Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


F,Fukuyama  (1952)  ölkə  və  regionların  müxtəlif  inkişaf



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə392/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   388   389   390   391   392   393   394   395   ...   540
1027 (1)

F,Fukuyama  (1952)  ölkə  və  regionların  müxtəlif  inkişaf 

səviyyələri  haqqında.

  Amerikalı  alim  Frensis  Fukuyama 

cəmiyyətlərin özünəməxsus təsnifatını verir və əsas kimi həmin 

cəmiyyətlərdə etibar-inam prinsipinin yayılma dərəcəsini götürür. 

Sivilizasiyaların  «Qərb»  və  «Asiya»  modellərinə  bölünməsi 

əleyhinə  ardıcıl  olaraq  çıxış  edən  Fukuyama,  zahirən  olduqca 

müxtəlif olan ABŞ, Yaponiya və Almaniyanı «etibar- inam olan 

ölkələr»  qrupuna,  yenə  də  bir-birindən  fərqlənən  Fransa  və 

İtaliya, Meksika və Braziliya, Çin  və Tayvan, daha sonra Şərqi 

Avropa  və  keçmiş  SSRİ-dən  aynlan  ölkələri  «aşağı  səviyyəli 

etibar-inam olan ölkələr» sırasına daxil edir. Birinci qrupa daxil 

olan  ölkələrin  iqtisadi  nailiyyətləri,  onun  fikrincə  ən  azı  elə 

şəraitdə  baş  verir  ki,  dövlətin  fəaliyyəti  etibar-inama  əsaslanan 

cəmiyyətin inkişafını yalnız tamamlayır və əlaqələndirir. Əksinə, 

aşağı  səviyyəli etibar-inam  olan ölkələr daxili  «desosializasiya» 

ilə  xarakterizə  edilir,  belə  «deso-  sializasiya»  bəzən  ilk  baxışda 

nəzərə  çarpmır.  Bu  ölkələr  ailə,  qəbilə  və  ya  qruplar  şəklində 

qapalı  olduqları  üçün  onlann  stabil  və  təbii  inkişaf  qabiliyyəti 

aşağıdır. 

356 



F.Fukuyama  bir  neçə  il  əvvəl  yazmışdı:  «XXI  əsrin 

astanasında  siyasi  və  iqtisadi  institutlann  diqqətəlayiq 

konvergensiyası (lat. «convergo» - yaxınlaşıram) baş verir. Bütün 

XX  əsr  boyu  ictimai  sistemlər  dərin  ideoloji  fərqlə  xarakterizə 

olunub. Monarxiya, faşizm, liberal demokratiya və kommunizm 

bir-biri ilə siyasi üstünlük naminə qəddarcasına vuruşmuşlar, bəzi 

ölkələr isə proteksionizm və yaxud korporativizm ilə ifadə edilən 

müxtəlif  iqtisadi  inkişaf  yolu  seçmiş,  azad  bazara,  bəzən  isə 

mərkəzləşmiş  sosialist  planlaşdırılmasına  üstünlük  vermişlər. 

Lakin  bu  gün  praktiki  olaraq  bütün  inkişaf  etmiş  ölkələr 

liberal-demokratik institutları yaratmış və yaxud yaratmağa cəhd 

göstərirlər,  çoxları  isə  bazar  iqtisadiyyatına  keçid  və  kapitalist 

əmək  bölgüsünün  qlobal  sisteminə  keçid  istiqamətinə  doğru 

addımlayırlar».*^ 

Bazar  iqtisadiyyatına  əsaslanan  kapitalist  münasibətlərinin 

inkişaf  etmədiyi,  sənayeləşmənin  yüksək  səviyyəsinə  çatmayan 

ölkələrdə  sözün  əsl  mənasında  siyasi  demokratik  rejimin 

qurulmasını mümkün hesab etməyən F.Fukuyama yazır: «Sağlam 

kapitalist  iqtisadiyyatı  stabil  liberal  demokratiyanı  saxlayan 

olduqca vacib amildir. Əlbəttə, bu avtoritar siyasi rejimdə də ola 

bilər;  məsələn,  indiki  Çində,  əvvəllər  isə  Almaniya,  Yaponiya, 

Cənubi  Koreya,  Tayvan  və  İspaniyada  olduğu  kimi.  Lakin  son 

nəticədə sənayeləşmə prosesinin özü əhalinin daha yüksək təhsil 

səviyyəsinin  və  əmək  bölgüsünün  daha  mürəkkəb  sisteminin 

olmasını  tələb  edir;  bu  iki  hadisənin  hər  biri,  bir  qayda  olaraq, 

demokratik siyasi təsisatların inkişafına kömək edir. Nəticədə bu 

gün  praktiki  olaraq  elə  bir  zəngin  kapitalist  ölkəsi  yoxdur  ki, 

orada  eyni  vaxtda  stabil  liberal  demokratiya  olmasın.  Polşa, 

Macarıstan,  Rusiya,  Ukrayna  və  başqa  keçmiş  kommunist 

ölkələrinin  əsas  problemlərindən  biri  odur  ki,  onlar  fəaliyyətdə 

olan  kapitalist  iqtisadiyyatının  üstünlüyünə  malik  olmadan 

demokratik  siyasi  təsisatlar  yaratmağa  cəhd  göstərdilər.  Xüsusi 

sahibkarlığın, bazarın və rəqabətin olma- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə