Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə487/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   483   484   485   486   487   488   489   490   ...   540
1027 (1)

Siyasi partiya

 müəyyən ictimai qüvvələrin mənafeyini ifadə 

edən, həmin qüvvələrin  daha  fəal nümayəndələrini  birləşdirən 

və müəyyən məqsəd və ideallara çatmaq üçün onlara rəhbərlik 

edən təşkilatdır. 

Partiyanın  meydana  gəlməsi  və  inkişafı  cəmiyyətin  sosial- 

siyasi qruplara parçalanması ilə əlaqədardır. Lakin yalnız yetkin 

kapitalizm şəraitində partiya müxtəlif sinif və ictimai qüvvələrin 

təşkil edilməsinin yüksək forması olur. 

Demokratiya şəraitində müxtəlif partiyaların mövcud olması 

qanunauyğundur.  Çoxpartiyalılıq  müxtəlif  siyasi  qüvvələr, 

sosial qruplar və təbəqələrin maraqları arasındakı ziddiyyətlərin 

əks  olunmasıdır.  Bəzi  ölkələrdə  liberallar,  bəzilərində  kon- 

servatorlar  (mühafizəkarlar)  üstünlük  təşkil  edir.  Bir  çox 

ölkələrdə  isə  sol  siyasi  qüvvələrin  də  mövqeyi  möhkəmdir. 

Məsələn,  Böyük  Britaniya,  Almaniya,  Avstriya,  İspaniya, 

Skandinaviya ölkələrində sosial-demokratlar ciddi qüvvə hesab 

olunurlar. 

ABŞ-da  əsasən  iki  aparıcı  partiya  var:  Respublikaçılar  və 

Demokrat partiyaları. Böyük Britaniyada da iki əsas partiya var: 

Mühafizəkarlar  və  Leyboristlər  partiyaları.  Başqa  çoxpartiyalı 

sistem olan ölkələrdə də bir sıra siyasi partiyalar fəa- 



451 


liyyət  göstərir.  Azərbaycan  müstəqillik  qazanandan  sonra 

çoxpartiyalı sistem yaratmaq yoluna keçdi. 

Partiya  demokratiyasının  başlanğıcında  «işıqlı  gələcəyə» 

aparan yolu təsvir edən ideyaları formalaşdıran insanlar durur. 

Bu adamlar partiyada birləşən və hakimiyyət uğrunda mübarizə 

aparan həmfikirlərini tapırlar. Partiya ideologiyanın silahı kimi 

çıxış  edir.  Siyasi  mübarizə  son  nəticədə  ideyaların  rəqabəti 

formasını qazanır. 

Lakin  vaxt  keçdikcə  bu  klassik  modeldə  əhəmiyyətli 

dəyişiklik  baş  verir.  İndi  heç  bir  partiya  özünün  praktiki 

fəaliyyətində  irəli  sürdüyü  ideyalar  ilə  məhdudlaşa  bilməz, 

çünki  həyat  həmişə  kompromisə  getməyi,  ideyadan  kənara 

çıxmağı  tələb  edir.  Ona  görə  də  müxalifət  partiyaları  hakim 

partiyalara  nisbətən  ideologiyaya  daha  çox  bağlı  olurlar  və 

praktiki  məsələlərin  həlli  ilə  daha  az  məşğul  olurlar.  Bundan 

başqa dünya olduqca sürətlə dəyişir, əsasında nə vaxtsa partiya 

yaranan  ideyalar  sonralar  yeni  şəraitə  uyğun  gəlmir. 

Hakimiyyət belə hallarda partiya üçün adətən yüksək İdeyadan 

daha  qiymətli  olur.  Xüsusi  ictimai  zümrə  -  siyasi  elita 

formalaşır.  Həmin  zümrənin  öz  maraqları  yaranır,  ideyanın 

göstərişlərindən uzaq olan, hətta bəzən ölkənin mənafeyinə zidd 

olan  kompromisləri,  razılaşmaları,  sövdələşməni  özündə 

birləşdirən  və  partiya  fövqündə  duran  siyasət  mexanizmi 

inkişaf edir. 

Beləliklə,  çoxpartiyalı  sistem  şəraitində  tədricən  yeni, 

praqmatik  model  yaranır  ki,  burada  siyasət  ön  plana  çəkilir, 

ideologiya  isə  ona  xidmət  edir.  İdeologiya  siyasi  prosesin 

kənarlarına  doğru  uzaqlaşdırılır.  İdeyaların  rəqabəti  öz  yerini 

partiyaların  rəqabətinə  verir.  Belə  halda  yüksək  İdeyanın 

cazibədar-  lığı  deyil,  hakimiyyətdə  olan  partiyanın  konkret 

praktiki  məsələləri  nə  dərəcədə  səmərəli  həlletmə  qabiliyyəti 

əsasdır.  Lakin  bu  o  demək  deyil  ki,  ideologiya  ümumiyyətlə 

yox olur. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   483   484   485   486   487   488   489   490   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə