Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə395/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   391   392   393   394   395   396   397   398   ...   540
1027 (1)

Yenə orada, s.155. '■* 

Yenə orada, s.156. 

358 


yasının  dəyişməsi  və  zəifləməsi,  transmilli  qeyri-dövlət 

birləşmələrinin, o cümlədən etnik diasporanm, dini hərəkatların, 

mafioz  qruplarının  fəaliyyətinin  güclənməsi.  Beləliklə, 

qloballaşma  eyni  vaxtda  həm  dövlətlərarası,  həm  də  transmilli 

formalarda  inkişaf  edən  ikili  prosesdir,  Elə  buna  görə  onun 

daşıyıcıları  da  çoxdur:  dövlətlər  və  onların  koalisiyaları, 

beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları. 

Mütəxəssislər  indiki  dövrdə  dünya  proseslərinə  öz  qərarları 

və  fəaliyyəti  ilə  ciddi  təsir  edən  ən  azı  yeddi  yeni  subyekt 

olduğunu  göstərirlər:  1)  beynəlxalq  təşkilatlar  (BMT  və  onun 

təşkilatları,  Ümumdünya  Bankı,  Beynəlxalq  Valyuta  Fondu  və 

b.);  2)  regional  təşkilatlar;  3)  çoxmillətli  korporasiyalar;  4)  in- 

stitusion  investorlar  (təşkilatlanmış  kapital  qoyuluşu),  məsələn, 

pensiya və investision fondlar, sığorta kompaniyaları və s.; 

5)

 

qeyri-hökumət  təşkilatlan  («Yaşıllar  hərəkatı»,  «Sərhədsiz 



həkimlər» və b.); 6) bir sıra böyük şəhərlər (London, Nyu- York, 

Tokio,  Frankfurt,  Paris  və  b.);  7)  görkəmli  şəxsiyyətlər  (elmi 

işçilər,  professorlar,  artistlər  və  başqa  mədəniyyət  xadimləri, 

böyük fondlar yaradan şəxslər, məsələn. C.Soros). 

Qlobal  problemlər  bütün  dünyanı  narahat  edir.  İnsanların 

qlobal  ümumbəşəri  səviyyədə  bir-biri  qarşısında  məsuliyyət 

zərurəti zamanın, həyatın özünün, mürəkkəb müasir problemlərin 

tələbidir.  İndiki  dünyada  qlobal  problemlərin  meydana  gəlməsi 

və  kəskinləşməsi  -  dəyərləri  və  ictimai  inkişafın  məqsədlərini 

yenidən qiymətləndirməyi irəli sürür. 

Qloballaşma  prosesi  dövlətlərarası  münasibətlərə  çox  ciddi 

təsir  göstərir  və  problemləri  həll  etmək  sahəsində  əməkdaşlıq 

etməyə məcbur edir. Əvvəllər isə onlar bu problemləri müstəqil 

həll etmək istəyirdilər. XIX əsrin axırına qədər çoxları inanırdı ki, 

qlobal  qarşılıqlı  əlaqə  gələcəkdə  dünya  dövləti  yaratmaq  üçün 

əsas  ola  bilər.  Bunu  təsdiq  edən  müəlliflər  milli  dövlətlərin 

suverenliyini kifayət qədər dəyərləndirmirdilər. İndi isə heç kim 

yaxın  gələcəkdə  dünya  dövlətinin  yaranma  ehtimalına  inanmır. 

Lakin hamı görür ki, qloballaşma sürətlə davam edir. 

359 



Nüvə təhlükəsinin miqyasını praktiki olaraq hamı başa düşür. 

Ekoloji  təhlükənin  törədə  biləcəyi  real  təhlükəni  isə  insanlar 

kifayət qədər qiymətləndirə bilmir. Sosioloq E.Gid- dens deyir: 

«Nüvə  münaqişəsinin  mümkünlüyü  sənaye  əsasına  dayanan 

müharibə formasında orta ölçülü vaxt perspektivində bəşəriyyət 

üçün yeganə qorxulu təhlükə deyil. Geniş miqyaslı qarşıdurma, 

hətta adi silahdan istifadə edilsə də, öz nəticəsinə görə dağıdıcı 

ola  bilər;  belə  ki,  elm  və  texnologiyanın  birləşmə  prosesinin 

davam etməsi nüvə silahı qədər dəhşətli ola biləcək silah növünü 

istənilən qədər çox istehsal edə bilər. Ekoloji fəlakət perspektivi 

böyük  müharibə  riskinə  nisbətən  az  ehtimal  olunur,  lakin  öz 

nəticəsinə  görə  eyni  dərəcədə  təhlükəlidİD>.‘®  Biz  bu 

təhlükənin görünən nəticələrini hiss etmədiyimiz üçün o qədər də 

narahat olmuruq. 

«Qloballaşma»  və  «qərbləşmə»  (vestemizasiya)  anlayışlan 

arasındakı  qarşılıqlı  əlaqə  haqqında  müxtəlif  fikirlər  var. 

Onlardan ikisi daha geniş yayılmışdır: 1) qloballaşma - qərbləş- 

məyə  nisbətən  daha  geniş  məvhumdur  və  daha  geniş  mənada 

ümumiyyətlə  modernləşmə  ilə  eyniləşdirilir;  2)  qloballaşma  - 

əslində  elə  qərbləşmə  deməkdir,  bu  ad  altında  Qərb  dəyərləri 

təbliğ edilir. 

«Siyasi  dünya»  anlayışı  milli  mədəniyyət  çərçivəsindən 

kənara  çıxır  və  «vahid  siyasi  məkan»  mənası  qazanır.  Bununla 

yanaşı  sosial-mədəni  fərqlər  qalır  və  vahid  informasiya 

meydanında  bir-biri  ilə  toqquşur.  Böyük  dünya  dinləri  - 

xristianlıq, islam, hind-buddist, Konftisi dinləri böyük regionları 

birləşdirir və hər biri öz dünyasını yaradır. Sosial-mədəni və dini 

fərqlər bir çox hallarda siyasi dialoqa mane olur və münaqişəyə 

səbəb olur. BMT və başqa beynəlxalq təşkilatlar isə münaqişələri 

aradan  qaldırmaq  iqtidarında  deyil.  Bunu  nəzərdə  tutan 

M.Haydegger yazırdı: «Dünya ictimaiyyəti və onun təşkilatı heç 

də bəşəriyyət varlığının taleyini həll edən yer deyil». 

Müasir texnoloji inqilab şəraitində qloballaşma tamamilə yeni 

məzmun kəsb edir. «Bu prosesdə həlledici rolu informa- 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə