Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə476/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   472   473   474   475   476   477   478   479   ...   540
1027 (1)

Hüquqi  şüur

  hüquq  hadisələrini  bilmək,  ayn-ayrı  siyasi 

qüvvələrin  və  ya  bütün  cəmiyyətin  mənafeyi  və  tələbatı  ilə 

həmin  hadisələrin  müəyyənləşən  qiyməti  haqqında  hüquqi 

görüşlər və nəzəriyyələrin cəminə deyilir. 

Hüquqi  şüurda  mövcud  cəmiyyətdə  hüququn  müxtəlif 

subyektlərinin - fərdlərin, müəssisələrin, əmək kollektivlərinin, 

təşkilatlann,  vəzifəli  şəxslərin  və  s.  sosial-iqtisadi  fəaliyyəti 

haqqında hüquqi qanun kimi qəbul edilmiş normativləri bilmək 

və onlan qiymətləndirmək ifadə olunur. 

Sosial  təbəqələr,  millətlər,  dövlətlər  və  s.  arasındakı 

münasibətləri  əks  etdirən  siyasi  şüurdan  fərqli  olaraq  hüquqi 

şüur ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri 

baxımından həyatı əks etdirir. Hüquqi şüur - normativ şüurdur, o 

ictimai  münasibətləri  qaydaya  salmaq  zərurətindən  meydana 

gəlib.  Ona  görə  də  hüquqi  şüur  siyasi  şüur  tərəfindən  ifadə 

edilmiş  vəzifələrin  həyata  keçirilməsini  təmin  edən  vasitə 

rolunu oynayır. 

Hüquqi  şüurun  xarakter  cəhəti  onun  hüquq  ilə  qırılmaz 

əlaqədə  olmasıdır.  Ona  görə  də  burada  hüququn  təbiəti  və 

qaynaqları haqqında qısaca bəhs etmək lazımdır. 

Bütün  hüquqi  normalar  əxlaq  normalarından,  dindən, 

adətlərdən, ənənələrdən fərqli olaraq dövlət tərəfindən yaradılır 

və qanunverici aktlarda təsbit edilir. 

Hüquq  normaları  məcburetmə  qüvvəsinə  malikdir,  həm 

yasaq edilmiş, həm də qanuni hərəkətləri müəyyən edir. Əgər 



443 


cinayət  sferasında  baş  verən  əməl  hüququ  pozursa,  hüquq 

qanun tərəfindən müəyyən edilmiş cəza vasitəsilə bərpa edilir. 

Cəza  hüquqi  qaydaların  qanuni  yolla  bərpa  edilməsidir.  Hələ 

dövlətin  olmadığı  ibtidai  cəmiyyətlərdə  cəza 



xüsusi  qisas

 

şəklində  çıxış  edirdi.  Vətəndaş  (mülki)  cəmiyyətində  cəzanı 



dövlət  tərəfindən  qəbul  edilmiş  qanunlar  əsasında 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə