Dialektika nəzəriyyəsinə görə inkişaf prosesində inkann
nəticəsi yeni inkara məruz qala bilər. Belə halda inkarın inkan
haqqında danışmaq olar. İkinci inkar yalnız birincidən sonra
gəlməsi və onun inkarı olması ilə xarakterizə olunmur və belə
bir xüsusiyyətə malik olur ki, inkişafın bir dövrü başa çatır və
yenisi başlayır. Elə buna görə də ikinci inkarda elə əlamətlər
yaranır ki, onlar birincidə olmur. İnkarı inkarda ziddiyyətlərin
həlli prosesi baş verir. Birinci inkar öz-özlüyündə hələ inkişafın
xüsusiyyətlərini ifadə etmir. Yalnız inkarı inkardan keçərək
ziddiyyət həqiqətən müəyyən inkişaf prosesinin hərəkətverici
qüvvəsinə çevrilir.
İnkarı inkar qanununun dialektikanın ümumi qanunu olması
fikrini ilk dəfə Hegel nəzəri cəhətdən əsaslandırmışdır. Onun
idealist dialektikasına görə bu qanun ilk növbədə təfəkkürün,
sonra isə maddi dünyanın qanunudur.
Marksizm baniləri inkarı inkar qanununu materialistcəsinə
yenidən izah edərək öz fəlsəfələrinə daxil etmişlər. Marksistlər
bu qanunu maddi, obyektiv aləmin qanunu hesab edirlər, yalnız
bu əsasda onun həm də təfəkkürə və idraka aid olduğunu
göstərirlər.
Dialektika təmsilçilərinin fikrincə inkişaf həmişə bir
keyfiyyət vəziyyətinin başqası ilə əvəz edilməsi, tədriciliyin
fasiləsi deməkdir. Eyni zamanda inkişafın sonrakı
mərhələlərində əvvəlki mərhələlərdə meydana gələn müəyyən
xüsusiyyətlərin və mexanizmlərin irsən qəbul edilməsi inkişafın
ardıcıllığını və mütərəqqiliyini müəyyən edir. Əks halda tərəqqi
ümumiyyətlə mümkün olmazdı.
Dialektik materializmə görə inkarı inkar qanunu öz
qüvvəsini, özünün spesifik təsirini dialektik varislikdə və
ardıcıllıqda tapır. Burada ardıcıllıq prosesin daxili birliyinin
bərpası kimi geriqayıtma vasitəsilə həyata keçirilir. İnkişaf
yüksələn proses kimi çıxış edir, eyni zamanda bu proses geri
qayıtmaqdır. Bu qayıdış o mənada başa düşülür ki, bu prosesdə
keçmiş, indi və gələcək sadəcə olaraq bir xətt üzərində
bir-birindən sonra dayanır, onlar bir-birini tamamlayır və
şərtləndirir. Gerçək inkişaf prosesində geriyə qayıtmaq mütləq
mənada deyil, nisbi,
183
təsadüfi
hal kimi başa düşülür;
bu dəqiq təkrarlama deyil, yeni
səviyyədə baş verən təkrarlamadır.
Köhnə ilə yeninin dialektik əlaqəsi mürəkkəb xarakter
daşıyır. Keyfiyyətcə bir vəziyyətdən digərinə keçid vaxtı yalnız
xassələrin dəyişməsi deyil, həm də onlann saxlanması baş verir.
Bu saxlanma birbaşa olmaya da bilər: inkişafın müə
3
^ən
mərhələsində yox olan bu və ya başqa xassələr yeni əsasda
dirçəlməyə başlayır, təzə keyfiyyətin xüsusiyyətlərini
qüvvətləndirir.
Beləliklə, dialektika təliminə görə inkarı inkar qanunu
inkişafın hansı istiqamətdə, hansı formada baş verdiyini və
hansı nəticəyə gətirdiyini göstərir. Qütbləşən əksliklərin
bir-birinə nüfuz etməsi və qarşılıqlı təsir göstərməsi nəticəsində
başlanan hərəkətin hansı struktur forma qazandığını, bu
ziddiyyətli prosesin məzmunca açılmasını, genişlənməsini
məhz bu qanun göstərir.
184