Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə391/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   387   388   389   390   391   392   393   394   ...   540
1027 (1)

0,Şpenqler

  (1880- 

1936) «Avropanın qürubu» kitabında təsdiq edirdi ki, bəşəriyyət 

anlayışı  boş  şeydir  və  onu  tarixi  formaların  problemləri 

dairəsindən çıxarmaq lazımdır. Görkəmli ingilis alimi A.Toynbi 

də bu ruhda düşünür. Onun izahında Bəşəriyyət yoxdur, bioloji 

orqanizmlər kimi meydana gələn, təşəkkül tapan, inkişaf edən və 

məhv olan bəzi müstəqil mədəni-tarixi sistemlər (sivilizasiyalar) 

var. Bəşəriyyətin vahid tam kimi mövcudluğunu uydurma hesab 

edən alimlər çoxdur. 

Yuxarıda  deyilənlərə  rəğmən  göstərmək  lazımdır  ki, 

bəşəriyyət  real  olaraq  mövcuddur,  onun  bütövlüyü  diskretliyə 

(fasi- ləliyə) üstün gəlibdir. 

Bəşəriyyət  tarixi  çoxlu  xalqların  və  dövlətlərin,  mədəniyyət 

və sivilizasiyalann tarixidir. Tarix elmi tarixin real müxtəlifliyini 

təsvir edir. Lakin faktların sadə tarixi təsviri kifayət deyil, əsası 

əsas  olmayandan  ayırmaq,  ümumiləşdirmək  lazımdır.  Belə 

funksiyanı fəlsəfə yerinə yetirə bilər. 

Dünyanın  tamlığı  onda  deyil  ki,  onu  təşkil  edən  hissələrin 

mexaniki  olaraq  ümumi  kütlədə  birləşməsi  baş  verir.  Tamlıq 

deyəndə  insanlar,  cəmiyyətlər,  dövlətlər  arasındakı  qarşılıqlı 

asılılığın  real  olaraq  artması  nəzərdə  tutulur.  Fərdlər,  qruplar, 

xalqlar arasında muxtariyyətə meyil hətta müəyyən mənada artır. 

Lakin  bununla  yanaşı  muxtar  (avtonom)  şəkildə  mövcud  olan 

hissələr getdikcə daha çox bir-birindən asılı olurlar, onların hər 

biri getdikcə daha artıq dərəcədə başqa hissələrlə qarşılıqlı təsir 

vəziyyətində olur. 

Nəzərə  almaq  lazımdır  ki,  muxtariyyətə  meylin,  fərqin 

artması, əlbəttə, münaqişə təhlükəsi yaradır, çünki hər hansı fərq 

müvafiq  şəraitdə  münaqişəyə  çevrilə  bilər.  Münaqişə  dünya 

birliyinin  həyatını  təhlükə  altına  alır,  lakin  bununla  yanaşı 

rəqabətin  hansısa  formaları  və  münaqişənin  müxtəlif  növləri 

sadəcə olaraq zəruridir. Əsas məsələ budur ki, bu münaqişələrin 

həll edilməsinin sivil üsulları tapılsın. 

Ümumdünya  tarixinin  indiki  mərhələsində  gərgin  şəkildə 

ictimai həyatın inteqrasiyası prosesi gedir. Hər hansı mədəni. 



355 


siyasi  və  iqtisadi  təcrid-olunma  (izolyasionizm)  indi  avantürist 

(macəraçı, fırıldaqçı) siyasət hesab edilir. Yeni nəqliyyat, rabitə 

və  informasiya  vasitələrinin  yaradılması  sayəsində  bizim  planet 

kiçik, hər tərəfdən müşahidə edilə bilən məkana çevrilib. 

Müasir  dünya  böyük  bir  sistemdir.  Buraya  iqtisadi,  siyasi, 

beynəlxalq hüquqi, mədəni, elmi-texniki və başqa münasibətlərlə 

bir-biri  ilə  əlaqədə  olan  çoxlu  dövlətlər  daxildir.  Dünya  birliyi 

çərçivəsində  BMT,  beynəlxalq  hökumət  və  qeyri-hökumət 

təşkilatları, sosial-siyasi və iqtisadi inkişaf, mədəniyyət, tərksilah 

və təhlükəsizlik məsələləri ilə məşğul olan çoxlu ixtisaslaşdırılmış 

təşkilatlar fəaliyyət göstərir. 

Bu gün, XXI əsrin əvvəllərində insanlar tarixlərində özlərinin 

ümumdünya talelərini yaşayırlar. Tarix bütün ölkələri və xalqları 

ümumi  iş  ilə  məşğul  olmaq  zərurəti  qarşısında  qoyub:  qlobal 

problemlərin həll edilməsi. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə