Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə466/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   462   463   464   465   466   467   468   469   ...   540
1027 (1)

**

 

O

HJIOCO

(})

HH

 TexHHKiı 



OPr. M.. 1989. c.226.



 

427 


Texniki  yaradıcılıq  sahəsində  insanın  öz  təfəkkürünü 

maddiləşdirmək,  əşyaya  çevirmək  istiqamətində  unikal 

qabiliyyəti  üzə  çıxır.  İnsan  elə  vasitələr  yaradır  ki,  onların 

təbiətdə analoqu yoxdur. 

Bununla  əlaqədar  neotomist  filosof  F.Dessauerini  də 

texnikanın  meydana  gəlməsi  və  onun  mahiyyəti  problemi 

maraqlandırmışdı.  Onun  fikrincə  texnika  haqqında  ideya 

Allahın  parlaq  ağlının  təzahüründən  başqa  bir  şey  deyil. 

Texnikanın  predmeti  maddi  şəkildə  mövcud  ola  bilər,  lakin 

özünü ideyalar dünyasında, «mümkün varlıq» sahəsində göstərə 

bilər. 

Beləliklə, hələ XIX əsrin axırlarında texnikanın fəlsəfəsi indi 

də aktual olan bir sıra ciddi məsələlər irəli sürmüşdür. 

Texnika müstəqil fəaliyyət göstərən sahə deyil, başqa amillər 

tərəfindən  yaradılır və hərəkətə gətirilir.  «...Texnikanı elmdən 

fərqləndirən  əsas  spesifik  cəhət  budur  ki,  o  öz-özlüyündə 

fəaliyyət  sahəsi  deyil.  Texnika  əsasən  ixtiraçılıq  fəaliyyəti  və 

elmi fəaliyyət sayəsində yaradılır. Texniki qurğu hazır olduqdan 

sonra  isə  o,  müxtəlif  əməli  məqsədlərin  həyata  keçirilməsi 

işində  bir  vasitə  kimi  istifadə  olunur.  Texnikanın  növləri 

(istehsal texnikası, hərbi texnika, elm texnikası və s.) onun hansı 

fəaliyyət sahəsində istifadə olunmasına görə müəyyənləşir».^ 

XX 

əsrin 


böyük 

alman 


filosofu 

M.Haydegger 

yuxarıdakından xeyli fərqli fikir söyləyir. Texnikanın mahiyyəti 

haqqında düşünən filosof hesab edirdi ki, texnika bilavasitə öz 

sahəsi  ilə  məhdudlaşmır  və  yalnız  məqsədə  çatmaq  vasitəsi 

deyil. O, demişdir: «Biz texnikanın ən qəddar əsirliyinə o vaxt 

düşürük  ki,  biz  onda  nə  isə  bitərəf  bir  şey  görürük...».'® 

Texnikanın instrumental anlayışı bir adətə çevrilib. Haydeggerə 

görə texnika anlayışı daha əhəmiyyətli və dərin məna kəsb edir. 

«Texnika sadəcə bir vasitə deyil. Texnika gizlədilmiş bir şeyin 

açılma  növüdür.  O  gizlədiləndən  çıxarılan  sahədir,  həqiqətin 

həyata keçirilməsidir»." İndiki texnikanı «açılma» prosesinin 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   462   463   464   465   466   467   468   469   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə