Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə481/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   477   478   479   480   481   482   483   484   ...   540
1027 (1)

3.2.

 

Cəmiyyətin siyasi sferası 

Siyasi sfera anlayışı.

 Tarixi inkişafın müəyyən mərhələsində 

meydana gələn cəmiyyətin siyasi sistemi onun sosial qruplara və 

siniflərə  bölünməsi,  əvvəllər  mövcud  olmayan  sinfi 

münasibətlərin  yaranması  ilə  əlaqədardır.  Cəmiyyətin  sosial 

strukturu  mürəkkəbləşdikcə  onun  siyasi  sistemi  də  tədricən 

mürəkkəbləşir və daha çox şaxələrə ayrılır. 

Cəmiyyətin  siyasi  sferası  başqa  sferalardan  onunla  fərqlənir 

ki,  başqa  sferalara  münasibətdə  o  hakim  mövqe  tutur.  Siyasi 

sferanın  belə  vəziyyəti  onun  çərçivəsində  qəbul  edilən 

qanunların,  qərarların,  fərmanların,  təlimatlann  başqa  sferalar 

üçün  məcburi  olması  ilə  şərtlənir.  Buna  görə  də  siyasi  sfera, 

xüsusən keçid dövründə, müəyyən üstünlüyə malikdir. Bununla 

yanaşı  siyasət  sferası  cəmiyyətin  başqa  sferaları  ilə  sıx 

əlaqədədir, onlardan asılıdır. 

Dövlətdən  başqa  siyasi  sistemə  eyni  zamanda  rəsmi 

təşkilatlanmış  siyasi  birləşmələr  -  partiyalar,  həmkarlar 

ittifaqları,  müxtəlif  gənclər  təşkilatı,  çoxsaylı  başqa  siyasi 

təşkilatlar da 

446 



daxildir.  Siyasi  sistem  yalnız  formal-hüquqi  deyil,  həm  də 

faktiki  sosial  birlikdir.  Onun  tərkibinə  rəsmi  tanınan  siyasi 

təşkilatlardan  başqa  həm  də  rəsmi  tanınmayan  təşkilat  və 

birləşmələr də daxildir. 

Geniş  xalq  kütlələrinin  təşkilatlanma  dərəcəsinin  və  siyasi 

şüurunun  artması  cəmiyyətin  siyasi  sisteminin  dəyişməsinin 

vacib qanunauyğunluğudur. İctimai inkişafda kütlələrin rolunun 

artması tarixin çox əhəmiyyətli hadisəsidir. 

Əks tərəfin müqavimətini zəiflətmək və yaxud böyük əhali 

kütləsini hərəkətə  gətirmək siyasi  fəaliyyətin əsas məqsədidir, 

çünki  bunsuz  nə  mövcud  quruluşu  saxlamaq,  nə  də  onda  hər 

hansı ciddi dəyişikliklər aparmaq mümkündür. 

Beləliklə,  cəmiyyət  həyatının  siyasi  sferasına  -  siyasi  şüur, 

siyasi münasibətlər, siyasi təşkilatlar və fəaliyyətlər daxildir. 



Dövlət

  Siyasi  sistemin  əsas  tərkib  hissələrindən  biri 

dövlətdir.  Dövlət  haqqında  olduqca  çox  fikirlər  söylənilib. 

Bəziləri hesab edirlər ki, dövlət nə isə bir ilahi qüvvədir, mistik 

bir təşkilatdır və öz təbəələrinin iradəsini əzir. Bəziləri dövləti 

bütün  bədxahlığın  qaynağı,  başqaları  isə,  əksinə,  bütün 

xeyirxahlığın əsası hesab edir. Başqaları isə qüvvətli dövlət və 

hakimiyyətin olmasını tələb edir və s. və i. 

Bununla  yanaşı  göstərmək  lazımdır  ki,  dövlətin  mənşəyi, 

mahiyyəti və cəmiyyətdə rolu haqqında  əsasən iki konsepsiya 

var:  sivilizasion  və  formasion  konsepsiyalar.  Onlann  ikisi  də 

dövlətin ictimai inkişafın daha sonrakı məhsulu olduğunu, onun 

müəyyən  şəraitdə  müəyyən  vəzifələri  həyata  keçirdiyini 

göstərirlər. Lakin 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   477   478   479   480   481   482   483   484   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə