Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə196/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   192   193   194   195   196   197   198   199   ...   540
1027 (1)

XpecTOMaTHJi no (j)HJioco(j)iın, 

c.210. Yenə orada, s.213. 

174 



qiqətən də mövcud ola bilər, lakin biz etiraf etməliyik ki, bizdə onun 

sübutu qətiyyən yoxdun>.‘^^ 

İnqilabi nəzəriyyə kimi marksizmin əsas çatışmazlığını Sartr 

sərt  determinizmdə,  fəaliyyətdə  olan  əsas  tarixi  qüvvə  kimi 

şəxsiyyəti və onun azadlığını lazımınca qiymətləndir- məməkdə 

görürdü. 



5.

 

Sovet İttifaqında marksist fəlsəfə 

Sovet  İttifaqında  marksist  dünyagörüşü  hökmran  mövqe 

tuturdu  və  hamı  üçün  məcburi  «dövlət  dini»  dərəcəsinə 

qaldırılmışdı. Burada marksistlər bütün fəlsəfə tarixini iki dövrə 

bölürdülər;  Marksa  qədərki  və  marksizm  fəlsəfəsi.  Marksizm 

donmuş, ehkamçı (doqmatik) bir təlimə çevrilmişdi.  Lakin  bu 

təlimin  yaradıcıları  başqa  fikirdə  idilər.  Engels  yazmışdı: 

«Marksın  dünya  haqqında  bütün  anlayışı  doktrin  deyil, 

metoddur.  O  hazır  doqmalar  deyil,  sonrakı  tədqiqat  üçün 

başlanğıc nöqtəsini və bu tədqiqat üçün metod verir». 

Bütövlükdə  fəlsəfə  marksist  biçimdə  Sovet  İttifaqında 

hökmran mövqe qazanmağa başlayır. Tarixən «panfəlsəfəçilik» 

XX  əsrin  30-cu  illərində  sovet  fəlsəfəsində  və  ümumiyyətlə 

Sovet  ideologiyasında  tamamilə  bərqərar  oldu.  Bu  prosesdə 

İosif Stalinin  «Dialektik  və tarixi materializm haqqında» əsəri 

həlledici rol oynamışdı. Lakin məntiqi olaraq «panfəlsəfəçilik» 

G.V.Plexanovun fəlsəfəsindən və 1920-ci illərdə A.M.Debori- 

nin  başçılığı  ilə  onu  daha  da  irəli  aparan  «dialektiklər»in 

(«menşeviklik edən idealistlərin») fəaliyyətindən başlayır. 

Dialektik  materializm  faktiki  olaraq  praqmatik  partiyalılıq 

funksiyasını  yerinə  yetirirdi:  partiyalılıq  (subyektivizm),  doq- 

matizm  (ehkamçılıq),  repressiv  funksiya,  yəni  hər  cür  özgəfı- 

kirliyi,  azad  təfəkkürü,  yaradıcı  təşəbbüsü  məhv  etmək 

funksiyası.  Sovet  filosofları  elm  və  texnikanın  böyük 

nəticələrini,  nəhəng  sosial  dəyişiklikləri  və  XX  əsrdə  fəlsəfi 

fikrin  inkişafının  zəngin  təcrübəsini  əsasən  sözdə  nəzərə 

alırdılar. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə