Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


 müxtəlif sosial qurumlann - cəmiyyətin, sinfin, peşə  K.MapKC



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə451/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   447   448   449   450   451   452   453   454   ...   540
1027 (1)

0

 müxtəlif sosial qurumlann - cəmiyyətin, sinfin, peşə 



K.MapKC 



O.ƏwreJibc. Co'umcHiw, 

T.21. c.25-26.

 

412 


qruplannın və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim 

onların  təsirini  hiss  edir.  Lakin  heç  bir  xarici  şərait  (nə  qədər 

münasib,  yararlı  olsa  da)  Öz-özlüyündə  insanın  qabiliyyətinin 

həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də 

şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır. 

Şəxsiyyət  insandır.  Lakin  «insan»  anlayışı  bütün  insanlar 

üçün  ümumi  olan  nəsil,  soy  mənasını  verir  və  onları 

heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi 

xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə 

məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici 

mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət 

bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi, 

fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; o 

elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur. 

Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları 

ilə  münasibətdə  zorakılığa  anadangəlmə  meyl  göstərməsi 

haqqında çoxlu fikirlər olmuşdur. 

Heyvanlann  davranışını  öyrənən  yeni  elm  -  etologiya  XX 

əsrin ortalannda meydana gəlib. Bu elmin  yaradıcısı K.Lorens 

müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün 

ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu 

instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu 

qurğular  bağlanır,  xarab  olur;  odur  ki,  bizim  əksəriyyətimiz 

sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında 

aralıq  bir  dəstəyik.  Bizim  silaha,  zorakılığa  anadangəlmə 

meylimizin qarşısını heç nə ala bilməz. 

Postindustrial və informasion cəmiyyət şəraitində insana alət 

hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya 

konsepsiyalarında o qədər geniş yayılıbdır ki, həyatın məqsədi 

həyat  vasitələri  ilə  əvəz  olunmağa  başlayır.  Reallığı 

dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və 

texnologiya  ona  öz  qanunlarını  diktə  edir  və  o  da  süni 

strukturlara  doğru  can  atır.  İnsan  özünə  üzvi  həyatdan 

uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. «Mənasız 

qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası 

(pozul- 


413 


ması)  -  texniki  formanın  təbiətə  üstün  gəlməsinin  əlamətləri 

bunlardır.  Texnikalaşmış  dünya,  bürokratiyanm  öldürücü 

mühafizəkarlığı  şəxssizləşdirmə,  insanın  təbii  vəziyyətdən 

uzaq- laşdırılmasınm əlamətləridir».®^ 

Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı 

hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki

cəmiyyətə mütləq lider lazımdır. 

Elitizm  konsepsiyasının  tərəfdarları  hesab  edirlər  ki,  xalq 

cəmiyyəti  idarə  edə  bilməz,  çünki  onun,  birincisi,  siyasətdə, 

iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir 

qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaş- 

qanlıq,  cəmiyyətin  əsasını  dağıtmaq  formasında  büruzə  verir; 

üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texniki 

cəhətdən mümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər 

kabinetində  iclas  keçirə  bilməz,  ona  görə  də  mütləq  xalqın 

nümayəndələrini  seçmək  lazımdır.  Deməli,  cəmiyyəti  idarə 

etmək  üçün  yüksək  hazırlıqlı,  səriştəli  adamlar,  yəni  elita 

zəruridir. 

Liderlik  və  volyuntarizm*^®  nəzəriyyəsinin  tərəfdarlan 

sübut  etməyə  çalışırlar  İd,  kütlələr  lidersiz,  rəhbərsiz  heç  bir 

konstruktiv  iş  görə  bilmir.  Ona  görə  də  xalq,  əlbəttə,  tarixi 

yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri 

göstərirlər  ki,  lider  öz  iradəsini  xalqa  zorİa  qəbul  etdirir, 

başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir, 

kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə, 

lider,  avtoritet  özü  kütlənin  yetirməsidir.  Lakin  avtoritar 

rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin, 

Мао, Mussolini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının 

öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər 

insanları  öz  arxasınca  apara  bilir,  əməli  fəaliyyət  iradəsinə 

malik olur, cəsarəti ağılından yüksək olur. 

Onu da qeyd etmək lazımdır ki,  burada təbliğatın  rolu çox 

böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə