Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə460/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   456   457   458   459   460   461   462   463   ...   540
1027 (1)

T.37. c.394-395. 

420 


1.3.

 

iqtisadi sistem 

İqtisadiyyatın  sovet  modeli  üçün  xüsusi  mülkiyyətin  və 

sahibkarlığın  ləğv  edilməsi,  onların  yerində  idarə  və 

planlaşdırmanın nəhəng bürokratik aparatın olmasını tələb edən 

və bütün sahələri əhatə edən dövlət mülkiyyətinin yaradılması 

həlledici əhəmiyyətə malik idi. Sovet İttifaqında mərkəzləşmiş 

planlaşdırmanın  həyata  keçirilməsi  nəticəsində  dünya 

praktikasında  birinci  dəfə  olaraq  dövlət  bütün  istehsalın 

bilavasitə təşkilatçısı və rəhbəri olur, bazar lazımsız olur və plan 

ilə  əvəz  edilir.  Bununla  yanaşı  iqtisadiyyatın  sovet  modeli 

böyük  siyasi  effektə  malik  olaraq  uzun  illər  hakim  dairələrə 

rejimi möhkəmlətmək imkanı yaratdı. 

Sovet  İttifaqında  guya  Marksın  təliminə  uyğun  yaradılmış 

iqtisadiyyat  (Lenin  və  Stalinin  əlavələri  ilə)  bütün 

parametrlərinə  görə  əsassız  olduğunu  göstərdi,  yəni  artımın 

ümumi  tempinə,  istehsalın  strukturunu  formalaşdırmağa, 

səmərəliliyinə  (əmək  məhsuldarlığına,  enerji  və  maddi 

tutumuna) görə kapitalist iqtisadiyyatı ilə müqayisədə çox geri 

qaldığını  nümayiş  etdirdi.  Maodan  sonrakı  Çinin  təcrübəsi. 

Şimali  və  Cənubi  Koreyanın,  Almaniyanın  Şərqi  ilə  Qərbinin 

müqayisəsi buna misaldır. 

Marks  sübut  etməyə  çalışırdı  ki,  kapitalizm  «axırıncı 

istismarçı  formasiya»  kimi  özünün  bazar  iqtisadiyyatı  ilə 

birlikdə  zəruri  ölümə  məhkumdur.  Belə  mücərrəd  nəzəri 

nəticəyə gəlmək üçün «dəyər qanunu» kifayət idi. Marksa görə 

bu  qanun  əmtəə  mübadiləsini  onun  ictimai  dəyəri,  yəni 

əmtəənin istehsalına sərf edilən ictimai zəruri əməyin miqdarı 

ilə  tənzimləyir.  «Dəyər  qanunu»nun  köməkliyi  ilə  Marks 

məntiqi yolla bir neçə tendensiyanı üzə çıxardı: kapitalist yığımı 

və proletariatın dilənçiləşməsi qanunu, gəlirin orta normasının 

aşağı  düşməsi  meyli,  sərbəst  rəqabətin  inhisar  (monopoliya) 

tərəfindən  sıxışdırılması  və  s.  Marks  bütün  qüvvəsini  bu 

qanunun  sosial  aspekti  üzərində  cəmləmiş  və  kapitalizmin 

ölümə məhkum olduğunu sübut etməyə çalışmışdır. 

Siyasi iqtisad elminin yaradıcıları olan A.Smit (1723-1790) 

və D.Rikardonun (1772-1823) əsas xidməti sərvətin nə ticarət 



421 


prosesində, nə də təbii ehtiyatlar sayəsində deyil, hər şeydən əwəl 

istehsal  prosesində  insan  əməyi  ilə  yaradıldığını  sübut  etmək 

olmuşdur.  Hələ  Marksa  qədər  iqtisadi  fikir  birdəfəlik  belə 

nəticəyə gəlmişdir ki, fiziki xarakterli hər hansı bir şey dəyərin 

meyan (ölçüsü) ola bilməz (Marksdakı kimi) və bu meyar bazar 

münasibətlərinin özündə gizlənir. 

XIX  əsrin  axırı  -  XX  əsrin  əvvəllərində  müvazinət 

nəzəriyyəsinin  yaradıcıları  L.Valras  (1834-1910)  və  V.Pareto 

(1848- 1923) ilk dəfə göstərdilər ki, iqtisadi dəyərlər sistemində 

bütün elementlər - həm əmək, həm özünün müxtəlif formalann- 

da kapital,  həm  təbii  ehtiyatlar, həm  müxtəlif əmtəə və xidmət 

növləri  dinamik  müvazinət  vəziyyətindədir.  Belə  vəziyyət  op- 

timuma can atır, yəni elə bölgü yaradır ki, müxtəlif tələbatların 

bütün  cəmi  maksimum  təmin  edilir.  Bu  sistemdə  hər  bir 

dəyişiklik optimumu pozur və beləliklə, dəyərin ümumi həcmini 

azaldır.  A.Smit  və  D.Rikardonun  belə  izahatı  obyektiv 

substansiya  tərəfindən  hər  hansı  dəyər  yığımının  yaradılmasını 

tamamilə  inkar  edir  və  xüsusən  K.Marks  tərəfindən  göstərilən 

problemi  aradan  götürür:  tələb  təklif  edilən  əmtəənin 

qiymətindən  asılı  olduğu üçün,  guya qiyməti tələb və təklif ilə 

izah etmək olmaz. 

İndiki  dövrdə  kompüter  texnologiyasının  inkişafı  iqtisadi 

sistemlərdə keyfiyyətcə yeni dəyişikliklər yaradır. Dünya iqtisadi 

birliyi bu və ya digər dərəcədə qarşılıqlı əlaqədə olan dövlətlərin 

mexaniki  cəmindən  bütöv  iqtisadi  sistemə  çevrilir  ki,  burada 

milli  sosiumlar  vahid  ümumdünya  iqtisadi  orqanizmin  tərkib 

hissəsi olur. Qloballaşma şəraitində milli və ümumdünya iqtisadi 

münasibətləri  rollarını  dəyişməyə  başlayırlar.  Əvvəllər  milli 

münasibətlər aparıcı rol oynayırdılarsa, indi ümumdünya iqtisadi 

münasibətləri  aparıcı,  müəyyənedici  qüvvəyə  çevrilməkdədir. 

Milli  dövlət  artıq  əvvəllər  olduğundan  fərqli  olaraq  milli 

iqtisadiyyatı arzuolunmaz xarici təsirlərdən qoruya bilmir. 

İqtisadiyyatın  qloballaşması  çox  hallarda  ölkələrin  iqtisadi 

açıqlığına,  ticarətin  və  kapital  axınının  milli  rejimlərinin 

liberallaşmasına, qlobal maliyyə bazarının və ümumdünya infor- 

422 



masiya  şəbəkəsinin  formalaşmasına  aid  edilir.  Bütün  bunlar 

doğrudan  da  təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  yolunda 

çoxəsrlik  prosesin  ən  yeni  mərhələsi  olan  qloballaşmaya  xas 

olan cəhətdir. 

İqtisadi  sistem  cəmiyyətin  nisbətən  xüsusiləşmiş  yarım 

sistemidir  və 



0

  bu  və  ya  digər  dərəcədə  cəmiyyət  üzvlərinin 

tələbatını  ödəyir,  bu  mənada  onların  yaşayışını  təmin  edir. 

İqtisadi  sistem  yalnız  özünün  daxili  məntiqi  ilə  (Marksda 

olduğu kimi) deyil, həm də milli, etik, dini, ideoloji amillər ilə 

(M.Veber) müəyyənləşir. Bu iki görüş bir-birini tamamlayır. 

Hələ vaxtilə A.Smit tərəfindən irəli sürülən - hər bir fərdin 

özünün şəxsi marağını təmin etməyə can atması fikri - həqiqətən 

də  bazar  iqtisadiyyatının  normal  fəaliyyəti  üçün  çox  mühüm 

olmuşdur. Çünki, bazar iqtisadiyyatı şəxsi marağı ictimai rifaha 

doğru  yönəldən  rəqabətin  əsasıdır.  İqtisadi  sistemin  işti- 

rakçılan  humanistliyə  yox,  özlərinin  şəxsi  marağına  müraciət 

edirlər.  Məhz  bu  yolla  cəmiyyət  üzvlərinin  subyektiv  azadlığı 

iqtisadi  cəhətdən  təmin  edilir.  Lakin  belə  sistemdə  təsərrüfat 

fəaliyyəti  ilə  məşğul  olan  hər  bir  iştirakçı  üçün  məcburi  olan 

formal qaydaların rolu da böyükdür. Burada söhbət ilk növbədə 

heç  bir  güzəşt  və  qayda  ilə  məhdudlaşdırılmayan  azad 

rəqabətdən,  kontraktın  məcburiliyindən  və  mülkiyyət 

hüququnun etibarlılığından gedir. 

Məlumdur  ki,  M.Veber  (1864-1920)  kapitalizmin  əxlaqi 

əsasının  vacibliyini  qeyd  edirdi,  yəni  öz  kapitalını  çoxaltmaq 

sadəcə  olaraq  praktiki  müdriklik  deyil,  həm  də  insanın 

mənəvi-əxlaqi  borcudur.  İqtisadi  fəaliyyətin  müvəffəqiyyəti 

əsas məqsəddir. Əgər kapitalizmə qədərki dövrdə «xarici əxlaq» 

hökmran idisə, kapitalizmdə vəzifə, borc intizamı daxili  amilə 

çevrilir. 

Qərb  kapitalist  ideologiyasının  vacib  cəhətlərindən  biri, 

özünü  yalnız  iqtisadiyyatda  deyil,  həm  də  fəlsəfədə, 

ədəbiyyatda,  incəsənətdə  göstərən  fərdiyyətçilikdir.  Bazar 

iqtisadiyyatına keçid dövrü bizim ölkədə də həmvətənlərimizin 

mentalitetində  fərdiyyətçilik  xüsusiyyətinin  güclənməsi  ilə 

səciyyələnir. 



423 


Başqa bir fikir də  geniş  yayılmışdır.  Bir çox alimlər hesab 

edirlər  ki,  postindustrial  cəmiyyətin  tələblərinə  Qərb  fər- 

diyyətçiliyindən daha çox kollektivçilik cavab verir. Bu fikrin 

tərəfdarları  Şərqi  Asiyanın  inkişaf  etmiş  bir  sıra  ölkələrinin 

(Yaponiya, Cənubi Koreya, Tayvan və s.) təcrübəsinə müraciət 

edirlər.  Çünki  bu  təcrübə  fərdiyyətçi  olmayan  kapitalizmin 

mümkünlüyünü sübut edir. 

Ənənəvi sənaye kapitalizminin inkişaf etmiş ölkələrdə artıq 

öz  dövrünü  keçdiyi  və  postindustrial  mərhələdə  olduğu  fikri 

demək  olar  ki,  hamı  tərəfindən  qəbul  edilibdir.  Kapitalizmin 

indiki inkişaf mərhələsi haqqında olduqca çox yazılır, müxtəlif 

fikirlər irəli sürülür. Onlardan bir neçəsini misal gətirək. 

Piter  Drakerin 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə