Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə488/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   484   485   486   487   488   489   490   491   ...   540
1027 (1)

Hakimiyyət  və  anarxiya.

  Alimlərin  çoxu  sübut  edirlər  ki, 

dövlətin  mövcudluğu  zəruridir.  Qədim  filosoflar  -  Platon  və 

Aristotel,  orta  əsr  filosofları  -  əl-Fərabi,  İbn  Xaldun,  N.Tusi, 

Makiavelli,  Yeni  dövr  mütəfəkkirləri  -  Hobbs,  Lokk,  Mon- 

teskye, J.J.Russo, Hegel, Marks və XX əsr filosoflarının da 



452 


çoxu dövlətin zəruriliyini qeyd edir və onun müxtəlif formaları 

haqqında yazırlar. 

ingilis  filosofu  T.Hobbs  göstərirdi  ki,  bəşəriyyətin  təbii 

vəziyyəti  ilə  dövlətin  heç  bir  əlaqəsi  yoxdur.  Onun  dediyinə 

görə insanın təbii durumu vəhşilikdir və insanlar bir-biri üçün 

təhlükə  törədirlər.  Başqa  ingilis  filosofu  C.Lokk  T.Hobbsun 

görüşlərinə qarşı çıxaraq göstərirdi ki, insanlar bir-biri ilə dinc 

yaşamaq  istəyirlər;  onlar  hətta  təbii  şəraitdə  də  sakit  yaşaya 

bilərlər. O, deyirdi ki, insanlar müəyyən təbii hüquqa malikdir: 

yaşamaq,  azadlıq  və  mülkiyyət  hüququ.  Dövlət  yalnız  sülhü 

təmin  etmək  üçün  deyil,  həm  də  müsbət  (pozitiv)  vəzifələri 

yerinə  yetirmək  üçün  mövcuddur  (təbii  hüquqlan  müdafiə 

etmək və onların yerinə yetirilməsini təmin etmək). Hakimiyyət 

inhisarı bu vəzifələrə ziddir. Ona görə də dövlətdə hakimiyyət 

məhdudlaşdırılmalı  və  müəyyən  şəkildə  müxtəlif  orqanlar 

arasında bölünməlidir. 

T.Hobbs və C.Lokkun tərəfdarları indiki vaxtda da çoxdurlar. 

XIX əsrdə geniş yayılmış və XX əsrdə də xeyli tərəfdan olan 

dövlət nəzəriyyələrindən biri də 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə