Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


  XIV.   XIX-XX əsrlərdə dialektika nəzəriyyəsi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə199/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   195   196   197   198   199   200   201   202   ...   540
1027 (1)

177 


XIV.

 

XIX-XX əsrlərdə dialektika nəzəriyyəsi 



(Hegel. Marksizm) 

1.

 

Dialektika anlayışı, onun mənası haqqında 

Fəlsəfə  tarixində  dialektika  nəzəriyyəsinin  ən  görkəmli 

təmsilçiləri Hegel və Marks olmuşlar. Bütün görkəmli filosoflar 

bu və ya digər dərəcədə dialektika məsələlərinə toxunmuşlar. 

Heraklit dəyişiklik ideyasını əsaslandırırdı («hər şey axır və 

dəyişir»). Sabit, dəyişməyən yeganə şey maddə və substansiya 

deyil, 

dəyişmə qanunudur.

 

Aristotelə görə hər bir mümkün təbii hadisədə zəruri olaraq 



iki  əsas  ünsürü  görmək  lazımdır:  nə  isə  dəyişməyən  və 

həqiqətən dəyişən keyfiyyətlər. 

«Dialektika» sözünün ilkin mənası sərbəst dialoq vasitəsilə 

inandırmaq  metodologiyasıdır,  söhbət  aparmaq  sənətidir. 

Sokrat  sual  verə  bilən  və  ona  cavab  tapan  adamı  dialektik 

adlandınrdı. 

«Dialektika» terminini Hegel Platondan qəbul etmiş, lakin ona 

daha geniş məna vermişdir. Platona görə dialektika məntiq qi 

prosesin bir növüdür, məntiqi terminlərdən istifadə edərək sübut 

etmək metodudur. Bu metod hər hansı başqa tərəfdən informasiya 

almaq üçün istifadə edilir. Əks tərəfdə informasiya olsa da, onun 

bundan xəbəri yoxdur. 

Hegelin  «dialektika»  anlayışı  Platonun  bu  anlayışa  verdiyi 

məna ilə xeyli dərəcədə üst-üstə düşür. Bu elə məntiqi prosesdir 

ki,  tezisdən  başlayır,  antitezisdən  keçir,  hər  iki  tərəfi  özündə 

birləşdirən sintezdə başa çatır. Lakin dialektika deyəndə, Hegel 

verbal  (şifahi)  arqument  (dəlil)  mənasında  sadəcə  məntiqi 

prosesdən  daha  geniş  bir  şeyi  nəzərdə  tuturdu.  Onun  fikrincə 

dialektika  dünya  hadisələrinin  ardıcıl  olaraq  baş  verdiyi 

prosesdir. Bütün dəyişikliklər, xüsusən tarixi hadisələr, dialek- 

tikanın  qanunlarına  uyğun  olaraq  həyata  keçir:  əvvəlcə  tezis 

meydana  gəlir,  sonra  o  öz  əksini  (antitezisi)  yaradır;  bundan 

sonra onlar arasında münaqişə başlayır və bu münaqişə tezis və 

antitezisi  özündə  birləşdirən  sintez  vasitəsilə  həll  edilir.  Belə 

mübarizə nəticəsində daha yüksək səviyyədə olan yeni 

178 



sivilizasiya meydana gəlir. Tezis və antitezisdə olan bütün 

müsbət cəhətlər sintezdə birləşir. 

Dialektik  materializm  fəlsəfəsini  yaradan  Marks  Hegelin 

idealist  dialektikasmın  əsas  prinsiplərini  qəbul  etmiş  və 

materializmə əsaslanan yeni dialektik metod irəli sürmüşdür. 

Dialektik  materializmə  görə  dünyada  baş  verən  proseslər 

arasında  sonsuz  dərəcədə  müxtəlif  əlaqələr  mövcuddur,  çünki 

varlığın  tükənməzliyi  predmetlər,  təzahürlər  və  proseslər 

arasındakı  əlaqələrin  də  tükənməzliyini  göstərir.  Proseslər 

arasındakı  konfet  əlaqələrin  öyrənilməsi  ilə  xüsusi  elmlər 

məşğul olur. Dialektika isə əlaqələri hərəkət və inkişafın ümumi 

qanunauyğunluğu  kimi  şərh  edir  və  bu  əlaqələri  dərk  etmək 

üçün  konkret  elmlərin  məlumatlarına  əsaslanır.  Hərəkət  və 

inkişaf  prosesi  həmişə  obyektlər,  proseslər  və  təzahürlər 

arasında qarşılıqlı təsirin olmasını tələb edir, qarşılıqlı təsir isə 

eyni  zamanda  onlar  arasında  əlaqə  deməkdir.  Dialektika 

nəzəriyyəsində  əlaqə  obyektlərin  bir-biri  ilə  qarşılıqlı 

münasibəti, onların bir-birini şərtləndirməsi kimi başa düşülür. 

Geniş  mənada  əlaqə  dünyanın  vəhdətini  əks  etdirən  ümumi, 

universal  əlaqə  kimi  nəzərdə  tutulur.  Bu  mənada  «əlaqə» 

anlayışı, «münasibət» anlayışı ilə eynilik təşkil edir. 

Dialektik  təlim  tərəfdarları  təsdiq  edirlər  ki,  tarixən  əjaqə 

kateqoriyası elmi-tədqiqat obyektinə o vaxt çevrilir ki, əşyaların 

tədqiqindən proseslərin tədqiqinə keçid başlayır. Onlar deyirlər 

ki,  məhz  bu  mərhələdə  əlaqə  haqqında  təlim  -  dialektika 

meydana gəlir. 

Dialektika, onun təmsilçilərinin fikrincə, sadəcə olaraq eyni 

əhəmiyyətli  iki  hissədən  -  əlaqələr  haqqında  təlim  və  inkişaf 

haqqında təlimdən ibarət deyil;  dialektika  — inkişaf haqqında 

bütöv təlimdir ki, burada hər şey, o cümlədən əlaqələr haqqında 

təlim, daha ümumi inkişaf nəzəriyyəsinə tabedir. Bu təlimə görə 

bütün  predmetlər,  onların  təzahürləri,  ideyalar  daimi 

hərəkətdədir,  dəyişməkdədir,  daim  bir  sabitlik  vəziyyətindən 

başqasına  keçir.  Bir  sözlə  onlar  sabitlik  ilə  dəyişikliyin 

vəhdətidir. 

Dialektik  materialistlər  təsdiq  edirlər  ki,  inkişafın  iki 

konsepsiyası  var:  dialektika  və  metafizika.  Metafızikİərin 

izahında 



179 


inkişaf ümumi, hərtərəfli deyil, birtərəfli götürülür. Köhnə yenini 

yarada bilməz, çünki köhnə qapalı dairədə fırlanır, onda elə daxili 

qüvvə  yoxdur  ki,  bu  dairədən  kənara  çıxa  bilsin.  Dialektikaya 

görə  isə  köhnə  və  yeni  elə  nisbi  əksliklərdir  ki,  bir-birinə  keçə 

bilirlər. Bu təlimə görə hərəkət və inkişafın səbəbini, qaynağını 

hərəkət  edən  obyektin  daxilindəki  ziddiyyətlərdə  axtarmaq 

lazımdır.  Yeni  ilə  köhnənin  münasibəti  inkişaf  probleminin 

mərkəzində dayanır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə