Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə471/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   467   468   469   470   471   472   473   474   ...   540
1027 (1)

K.^Icııepc. 

C

MMCH H



 najHaHeHiıc ncTopun. 

M., 1994, c.126. 

433 


kömək  edir.  Onlar  göstərirlər  ki,  böyük  məhsuldarlıq  həyat 

səviyyəsini yüksəldir, deməli, adamlar yaxşı qidalanır və daha 

az xəstələnirlər. Onlar üçün ən vacib demokratik azadlıq bazarın 

iqtisadi  azadlığıdır.  Doğrudur,  onlar  bir  qayda  olaraq  həm  də 

siyasi azadlıq uğrunda çıxış edirlər. Bu müəlliflər etiraf edirlər 

ki,  sosial  ədavət  və  xarici  təbii  mühitin  qorunması  olduqca 

vacibdir, lakin hesab edirlər ki, onun iqtisadi məqsədlə istifadə 

edilməsinə  mane  olmaq  yolverilməzdir.  Bu  müəlliflər  adətən 

texnologiyanı  Utilitarist  baxımdan  qiymətləndirir,  gəlir  ilə 

xərcin balansına maksimum dərəcədə nail olmağa çalışırlar. 

Texnoloji  inqilabda təhlükə  görən alimlər şəxsi  potensialın 

həyata keçirilməsini hər şeydən üstün tuturlar və onları maddi 

marağın  üstünlüyü  baxımından  deyil,  insani  münasibətlər 

mövqeyindən izah edirlər. Onları insan haqları və insan ləyaqəti 

maraqlandırır. 

Onların 


fikrincə 

texnoloji 

siyasəti 

müəyyənləşdirərkən  iqtisadi  məhsuldarlıqla  yanaşı  səmərəli 

əmək  də  çox  vacibdir.  Müasir  industrial  cəmiyyətlərdə  təbii 

ehtiyatların  tükənməsi  və  istehlakm  yüksək  səviyyəsi  onlan 

narahat edir. Onlar, bütün canlı varlıqlara rəhm etməyi və onlan 

qorumağı zəruri hesab edirlər. 

Texnikanın inkişafı bir çox hallarda absurd vəziyyət yaradır. 

Məsələn,  texniki  rabitə  vasitələrinin  (telefon,  radiotelefon, 

kompüter  şəbəkəsi)  sürətlə  yayılması  cəmiyyətin  həmin 

vasitələrlə təmin edilməsi imkanını qabaqlayır. Qüdrətli texniki 

vasitələr  bəzən  bayağı,  şit  şeylər  yayır,  çox  xırda,  boş, 

məzmunsuz informasiyalarla doldurulur. Texniki ixtiraların bir 

çoxu  öz  dövrünü  qabaqlayır,  iqtisadi  cəhətdən  faydasız  olur. 

Texniki qurğuların çoxsaylı olması, onların istehsala və məişətə 

tətbiq  edilməsi  kütləvi  şüurun  intellektual  (xüsusən  əxlaqi) 

səviyyəsini  qabaqlayır.  Odur  ki,  təhlükəsizliyi  qorumaq  üçün 

texniki  sistemlərə  məhdudlaşdırıcı  vasitələrin  daxil  edilməsi 

zərurəti  yaranır.  Həyatın  bütün  axarını  texnika  ilə  doldurmaq 

qəzaların  və bir sıra başqa texniki hadisələrin sayını  çoxaldır. 

Bununla  belə  öz  amansızlığına  baxmayaraq  texniki  tərəqqi 

qarşısıalınmaz prosesdir. 

434 



informasiya-kompüter  inqilabı  ictimai  həyatın  bütün 

sahələrini  - maddi istehsal  və  əmək, siyasət və təhsil  sahəsini 

əhatə  edir.  Beləliklə,  cəmiyyət  həyatının  yeni  sferası  - 

«texnosfera»  meydana  gəlir.  Onu  yaratmaqla  insan  təbiəti 

sıxışdırır,  nəticədə  Yerin  biosferasına  antropogen  təsir  fəlakət 

gətirir, təbii ehtiyatların yenidən bərpa olunması prosesi kəsilir. 

Son  vaxtlar  «hipermodemizm»  və  yaxud  «texnos»  termini 

meydana  gəlib.  Hiper  (fovqəl,  həddən  artıq)  modemizmə  - 

postmodernizm  də  deyilir.  Texnikanın  fəaliyyət  vasitəsindən 

substansiyaya (əsas başlanğıca) çevrilməsi  ilə  yeni,  elə bil ki, 

mədəniyyətin  yerinə  keçən  bir  dünya  -  Texnos  yaranır.  Bu 

nəzəriyyənin  tərəfdarları  göstərirlər  ki,  Texnos  başqa  sahələr 

(məsələn,  texnosfera)  ilə  yanaşı  sadə  sfera  deyil,  məhz  hər 

sahəyə  nüfiız  edən  bir  şeydir.  Tarix  terminlərində  cəmiyyət 

vektor boyu hərəkət kimi ifadə edilir: ənənəvi - industrial-pos- 

tindustrial (texnotron) cəmiyyətlər. Bu cəmi)^ət axırda ölür və 

«Sistemə»  çevrilir.  Mədəniyyət  terminlərində  cəmiyyət  - 

realizmdən modemizmə və post (hiper) modemizmə keçiddir; 

axırda mədəniyyət ölür və texnologiyaya çevrilir. Bu nəzəriyyə 

təsdiq  edir  ki,  təkamül  bütövlükdə  min  illərlə  vəhşilik  və 

barbarlıqdan,  sonra  isə  əsrlərlə  mədəniyyət  və  sivilizasiyadan 

keçir; indi isə biz informasiya və texnika dövrünə daxil olumq. 

Hipermodemizmin  tərəfdarları  sübut  etməyə  çalışırlar  ki, 

əgər təbiət - naturalizm, mədəniyyət - modemizmdirsə, Texnos - 

hipermodemizmdir.  Təbiət  artıq  keçmiş,  baş  vermiş  Var- 

lıqdırsa,  mədəniyyət  indiki  dövrdə  baş  verən  proses  -  Yaran- 

madırsa, Texnos - gələcəkdir, layihədir, yaradıcılıqdır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə