklində  tərtib  edilmiş  anketi  doldurarkən,  Marks 

xoşbəxtliyi necə başa düşür sualına qətiyyətlə cavab vermişdi: 

«Mübarizə». Əksliklərin vəhdəti və mübarizəsi qanunu dialek- 

tikanın ən əsas qanunu elan edilmişdi. Stalin isə bunu mübarizə 

qanununa  (yalnız  mübarizə)  çevirmişdi.  Lenin  göstərirdi  ki, 

əksliklərin  mübarizəsi  mütləqdir.  Mübarizə  ifrata  çatdınlıb 

univer- sallaşdınlmışdır. 

Ziddiyyətin  hərəkətin  qaynağı  olması  fikrini  birinci  dəfə 

ümumi  şəkildə  qədim  yunan  filosofu  Heraklit  söyləmiş,  lakin 

bu  fikri  universal  şəkildə  işləyib  idrak  prosesinə  tətbiq  edən 

Hegel  olmuşdur.  O,  yazırdı:  «...Əkslik...  hər  cür  hərəkətin  və 

həyatiliyin köküdün>. Bu müddəa Marks və onun davamçılan 

tərəfindən  materializm  əsasında  yenidən  işlənmişdi.  Lenin 

göstərirdi ki, «inkişaf əksliklərin mübarizəsidir». 

Dialektik  ziddiyyətlərin  mahiyyəti  aşağıdakı  formula  ilə 

ifadə  edilir:  ziddiyyət  öz-özünə  hərəkətin  mahiyyətidir.  Öz- 

özünə  hərəkət  isə  ziddiyyətin  mövcudluq  üsuludur.  Ziddiyyət 

əks dəyişgənlik tendensiyası olan əks tərəflərin və ya cisimlərin 

qarşılıqlı təsiridir. 

Marksist fılosoflann fikrincə əks tərəflərin mübarizəsi zəruri 

olaraq  yeni, daha  yüksək keyfiyyət  vəziyyətinə keçməyi  tələb 

edir, yəni bu mübarizə hərəkətin və inkişafın qaynağıdır. Lenin 

dialektikanı əksliklərin vəhdəti haqqında təlim adlandırmışdı. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə