Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə206/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   202   203   204   205   206   207   208   209   ...   540
1027 (1)

2.2.

 

Məntiqi-linqvistik fəlsəfə 

Analitik  fəlsəfənin  daha  son  variantlan  çox  vaxt  linqvistik 

fəlsəfə adlanır. 

Q.Frege, B.Rassel və erkən L.Vitgenşteyn sintaktika və se- 

mantika arasında əlaqə yaratmaq sahəsində xeyli iş görmüşlər. 

Q.Frege  və  B.Rassel  əla  məntiqçi  idilər,  onlar  təbiətşünas 

olmamışlar. Onların əsərlərində məntiq və onun dili aparıcı sahə 

idi. Belə başa düşülürdü ki, yaxşı elm yaxşı məntiq deməkdir. 

Vitgenşteynin  «Məntiqi-fəlsəfi  traktat»  əsərində  məntiqin 

strukturu  ilə  dünyanın  strukturu  arasında  tam  uyğunluq 

yaratmağa cəhd göstərilirdi. 

XX  əsrin  20-30-cu  illərində  dil  fəlsəfi  tədqiqatların  əsas 

meydanına çevrildi, fəlsəfi problemlərin həlli isə bu və ya digər 

ifadələrin  və  onların  mənasını  müəyyənləşdirmək  xarakteri 

qazandı.  Fəlsəfə  nəzəriyyə  kimi  deyil,  fəaliyyət  kimi  qəbul 

edildi.  Belə  fəaliyyət  dil  ifadələrini  və  onların  mənasını 

müəyyənləşdirməyə  yönəldilən  məntiqi  analiz  üçün  həyata 

keçirilirdi.  B.Rassel  və  L.Vitgenşteyn  belə  tip  fəlsəfənin  ilk 

təmsilçiləri olsa da, bu yalnız onların dühasının məhsulu deyil. 

Dilin  fəlsəfi  tədqiqatların  ön  planına  çıxmasının  dərin  sosial- 

mədəni kökləri vardır. 

187 



L.

 

Vitgenşteyn  dili  insana  verilən  yeganə  realhq  hesab 



edirdi. Belə halda dilin yaratdığı dünya mənzərəsi dünyanın özü 

ilə  eyniləşdirilir.  Onun  dediyinə  görə  «fəlsəfənin  məqsədi  — 

fikri  məntiqi  cəhətdən  aydınlaşdırmaqdiD>.  O,  «Traktat»da 

yazırdı: «Fəlsəfə fikri gərək aydınlaşdırsın və ona ciddi şəkildə 

hədd qoysun, çünki bunsuz fikir sanki qaranlıq və dumanlıdır» 

(4:112). Bu konsepsiyaya görə insanın onu əhatə edən təbii və 

sosial  mühit  ilə  yeganə  intellektual  əlaqəsi  dil  vasitəsi  ilə  baş 

verir.  İnsan  dünya  ilə  başqa  vasitələrlə  də  bağlıdır:  praktiki 

(yazanda,  əkəndə,  istehsal  edəndə,  istehlak  edəndə  və  s.); 

emosional  (başqa  insanlara,  əşyalara,  hadisələrə  hansısa  hissi 

münasibət); iradi vasitələr və s. Lakin insanın öz ağlında və ya 

təsəvvüründə yaratdığı dünya mənzərəsi dil ilə, onun strukturu, 

quruluşu və xüsusiyyətləri ilə müəyyənləşir. 

L.

 



Vitgenşteyn  tədricən  «Traktat»ın  fundamental 

müddəalarının səhv olduğu fikrinə gəlir və onlardan imtina edir. 

«Fəlsəfi  tədqiqatlar»  adlı  son  əsərində  o,  «Traktat»dan  fərqli 

fikirlər  irəli  sürür.  Lakin  qeyd  etmək  lazımdır  ki, 

L.Vitgenşteynin  əsas  mövqeyi  əvvəlki  kimi  qalır:  fəlsəfə  — 

dilin təhlilinə yönəlmiş fəaliyyət, fəlsəfi problemlər isə  — dil 

problemləri kimi qəbul edilir. 

Lakin  bu  çərçivədə  L.Vitgenşteynin  görüşləri  köklü 

dəyişikliyə məruz qalır. Hər şeydən əvvəl o, «məntiqi atomizm» 

konsepsiyasından imtina edir. Məntiqi atomizmin irəli sürdüyü 

şərtlər: 1. Dünyanın özünəməxsus strukturu olması. 2. Strukturu 

dünyanın strukturunu dəqiq təsvir edən ideal dilin olması. 

Məntiqi atomizmə görə, dünya tamamilə sadə vahidlərdən və 

obyektlərdən  ibarət  atomar  faktların  cəmidir.  «Fəlsəfi 

tədqiqatlar»  əsərində  L.Vitgenşteyn  təsdiq  edirdi  ki,  sadə 

həmişə  nisbidir  və  şəraitdən,  kontekstdən  asılıdır.  Mütləq 

sadədən danışmaq mənasızdır. 

Məsələni  dərindən  öyrənəndən  sonra  L.Vitgenşteyn 

ümumiyyətlə  ideal  dil  anlayışından  imtina  etməli  oldu.  Onun 

fikrincə «ideal dil» gerçək dili o qədər təhrif edir ki, hətta onun 

mücərrəd modeli rolunu da oynaya bilmir. 

188 



«Fəlsəfi  tədqiqatlan>da  Vitgenşteyn  artıq  inkar  etmir  ki, 

Allah, Dünya, həyat, xeyir və şərə aid problemlər nə isə daxildə 

yaşanılan, yəni «mistik» təcrübədə «qavranıla» və yaxud «başa 

düşülə»  bilər.  O,  yalnız  əsl  problemlərin  əsası  ola  biləcək 

şeyləri, yəni cavab ehtimalı yaradan problemləri rədd edirdi. Elə 

buna  görədə  Vitgenşteyn  öz  əsərini  aşağıdakı  sözlərlə 

tamamlayır:  «Nəyin  haqqında  danışmaq  olmazsa,  o  barədə 

susmaq lazımdiD). 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə