Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə465/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   461   462   463   464   465   466   467   468   ...   540
1027 (1)

‘ Yenə orada, s.223. 

'

 

S.X

D

İİI

ÜV

. Elmi-texniki toroqqi vo onun sosial-iqtisadi nəticolori. Bakı, «Elm», 

1996, s.220. 

426 


2. Texnikanın fəlsəfəsi 

2.1.

 

Texnika və texnologiya 

anlayışlarının fəlsəfi 

mahiyyəti 

«Texnika»  anlayışının  kökləri  çox  qədim  vaxtlara  gedib 

çıxır,  Qədim  yunan  sözü  «techne  sənətkarın  qabiliyyətindən 

tutmuş  yüksək  incəsənət  sahəsindəki  ustalığa  qədər  çox  geniş 

mənada düşünülürdü. 

XVII  əsrdə  Qərbi  Avropa  ölkələrində  elmi  inqilablar  və 

istehsalda  baş  verən  dəyişikliklər  dövründə  latınca  işlədilən 

«technica  ars»  sözü  (bacarıqlı  istehsal  sənəti)  «  technigve» 

termini  kimi  fransız  dilinə,  sonra  isə  «technic»  kimi  alman 

dilinə  keçir.  Bu  termin  tədricən  xüsusi  məna  kəsb  etməyə 

başlayır. Yeni dövrdə bu söz istehsal olunan hər şeyə, daha çox 

isə əmək alətləri və maşınların istehsalına aid olan bütün vasitə

üsul  və  fəaliyyətlərin  cəmini  ifadə  edir.  Beləliklə,  texnikanın 

inkişafı  ilə  əlaqədar  bu  anlayışın  özünün  məzmunu  da 

əhəmiyyətli dərəcədə dəyişir. 

Qərbdə  texnikanın  fəlsəfəsinin  yaranmasını  adətən  İ.Berk- 

manın «Texnologiya üzrə əsasnamə və yaxud sənətlərin, fabrik 

və zavodların öyrənilməsi» (1777) kitabı ilə bağlayırlar. Lakin 

çox  hallarda  bu  fəlsəfənin  başlanğıcını  yüz  il  sonra  Qərbi 

Almaniyada çap olunan E.Kappın «Texnikanın fəlsəfəsinin əsas 

əlamətləri» (1877) əsəri ilə əlaqələndirirlər. Bu kitab XX əsrin 

axırlarında  yenidən  çap  edilib.  Onun  əsas  ideyası  texnika 

fenomenini  təbiətin  öz  inkişafından  çıxarmaq  yolu  ilə  başa 

düşməkdən ibarətdir. Texnikanın özü nə isə süni bir sahə olsa da 

təbiətdən  gəlir  və  başqa  bir  substrat  (mühit,  əsas)  tərəfindən 

yaradılmır. Maşın insan orqanlarının təbiət materiallarına olan 

proyeksiyasıdır. E.Kappın dediyinə görə canlı təbiətin təkamülü 

gedişində  kökü  «təbiət  ruhunda»,  yəni  maddi  cisimləri  idarə 

edən  canlı  orqanizmlərin  bütövlüyündə  olan  yeni  bir  hadisə  - 

texnika  meydana  gəlir.  O,  öz  kitabına  belə  epiqraf  vermişdi: 

«Bəşəriyyətin bütün tarixi, diqqətlə baxanda, son nəticədə daha 

yaxşı əmək alətlərinin ixtira edilməsidir».* 

**

 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə