Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə479/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   475   476   477   478   479   480   481   482   ...   540
1027 (1)

statut

 və ya 


qanunverici 

hüquq

  adlandırırlar.  Onun  sayəsində  cəmiyyət  hüququ  dövlət 

istiqamətində  adi  hüquq  və  hüquqi  presedent  çərçivəsində 

olduğu vaxtdakına nisbətən daha sürətlə irəliləyir. 

Hər  bir  qanunverici  hüquq  tarixidir.  Tarixən  dəyişən 

qanunvericilik haqqında bilik və dəyər kimi fəaliyyət göstərən 

hüquqi şüur da tarixən dəyişgəndir. Hüquqi şüur yalnız müasir 

444 



qanunvericiliyi əks etdirmir, o həm də mövcud hüquqi sistemi 

tənqid  edə  bilər,  sosial  ədalətin  tarixən  şərtləndirilmiş  nəzəri 

idealını ona qarşı qoya bilər. 

Hüquqi  şüur  və  hüquq  bir  qəbildən  olan  hadisələr  olsa  da 

eyni  deyillər.  Onlar  qırılmaz  əlaqələrinə  və  qarşılıqlı 

münasibətlərinə  baxmayaraq  müxtəlif  və  nisbətən  müstəqil 

hadisələrdir. Hüquq - hər şeydən əvvəl həyata keçirilməsi dövlət 

hakimiyyətinin  qüvvəsi  ilə  təmin  edilən  hüquqi  qanunlardır. 

Hüququn köməkliyi ilə ictimai qaydalar möhkəmlənir. Hüquqi 

şüur isə - ümumi icbari xarakter daşımır, dövlətin məcburetmə 

qüvvəsi  ilə  təmin  edilmir  və  cəmiyyətin  müxtəlif  sosial 

təbəqələri  və  siniflərinin  mövqeyindən  hüquq  və  onu 

dəyərləndirmək 

haqqında 

təsəvvürə 

malik 


olmağın 

zəruriliyindən meydana gəlir. Müxtəlif sosial-siyasi qruplar və 

təbəqələrin hər birinin özünün spesifik hüquqi şüuru olur. 

Əgər  hüquq  cəmiyyətin  sosial-siyasi  strukturunun  nisbətən 

sabit elementi kimi məlum süstlüyə, ətalətə malikdirsə, hüquqi 

şüur onun daha çevik və hərəkətdə olan elementi kimi çıxış edir. 

Hüquq  -  ictimai  münasibətlərin  müstəqil  növü  deyil,  lakin 

elə formadır ki, bütün başqa münasibətlər (iqtisadi, siyasi, ailə 

və s.) burada özlərini qanuniləşdirir. 

Hüquq  -  cəmiyyətdəki  münasibətləri,  insanların  davranış 

qaydalarını,  müxtəlif  birlik  və  dövlət  orqanlannın  fəaliyyətini 

tənzimləyən normativ sistemlərdən biridir. Hüquq: 1) dövlətin 

gücü  ilə  qorunan  və  hamı  üçün  məcburi  olan  normalar 

sistemidir;  2)  cəmiyyətdə  insanlar  arasındakı  münasibətləri 

tənzimləyən  yuridik  normaları  və  qaydaları  öyrənən  elmdir 

(hüquq- şünaslıq). 

Üç  növ  hüququ  ayırmaq  olar:  7. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə