Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Müasir qlobal vəziyyət. Qlobal problemlarin həll edilməsi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə394/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   390   391   392   393   394   395   396   397   ...   540
1027 (1)

Müasir qlobal vəziyyət. Qlobal problemlarin həll edilməsi 

zərurəti.

  «Qlobal»  latın  sözü  olan  «qlobus»  (Yer  kürəsi) 

sözündən  yaranıb.  Ümumbəşəri  xarakter  daşıyan  problemlərə 

qlobal problemlər deyilir. Bu problemlər eyni zamanda bu və ya 

digər şəkildə hər bir insanın, hər bir sosial qrupun mənafeyinə də 

toxunur. Onlar indi yaşayan insanların, həm də gələcək nəsillərin 

taleyinə  təsir  göstərir  və  mahiyyətcə  gələcəkdə  insanların  və 

bütün  bəşəriyyətin  həm  maddi,  həm  də  mənəvi  sahəsində  hələ 

mövcud olacaq problemlərdir. 

Ənənəvi  olaraq  nüvə  fəlakəti  təhlükəsi;  ölkələrin  inkişaf 

səviyyəsi  arasındakı  kəskin  fərqin  aradan  qaldırılması, 

savadsızlığın, aclığın və dilənçiliyin ləğv edilməsi; bəşəriyyətin 

iqtisadi  inkişafını  zəruri  təbii  ehtiyatlar,  o  cümlədən  ərzaq, 

xammal  və enerji qaynaqları  ilə təmin  edilməsi; ekoloji  böhran 

təhlükəsi:  ətraf  mühitin  çirklənməsi,  meşələrin  kəskin  şəkildə 

azalması,  yox  olmağa  başlayan  bioloji  növlər,  xlor  atomlarının 

təsiri  altında  azon  qatının  tükənməsi  təhlükəsi;  əhalinin  sürətlə 

artmasının  qarşısını  almaq;  bir  sıra  dövlətlərdə  əhalinin  sürətlə 

artması  nəticəsində  hər  nəfərə  düşən  gəlirin  azalması  qlobal 

problemlər hesab edilir. 

Alimlərin  bəziləri  qloballaşma  dedikdə  beynəlxalq  aləmdə 

baş  verən  bir  sıra  mühüm  sosial-siyasi  və  iqtisadi  prosesləri 

nəzərdə  tuturlar:  iqtisadiyyatın  beynəlmiləlləşməsi,  dünyada 

vahid rabitə sisteminin formalaşması, milli dövlətin fiınksi- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə