Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə474/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   470   471   472   473   474   475   476   477   ...   540
1027 (1)

439 


3.

 

Siyasi fəlsəfə 

3.1.

 

Siyasi fəlsəfə nə deməkdir? 

«Siyasət»  (yun.  «politike»)  termini  dövləti,  cəmiyyəti  və 

insanları  idarəetmə  qaydalan  kimi  qədim  yunan  anlayışlarına 

əsaslanır:  «polis»  (şəhər dövləti),  «politikos»  (dövlət xadimi), 

«politeya» (konstitusiya). 

Ənənəvi olaraq Sokrat siyasi fəlsəfənin banisi hesab edilir. 

Lakin  Aristotel  və  Platonun  siyasi  fəlsəfəsi  bu  elmin  klassik 

formasıdır.  Sokrat  Platonun,  Platon  isə  öz  növbəsində 

Aristotelin  müəllimi  olmuşdur.  Onların  siyasətə  aid  əsərləri 

siyasi  fəlsəfənin  bizə  qədər  çatan  ən  qədim  nümunələridir. 

Aristotelə görə siyasi elm - siyasi fəlsəfənin eynidir, çünki elm 

və fəlsəfə onun fikrincə eyni anlayışlardır. Klassik siyasi fəlsəfə 

XVI-  XVII  əsrlərdə  Avropada  yeni  siyasi  fəlsəfə  yaranana 

qədər hakim mövqe tutmuşdur. 

Siyasət  -  hakimiyyət  və  cəmiyyəti  idarə  etməklə  bağlı 

siniflər və sosial qruplar arasında yaranan çoxsahəli münasibət, 

fəaliyyət,  davranış  qaydalan,  orientasiya  və  kommunikasiya 

əlaqələridir.  Siyasətin  əsas  faktorlan  kimi  hər  şeydən  əvvəl 

böyük sosial qruplar (siniflər, millətlər, xalqlar, sivilizasiyalar) 

və  onların  mənafeyini  ifadə  edən  siyasi  təşkilatlar,  institutlar, 

liderlər  çıxış  edir.  Siyasətdə  sosial  qrupların  köklü  iqtisadi 

maraqları  əks  olunduğu  üçün  bəzi  siyasətçilər  onu 

«iqtisadiyyatın  cəmlənmiş  ifadəsi»  (V.İ.Lenin)  hesab  edirlər. 

Bununla yanaşı siyasət nisbi müstəqilliyə malikdir, iqtisadiyyat 

və cəmiyyətin başqa sahələrinə ciddi (müsbət və ya mənfi) təsir 

göstərir. 

Belə  qəbul  olunubdur  ki,  siyasət  elmin  nailiyyətlərinə 

əsaslanmalı və ali əxlaq  meyarlarına uyğun  gəlməlidir. Çünki 

məhz  siyasi  fəaliyyət  sosial  fəaliyyət  növləri  arasında  daha 

məsuliyyətli sahədir. 

Siyasi  fəlsəfə  sosial  həyatın  müəyyən  sferasını  -  siyasi 

sahəni  əks  etdirir.  Bu  fəlsəfənin  diqqət  mərkəzində  konlo’et 

siyasi  situasiya,  siyasi  fəaliyyətin  konlcret  formalan  və 

təzahürləri  deyil,  siyasi  aləmin  təbiəti  -  ümumiyyətlə  siyasi 

həyat durur. 

440 



Məsələn,  konkret  dövlət  deyil,  konkret  hakimiyyət  strukturu 

deyil,  ümumiyyətlə  dövlətin  və  hakimiyyətin  təbiəti,  konkret 

siyasi  partiya  deyil,  onun  cəmiyyət  həyatındakı  yeri  və  rolu 

nəzərdə tutulur. 

«Siyasi  fəlsəfə»  söz  birləşməsində  «fəlsəfə»  bütövlükdə 

məsələnin mahiyyətini əhatə edir; «siyasi» sözü isə eyni vaxtda 

həm  predmeti,  həm  də  funksiyanı  göstərir.  «...Bütün  siyasi 

fəlsəfə  siyasi  fikirdir,  lakin  hər  bir  siyasi  fikir  siyasi  fəlsəfə 

deyil. Siyasi fikri öz-özlüyündə mülahizə (rəy) maraqlandırmır; 

əksinə, siyasi fəlsəfə şüurlu, ardıcıl və yorulmaz səy ilə siyasi 

prinsiplər  haqqında  mülahizələri  onlar  haqqında  bilik  ilə  əvəz 

etməyə yönəlibdir».*’ 

Beləliklə, siyasi fəlsəfə ümumiyyətlə idarəetmə, vətəndaş və 

dövlət problemləri ilə məşğuldur və daha ümumi suallara cavab 

verməyə  çalışır:  nə  üçün  vətəndaş  öz  dövlətinin  hökumətinə 

tabe  olmalıdır  və  qorxudan  başqa  tabe  olmağın  digər  əsası 

varmı?  Bizə  dövlət  lazımdırmı,  yoxsa  dövlətsiz  də  keçinmək 

olar? Azadlıq nədir və vətəndaş nə qədər azad olmalıdır? 

Siyasi  fəlsəfə  ümumi  fəlsəfənin  bir  hissəsi  kimi  çıxış  edir. 

«...Siyasi  fəlsəfə  eyni  zamanda  siyasi  dünyanın  idrak 

nəzəriyyəsi,  yəni  siyasi  epistemologiya,  həm  də  siyasi  varlıq 

haqqında  təlim,  başqa  sözlə  siyasi  ontologiya  kimi  çıxış  edir. 

Birinci  halda  siyasi  fəlsəfə  -  siyasi  dünyanın  mənəvi  və 

dünyagörüşü  aspektlərini  öyrənən  xüsusi  fənn  kimi  çıxış  edir, 

siyasi  ontologiyanı,  aksiologiyanı,  epistemologiyanı  və 

metodologiyanı  özündə  birləşdirir.  İkinci  halda  isə  bu, 

insanların  mənəvi  fəaliyyətinin  elə  sferasıdır  ki,  burada  siyasi 

dünyanın  dünyagörüşü,  normativ  və  dəyər  sahəsində  əsaslan, 

siyasi  ideyanın  özü,  dövlət  və  hakimiyyət  ideyası  və  s. 

formalaşır.  Siyasi  fəlsəfə  eyni  zamanda  həm  fəlsəfə,  həm  də 

siyasi  həyat  sahəsinə  toxunaraq  fəlsəfə  ilə  siyasi  elmlərin 

kəsişdiyi  yerdə  durur».^®  Bu  mənada  siyasi  fəlsəfə,  yuxanda 

göstərildiyi kimi, ümumi fəlsəfənin ayrılmaz tərkib hissəsidir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə