Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Л.Штраус. Введение в политическую философию. М.. «Пракснс». «Логос». 2(К)0. с.11



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə475/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   471   472   473   474   475   476   477   478   ...   540
1027 (1)

Л.Штраус. Введение в политическую философию. М.. «Пракснс». «Логос». 2(К)0. с.11. 

К.С.Гаджиев. Политическая философия. М.. «Экономика», 1999, с. 193. 

441 


XX əsrin birinci yarısında Qərbdə peşəkar filosoflann dövlət 

və vətəndaş problemlərinə marağı bir qədər azalır. Əvvəllər isə 

bu  problemlər  fəlsəfənin  vacib  tərkib  hissəsi  olmuş,  Platon, 

Aristotel,  əl-Fərabi,  İbn  Xaldun,  Nəsirəddin  Tusi,  T.Hobbs, 

Hegel, K.Marks və başqaları siyasi problemlər ilə ciddi məşğul 

olmuşlar. 

XX  yüzilliyin  80-ci  illərindən  başlayaraq  siyasi  mövzu 

fəlsəfədə  yenidən  aktuallaşır.  İki  amerikalı  filosoflın:  Con 

Rolzun  «Ədalət  nəzəriyyəsi»  (1979)  və  Robert  Nozikin 

«Anarxiya, dövlət və utopiya» (1974) əsərlərinin çapı bu sahədə 

böyük canlanmaya səbəb oldu. 

Yuxarıda  deyildiyi  kimi,  cəmiyyətin  sosial  qruplara  və 

siniflərə  parçalanması  ilə  əlaqədar  əsasən  hakim  siyasi 

qüvvələrin mənafeyini ifadə edən dövlət hakimiyyəti vasitəsilə 

mövcud  ictimai-siyasi  strukturu  qoruyub  saxlamaq  zərurəti 

meydana  gəlir.  Siyasi  şüur  sosial-siyasi  qrupların  dövlət 

hakimiyyətinə  münasibətində  onların  təsərrüfat-iqtisadi  və 

ictimai  münasibətlərinin  əks  olunmasıdır.  Ona  görə  də  siyasi 

şüur  yekcins  ola  bilməz,  çünki  o  cəmiyyətin  bütün  təbəqələri 

arasındakı qarşılıqlı münasibəti əhatə edir. 

Müasir  dövrdə  siyasi  fəlsəfənin  əhatə  etdiyi  problemlər 

dairəsi  olduqca  genişdir.  Bu  dövlət  hakimiyyəti,  ictimai 

quruluş, şəxsiyyətin hüquqi statusu, siyasi mübarizə və inqilab, 

dövlət- lərarası münasibət, müharibə, sülh və s. problemlərdir. 

Siyasi mənafe hər insana toxunur, ya tamam açıq, ya da gizli 

forma kəsb edir. Mahiyyətcə ibtidai icma quruluşundan başqa 

bütün  cəmiyyətlərdə  həyat  kəskin  sosial  ziddiyyətləri  özündə 

birləşdirən  siyasi  maraqlarla  doludur.  Məhz  siyasi  maraqlar 

daha  çox  ictimai  fəal  birliklərin  və  xüsusən  kəskin  sosial 

ziddiyyətlərin özəyini təşkil edir. Bu mübarizədə hər şey - elm, 

incəsənət,  din,  fəlsəfə  -  siyasi  şüurun  obyekti  ola  bilər  və 

ideoloji  diskussiyalar  sferasına  cəlb  edilə  bilər.  Yalnız  sosial- 

iqtisadi  deyil,  həm  də  cəmiyyətin  mənəvi  həyatı  daha  böyük 

dərəcədə siyasi maraqlardan asılıdır. Bu o demək deyil ki, hər 

bir mədəniyyət hadisəsi ya siyasi mənafelərin əks olunmasıdır, 

ya da onun qurbanıdır; əsl yaradıcılıq təmənnasız baş verir. 



442 


Bununla yanaşı yeninin əsl yaradıcılan həmişə siyasi baxımdan 

mütərəqqi fikirləşirlər. 

Fəlsəfədə  siyasi  şüuru  adətən  iki  səviyyəyə  bölürlər:  adi- 

praktiki və ideoloj i-nəzəri səviyyələr. Adi-praktiki siyasi şüur 

kortəbii  meydana  gəlir,  insanlann  praktiki  fəaliyyətindən,  on- 

lann  sosial  təcrübəsindən  və  onları  bilavasitə  əhatə  edən 

mühitdən  qidalanıb  boy  atır.  Adi  şüurun  məzmununu  tənqidi 

olaraq təhlil edən nəzəri ideologiya dəqiq, elmi cəhətdən əsas- 

landınlmış siyasi proqram hazırlamağa cəhd göstərir. 

Siyasi şüurun ayrılmaz hissələrindən biri də hüquqi şüurdur. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   471   472   473   474   475   476   477   478   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə