Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə470/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   466   467   468   469   470   471   472   473   ...   540
1027 (1)

2.2.

 

Texnika: təbiət və cəmiyyət 

Texnikanın  təbiət  və  cəmiyyətdə  rolu  haqqında  yazan 

alimlərin sayı olduqca çoxdur. Burada isə XX əsrdə yaşamış bir 

neçə böyük filosofun bu problem haqqında dediklərini və bir sıra 

ümumiləşdirilmiş fikirləri misal gətiririk. 

M.Haydeggerin  əsərlərində  texnikanın  fəlsəfəsinə  bilavasitə 

aidiyyəti  olan  bir  sıra  geniş  əhatəli  məsələlər  qoyulur:  elmin 

meydana  gəlməsi  və  ixtisaslaşdırılması,  elm  və  texnikanın 

əlaqəsi,  elmi  texnologiyanın  bütün  planetdə  yayılması  və onun 

gələcəyi. Haydeggerə görə texnika - bəşəriyyətin özünü realizə 

etməsi,  həyata  keçirilməsi  üsuludur.  Texnika  cəmiyyətə 

münasibətdə birincidir. Haydegger texnikanın ənənəvi fəlsəfəsi 

ilə  əlaqəni  kəsir  və  göstərir  ki,  texnikanın  müdaxiləsi 

müxtəlifdir, uzaq gələcəkdə isə hətta hansı nəticələrə gətirəcəyini 

demək çətindir. Özünün statusuna görə texnika yalnız həqiqət ilə 

müqayisə  edilə  bilər.  Haydegger  göstərir  ki,  texnika  varlığın 

dərin  qatlannda  olan  xassələri  üzə  çıxarmaq  üçün  ən  vacib 

üsuldur; o imkan verir ki, gizli olan bir şey üzə çıxarılsın, təhrif 

olunmamış şəkildə başa düşülsün və təqdim edil- 

432 



sin.  Bununla  yanaşı  Haydegger  texnikanın  insan  əlində  vasitə 

olması  təsəvvürünü  inkar  edir.  Əksinə  məhz  insan  texnikaya 

«təslim» edilib, bu isə onu təhlükəyə doğru aparmaq qorxusunu 

yaradır. 

Başqa  alman  filosofu  K.Yaspersə  görə  isə,  texnika  bilikli 

insanın  təbiət  üzərində  hökmranlığa  doğru  yönəldilən 

fəaliyyətinin  məcmusudur.  Burada  məqsəd  insan  həyatına  elə 

görkəm verməkdir ki, o ehtiyac yükünü öz üzərindən ata bilsin 

və ətraf mühitdən özünə lazım olan formanı ala bilsin. Yaspers 

hesab edir ki, müasir texnikanın köməkliyi ilə insanın təbiətlə 

əlaqəsi  yeni  formada  baş  verir.  İnsanın  təbiət  üzərində 

hökmranlığının  qüvvətlənməsi  ilə  yanaşı  təbiətin  indiyə  qədər 

görünməmiş  dərəcədə  insanı  özünə  tabe  etməsi  qorxusu  da 

yaranır.  Yaspers  təsdiq  edir  ki,  təbiət  üzərində  hökmranlıq  o 

zaman məna kəsb edir ki, insan öz qarşısına bir çox məqsədlərə 

çatmaq ideyasını qoyur: həyatı yüngülləşdirmək, fiziki cəhətdən 

mövcud  olmaq  üçün  sərf  edilən  gündəlik  qayğılan  azaltmaq, 

istirahət və rahatlığı artırmaq. Yaspersə görə texnikanın mənası 

insanı  təbiətin  hökmranlığından  azad  etməkdir.  Lakin  təbiətə 

münasibətdə insan səmimi olmalıdır. O, yazmışdır: «Adi əmək 

alətlərindən maşına doğru sıçrayışın hansı nəticələr verəcəyini 

hələ  Hegel  görmüşdü.  Bu  hər  şeydən  öncə  əhə-  mij^ətli 

tərəqqidir;  əmək  aləti  hələ  nə  isə  ətalətli  bir  şeydir  ki,  öz 

fəaliyyətində mən ondan formal olaraq elə bil ki, istifadə edirəm 

və bu vaxt özüm də əşyaya çevrilirəm; çünki bu halda insanın 

özü qüvvə mənbəyidir. Maşın isə, əksinə, müstəqil alətdir, onun 

köməkliyi ilə insan təbiəti aldadır, onu özünə işləməyə məcbur 

edir. Lakin yalan yalançıdan qisas alır».'^ 

Həyatı  məsələlərin  həllinə  təsir  etmək  üsullarından  biri  də 

bizim  siyasi  proseslərdə  bilavasitə  iştirakımızdır.  Lakin 

texnologiyaya  aid  məsələlərin  həllində  əhalinin  böyük 

əksəriyyəti səriştəsizdir. Bu işlə bilavasitə mütəxəssislər məşğul 

olurlar.. 

Texnologiyanın cəmiyyətdə müsbət roluna inanan müəlliflər 

deyirlər ki, texnologiya birmənalı olaraq iqtisadi inkişafa 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə