Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Sitat götürülüb: A.И.Кравченко. Социология. Хрестоматия. M., 1997, с.246



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə454/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   450   451   452   453   454   455   456   457   ...   540
1027 (1)

Sitat götürülüb: A.И.Кравченко. Социология. Хрестоматия. M., 1997, с.246. 

415 


V

 

BOLMƏ 

Praktiki fəlsəfə 

İndiki dövrdə sosial və mədəni həyatın əvvəllər görünməyən 

yüksək dinamizm qazanması, həyatın müxtəlif sahələrində sosial 

fəaliyyətin  mahiyyətinin  prinsipcə  dəyişməsi  fəlsəfəni  eyni 

zamanda praktiki bilik sahəsinə çevirir. 

1. İqtisadiyyatın fəlsəfəsi 

1.1.

 

İctimai istehsal 

«İctimai istehsal» anlayışı ingilis mütəfəkkirləri Con Lokk və 

Adam  Smit  tərəfindən  istifadə  edilmişdir.  K.Marks  bu  anlayışı 

insanların birgə həyat fəaliyyəti üsuluna tətbiq edərək cəmiyyəti 

bu fəaliyyətin məhsulu və nəticəsi hesab etmişdi. 

Cəmiyyət  sadəcə  olaraq  təkrar  istehsal  və  adaptasiya 

(uyğunlaşmaq)  deyil,  həmçinin  yaradıcılıq,  özünü  istehsal 

etmədir.  İctimai  istehsal  ona  görə  belə  adlanır  ki,  həyat  üçün 

vacib  olan  sosial  flınksiyalan  icra  edir.  Bu  funksiyalar 

müxtəlifdir:  yaşamağın  maddi  şəraitinin  təkrar  istehsalı;  ideya 

(ideologiya)  və  mənəvi  dəyərlərin  istehsalı;  ictimai  fərd  kimi 

insanın özünün istehsalı; sosial əlaqə və münasibətlərin istehsalı. 

Bəzi alimlər hətta ailə, dövlət, hüquq, əxlaq, elm, incəsənət və 

s. istehsalın xüsusi növləri hesab edirlər. 

İctimai istehsalın funksiyasına ümumi ictimai əməyin həyata 

keçirilməsi  də  daxildir.  Bu  elə  əməkdir  ki,  ayrı-ayrı  adamlar 

tərəfindən  olduğu  kimi,  sosial  cəhətdən  təşkilatlanmış  insan 

qrupları vasitəsilə də həyata keçirilir, lakin hər iki halda əməyin 

nəticəsi hamıya aiddir. Elmi kəşflər, texniki ixtiralar, incəsənət 

əsərləri bütün insanlara məxsusdur. Bu ictimai sərvətdir. 

İnsanların  öz  ictimai  həyatının  birgə  istehsalı  prosesində 

cəmiyyətin  formaları  yaranır:  ənənəvi  cəmiyyət,  sənaye 

cəmiyyəti, postindustrial cəmiyyət. Qərb və Şərq cəmiyyətləri. 

Beləliklə,  iqtisadiyyatın  fəlsəfəsi  istehsalın  texnologiyası, 

məhsulun  hazırlanma  üsulunun  özü,  insanın  təsərrüfat 

fəaliyyətinin maddi tərəfi ilə deyil, əmək məhsullarına müəyyən 

ictimai forma verən ayrı-ayrı adamların cəmiyyətdəki əlaqə 

416 



üsullarını  müəyyənləşdirən  şəraitin  cəmi  ilə  məşğul  olur. 

Məsələn,  kapitalizmdə  ümumi  ictimai  münasibət  kimi  çıxış 

edən  əmtəə  forması  insanları  cəmiyyətdə  birləşdirən  əsas 

formadır. 

İqtisadiyyatın  fəlsəfəsi  üçün  «qeyri-istehsal  sferası»,  qeyri 

məhsuldar əmək növü yoxdur. Məsələn, istehlak istehsalın ay- 

nlmaz  üzvü  hissəsidir.  İstehlak  olmadan  istehsal  baş  tutmaz. 

İqtisadiyyat isə fərdlərin və insan birliklərinin şüurlu fəaliyyəti 

ilə təbiət və insan arasında həyata keçirilən maddələr mübadiləsi 

deməkdir. 

İstehsal prosesində təbiətə təsir edərək və istehsal etməklə öz 

tələbatlarını  ödəyərək  insan  eyni  zamanda  özünü,  öz  əmək 

təcrübəsini,  qabiliyyətini  və  istehsal  vərdişlərini  də  inkişaf 

etdirir. 

İstehsal  deyəndə  insanların  müxtəlif  tələbatlarının 

ödənilməsi  üçün  lazım  olan  sərvəti  yaradan  daimi  fəali)^ətin 

xüsusi  sahəsi  nəzərdə  tutulur.  Sərvət  -  insanın  malik  olduğu 

maddi və mənəvi nemətlərin cəmini özündə birləşdirir. 

İstehsal  etmək  üçün  insanlar  yalnız  təbiət  ilə  münasibətə 

girmirlər, həm də eyni zamanda öz aralannda müəyyən əlaqə və 

münasibətlər  yaradırlar.  Beləliklə,  istehsal  təkcə  maddi 

nemətlərin  və  məhsuldar  qüvvələrin  istehsalı  deyil,  həm  də 

insanlar arasındakı ictimai münasibətlərin inkişafıdır. 

Öz  əməyini  və  bilik  qabiliyyətini  təbiətin  verdikləri  ilə 

birləşdirən, təbii sərvətdən istifadə edən insan özünün yaratdığı 

texnologiya vasitəsilə təbiətdə olmayan şeylər istehsal edir. Bu 

prosesdə  maddi  nemətlər  yaradılır.  Elə  bu  prosesə  də  istehsal 

prosesi deyilir. 

Daha geniş mənada istehsal - cəmiyyətin həyat fəaliyyətidir, 

burada  maddi  tərəf  əhəmiyyətli  rol  oynayır.  İstehsal  ictimai 

həyatın əsasıdır, maddi istehsalın məzmununu isə insanın fiziki 

və zehni fəaliyyəti təşkil edir. İstehsal üsulunun dəyişməsi bütün 

ictimai  həyatın  dəyişməsinə  səbəb  olur  (məsələn,  bazar 

iqtisadiyyatına keçid). 

Cəmiyyətin iqtisadi sferası mürəkkəb və çoxplanlı hadisədir. 

Onun  öz  strukturu  var.  Burada  sənaye  və  kənd  təsərrüfatı 

istehsalının, yerdən çıxarma və emaletmə sənayesinin başqa 

417 



bir  tərəfi  kimi  müəyyən  ərazilərdə  yerləşdirilən  bir  çox 

müəssisə və onların kompleksinin ərazi-istehsal əlaqələri çıxış 

edir. Onun başqa xarakter cəhətləri də var ki, onlar istehsalın, 

bölgünün,  tədavülün  və  istehsalın  fəaliyyət  göstərməsi  və 

inkişafı ilə şərtlənir. Çoxkeyfıyyətli və mürəkkəb olduğu üçün 

iqtisadi sfera bir çox elmlər tərəfindən öyrənilir: iqtisad elmləri, 

iqtisadi  coğrafiya,  konkret  sahələri  öyrənən  sosiologiya  və  b. 

Fəlsəfəni  isə  birinci  növbədə  onun  inkişafının  ümumi 

qanunauyğunluqları, bütövlükdə tarixi proses maraqlandırır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə