Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə458/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   454   455   456   457   458   459   460   461   ...   540
1027 (1)

sürətləndirir,

 əks halda isə 



mane olur.

 

Beləliklə,  istehsal  münasibətlərinin  məhsuldar  qüvvələrin 



inkişaf  xarakterinə  və  səviyyəsinə  uyğun  gəlməsi  maddi 

istehsalın əsas inkişaf prinsipidir. 

Marksist  təlimə  görə,  yeni  məhsuldar  qüvvələr  ilə  köhnə 

istehsal  münasibətləri  arasındakı  münaqişə  sosial  inqilabın 

iqtisadi  əsasını  təşkil  edir.  Uyğunluq  qanununun  fəaliyyəti  ən 

ibtidai  mərhələdən  başlayaraq  bütün  insan  tarixində  özünü 

göstərir. Bu qanunu bilmək bir formasiyadan digərinə keçməyin 

səbəbini  üzə  çıxarmaq  və  izah  etməyin  zəruri  metodoloji 

açarıdır.  İstehsal  münasibətləri  insanların  şüurundan  və 

iradəsindən  asılı  olmayaraq,  yəni  obyektiv  olaraq  yaranır. 

Uyğunluq qanununu K.Marks ətraflı təhlil etmişdir. 

F.Engels  həyatının  sonlarında  etiraf  etmişdir:  «Tarixin 

materialist  anlayışına  görə  tarixi  prosesdə 

son  olaraq

  gerçək 

həyatın  istehsalı  və  təkrar  istehsalı  həlledici  momentdir.  Nə 

mən, nə Marks bundan artıq heç vaxt heç nəyi isbat etməmişik. 



419 


Əgər kimsə bu müddəanı təhrif edərək göstərir ki, guya iqtisadi 

moment  yeganə  həlledici  momentdir,  o  bu  fikri  heç  nə 

deməyən,  mücərrəd,  mənasız  ifadəyə  çevirir...  Bütün  bu  mo- 

mentlərin qarşılıqlı təsiri mövcuddur ki, burada iqtisadi hərəkət 

son halda zəruri moment kimi sonsuz dərəcədə çox təsadüflər 

arasından keçərək özünə yol salır...».‘ 

Son vaxtlar alimlərin çoxu bazar iqtisadiyyatını demokratiya, 

daha geniş fəaliyyət, yaradıcılıq imkanı üçün daha zəruri amil 

hesab edirlər. İstehsalın inkişafı elm və texnikanın inkişafından, 

qabaqcıl texnologiyadan, istehsalın təşkilindən, birinci növbədə 

bilavasitə istehsalçıların qabiliyyətindən və s. asılıdır. Bir sözlə, 

marksistlərin  dediyindən  fərqli  olaraq,  istehsal  əhəmiyyətli 

(bəzən həlledici) dərəcədə insanların şüurundan və iradəsindən 

asılı olur. 

Amerika filosoflarının çoxu hələ 1941-ci ildə Ceyms Bem- 

xem (1905) tərəfindən irəli sürülən «menecer inqilabı» təliminə 

inanır. Bu təlimə görə kapitalist sinfi idarə edən sinif tərəfindən 

sıxışdırılıb  meydandan  çıxarılır  və  postkapitalist  cəmiyyətdə 

həlledici rol oynamır. 

XX  əsrdə  fəlsəfədə,  xüsusən  marksist  fəlsəfədə 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə