Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə489/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   485   486   487   488   489   490   491   492   ...   540
1027 (1)

anarxizmdir

 (yun. «an- archia» 

-  hakimiyyətsizlik).  Adi  şüurda  dərin  kök  salan  fikirdən  fərqli 

olaraq anarxizm sosial xaos və yaxud nəzarətsiz zorakılıq deyil. 

Anarxizm nəzəriyyəsinə görə insan nəsli dövlət olmasaydı daha 

yaxşı  yaşayardı.  Anarxistlər  sübut  etməyə  çalışırlar  ki,  insan 

cəmiyyətinin daha sadə və mükəmməl təşkil edilməsi metodları 

var.  Məsələn,  fransız  anarxizminin  nümayəndəsi  P.J.Prudona 

(1809-1865) görə zorakılığın və sosial xaosun səbəbi fərdlər və 

fərdlərin kiçik qrupları deyil, dövlətin özüdür. 

Sol  və  sağ  anarxizm  arasındakı  fərq  aşağıdakılardan 

ibarətdir.  Sol  anarxistlər  (məsələn,  XIX  əsrdə  yaşamış  knyaz 

Kro-  potkin)  inanırdılar  ki,  ideal  (dövlətsiz)  insan  cəmiyyəti 

könüllü  demokratik  korporasiya  əsasında  qurulacaq.  Burada 

xüsusi  mülkiyyət  demək  olar  ki,  olmayacaq  (şəxsi  əmlakdan 

başqa, məsələn, paltar), çünki torpaq və əsas istehsal vasitələri 

ümumi istifadəyə keçir. 

453 



Sağ  anarxistlər  dövlətin  tamamilə  ləğv  edilməsini  tələb 

edirdilər.  Onlar  inanırdılar  ki,  ideal  insan  cəmiyyəti  xüsusi 

mülkiyyətin tam hökmranlığına əsaslanır və ayn-ayn fərdlər və 

yaxud  onlann  kiçik  və  böyük  birləşmələrinə  dayanan  könüllü 

korporasiyalar  tərəfindən  saxlanılır.  Vergilər,  inhisarlar 

əleyhinə  qanunlar  və  başqa  məhdudiyyətlər  aradan  götürülsə, 

kapitalist  sisteminin  təbii  fəaliyyəti  aşağı  keyfiyyətli  malları 

ləğv edəcək, ətraf mühitin çirklənməsi prosesini  dayandıracaq 

və öz səmərəliliyini sübut edəcəkdir. 

Əvvəllər  sol  anarxistlər  sübut  edirdilər  ki,  dövlətdən  xilas 

olmağın  yeganə  üsulu  hökmdarı  öldürmək  və  yaxud  radikal 

inqilab  etməkdir.  Burada  çox  vacib  bir  istisnanı  -  M.Qandi 

təlimini nəzərə almaq lazımdır. O, özünəməxsus sol anarxist idi. 

Qandi  inanırdı  ki,  ən  mükəmməl  cəmiyyət  kiçik  qruplann 

(kəndlərin  və  icmaların)  könüllü  korporasiyası  əsasında 

yaranacaq.  Lakin 



0

,  hər  cür  zorakılığın,  o  cümlədən  üsyanın 

əleyhinə idi və passiv müqavimət taktikasından istifadə etməyi 

təklif edirdi. 

Bir  çox  müasir  sağ  anarxistlər  hesab  edirlər  ki,  dövləti 

demokratik  siyasi  vasitələrlə  aradan  qaldırmaq  olar.  Başqalan 

isə  göstərirlər  ki,  bizim  həyatımıza  daha  çox  nəzarət  etdikcə 

dövlət  öz  səmərəliliyini  itirir  və  nəticədə  təbii  ölümlə  öz 

varlığına son qoyur. Bəzi anarxistlər hesab edirlər ki, ağıllı və 

təhsilli  adamları,  yüksək  mövqe  sahiblərini  və  varlı  adamları 

(böyük  iş  adamlarını,  generallan  və  b.)  dövlət  ilə  iş  birliyini 

dayandırmağın  zəruriliyinə  inandırmaq  lazımdır.  Elita 

anarxizmin  ağlabatan  olduğunu  başa  düşəndən  sonra  dövlət 

öləcək. 


Marksistlər  deyirlər  ki,  yalnız  zorakı  inqilab  insanlan 

kapitalizmdən  və  kapitalist  idarə  formasından  azad  edəcək. 

Onlar  təsdiq  edirlər  ki,  müvəffəqiyyətli  antikapitalist  sosialist 

inqilabından  sonra  yeni,  lakin  keçici  dövlət  -  proletariat 

diktaturası qurulacaq. Bu proletar dövləti tezliklə kommunizm 

ilə əvəz olunacaq və dövlət həmişəlik aradan qaldınlacaq. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə