hedonizm
göstərir ki, insanlar faktiki olaraq yalnız həzz
almaqla kifayətlənməməli, ona nail olmaq üçün səy
göstərməlidirlər. Çünki zövq yeganə faydalı nemətdir,
Qeyri-zorakılıq etikası.
İnsan həyatı həmişə zorakılıq ilə
bağlı olmuşdur. Dövlətlərarası, şəxsiyyətlərarası, milli
problemlərin güc mövqeyindən həlli problemləri demək olar ki,
ənənəyə çevrilibdir. Zorakılığın hüquq və imtiyazları, iqtisadi
və siyasi hökmranlığı əldə etmək və saxlamaq üsulu kimi
mövcud olması ictimai faktdır.
Qeyri-zorakılıq etikası məhz zorakılığın dünyanı idarə etdiyi,
qanunsuzluqlar törətdiyi vaxt meydana gəlir. Etika tarixindən
bizə məlumdur ki, hər bir yeni cərəyan mövcud və hökmran
tendensiyaya zidd olaraq yaranır.
Qeyri-zorakılıq etikası problem və konfliktlərin həll
olunmasının elə prinsip və metodudur ki, şəxsiyyət üzərində hər
cür, o cümlədən mənəvi və fiziki zorakılığı istisna edir. Qeyri-
zorakılıq etikası elə həyat tərzidir ki, hər kəs ona uyğun olaraq
başqa insanlar ilə öz əlaqəsini qurur, bütün canlılara, təbiətə
münasibət bəsləyir.
Qeyri-zorakılıq etikasının prinsiplərinin yaranmasında
böyük rus yazıçısı L.N.Tolstoyun böyük xidməti olmuşdur. O,
yazırdı ki, şərə qarşı zorakılıqla müqavimət göstərməyin
zəruriliyini qəbul etmək, insanların özlərinin adət etdikləri
sevimli
nöqsanlarına
(qısqanclıq,
qərəz,
qibtə,
hakimiyyətsevərlik,
qorxaqlıq,
kin
və
s.)
bəraət
qazandırmaqdan başqa bir şey deyil. Tolstoyun dediklərindən
belə nəticə çıxır ki, zorakılıq gücsüzlükdür, səmərəsizlikdir,
dağıtmaqdır, qeyri-insanidir.
Hindistanın müstəqilliyi uğrunda çalışan M.Qandi azadlığı
dinc yolla əldə etməyi arzulayırdı. Qandi qeyri-zorakı
mübarizənin iki formasını qəbul edir: əməkdaşlıq etməmək və
vətəndaş itaətsizliyi. Bu fikirlər onun «Mənim qeyri-zorakılığa
inamım» əsərində öz əksini tapmışdır. O, yazmışdı:
«Qeyri-zorakılıq bəşəriyyətin xidmətində olan çox böyük
qüvvədir. O insan düha-
471
sının yaratdığı ən güclü dağıdıcı silahdan daha güclüdÜD>.^’ Qan-
di üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də ideal idi.
Dostları ilə paylaş: