6.2.
Sivilizasiya
;
Sivilizasiya anlayışı,
«Sivilizasiya» termini şəhər sakini olan
vətəndaşa aid edilən latınca «sivilis» sözündən yaranıb. Lakin
bu sözün mənası tədricən genişlənir, onun etimologiyası və
başlanğıcda işlədilən mənası sonralar başqa məzmun qazanır.
«Sivilizasiya» anlayışını «vətəndaş», «dövlət», «cəmiyyət»
mənasında qəbul edən İbn Xaldun göstərirdi ki, konkret bir
dövlət, siyasi quruluş meydana gəlir, inkişaf edir və nəticədə
tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır.
Belə dövri proses daim baş verir. İbn Xaldun sivil həyatın
dağılmasının bir sıra əsas səbəblərini aşağıdakı qaydada
göstərmişdir: 1) qarşılıqlı əlaqə və həmrəylik münasibətlərinin
zəifləməsi, cəmiyyətin bütövlüyünün pozulması; 2) dinin
zəifləməsi
nəticəsində
insanlar
arasındakı
normal
münasibətlərin pozulması; 3) hakimiyyətin xalqdan uzaqlaşıb
özgələşməsi,
489
ona görə də idarəçiliyə xaricdən məmurların dəvət edilməsi;
4)
özbaşınalığın, zalımlığın və qorxu hissinin güclənməsinin
təzahürü kimi tiraniyanın yaranması; 5) hakimiyyət tərəfindən
ədalət prinsipinin pozulması və bunun nəticəsində sosial
təbəqələşmənin baş verməsi; 6) zinət və israfçılığa meyl və
şəhər mədəniyyətinin pozulması.’
Elmi ədəbiyyatda sivilizasiya anlayışı müxtəlif mənalarda
işlədilir. Bu anlayış həm mədəniyyətin sinonimi, həm də nə isə
onun əksi kimi izah edilir. Eyni zamanda çox hallarda
sivilizasiya anlayışı konkret cəmiyyəti xarakterizə etmək üçün
işlədilir. Məsələn, Qədim Misir, Bizans, ərəb, türk, İran və b.
sivilizasiyalarda olduğu kimi. Bu barədə bir qədər aşağıda bəhs
ediləcək.
(«Sivilizasiya» anlayışı termin kimi XVIII əsrdə
«mədəniyyət» anlayışı ilə sıx əlaqədə meydana gəlmişdir.
Fransız maarifçiləri ağıla və ədalətə əsaslanan cəmiyyəti sivil
hesab edirdilər. XIX əsrdə bu söz daha çox Qərbi Avropa
xalqlarının yüksək mədəniyyətini ifadə etmək, hətta kapitalizmi
xarakterizə etmək üçün işlədilirdi..
I Mədəniyyət və sivilizasiyanın müxtəlif anlayışları əvvəlcə
Almaniyada yaranmışdı. Kant sivilizasiya deyəndə - cəmiyyət
və şəxsiyyət həyatının xarici tərəfini, mədəniyyət deyəndə isə
-
onların mənəvi mahiyyətini və yaxud mənəvi potensialını
nəzərdə tuturdu. Alman fəlsəfəsi sonralar da bu fərqi xüsusi
göstərirdi. İngiltərədə isə bu iki termin eyni mənada
işlədilmişdi. Sonralar da - XIX və XX əsrlərdə ingilis dilli
əsərlərdə mədəniyyət və sivilizasiya çox hallarda sinonim kimi
verilirdi.»
Görkəmli türk alimi Ziya Gökalp (1876-1924) mədəniyyəti
-
regional, milli hadisə, sivilizasiyanı isə - beynəlmiləl,
ümumbəşəri hadisə hesab edirdi. Deməli, sivilizasiya
mədəniyyətə nisbətən daha geniş məvhumdur, o özünün bütün
təzahürlərində beynəlmi ləldir.
I Sivilizasiya - yüksək sosial-siyasi, iqtisadi, mədəni inkişafa
çatmaq vasitələrini, mədəniyyəti mənimsəmiş və mədəniləş-
miş mühitdə yaşamağı və fəaliyyət göstərməyi bacaran insanı
490
özündə birləşdirir. Sivilizasiya mədəniyyətin özünün mürəkkəb
varlığını xarakterizə edir. '
Sivilizasiyanı maddi mədəniyyətin sinonimi hesab edənlər isə
göstərirlər ki, sivilizasiya təbiət qüvvələrini mənimsəməyin
kifayət qədər yüksək pilləsi kimi özündə texniki tərəqqinin
güclü enerjisini daşıyır və maddi nemətlər bolluğunu yaratmağa
kömək edir.
, Mədəniyyət və sivilizasiyanın bir-birinə zidd olması
haqqında fikirlər də var. Belə fikrin ilk təmsilçilərindən biri
alman sosioloqu Ferdinand Tonnis (1855-1936) olmuşdu. Onun
fikrinə görə, industrial cəmiyyət ailə-tayfa əlaqələrinə, mənəvi
yaxınlığa, qarşılıqlı qayğıya əsaslanan insanlann ənənəvi
münasibətlərini dağıdır, onları fayda prinsipinə əsaslanan
utilitar münasibətlərlə əvəz edir.,
Buna oxşar mövqelərdən biri də O.Şpenqlerin görüşüdür. O,
mədəniyyəti üzvi, yaradıcı mənəvi hadisə hesab edərək, onu
utilitar, texnoloji, maddi hadisə olan sivilizasiyaya qarşı qoyur.
H.
Markuze də mədəniyyəti sivilizasiyaya qarşı qoyurdu.
j Deyilənlərdən nəticə çıxararaq sivilizasiya haqqında fikirləri
aşağıdakı kimi ümumiləşdirmək olar. ^
1
1. Sivilizasiya - insanın heyvani vəziyyətdən və vəhşilikdən
həyatın insani formasına yüksəlmək yolundakı tərəqqisini təmin
edən nailiyyətdir. Sivilizasiyanın nailiyyətləri - maşınların
ixtirası, elektrik enerjisindən istifadə edilməsi, yeni daha
məhsuldar heyvan və bitki növlərinin yetişdirilməsi və s.
vasitəsi ilə təbiətin texnoloji cəhətdən mənimsənilməsi ilə
əlaqədar olduğu kimi, sosial münasibətlərin tənzimlənməsini
təkmilləşdirmək (əlifbanın, pulun, bazarın və s. yaranması) ilə
də əlaqədardır. ^
^2. «Sivilizasiya» termini ilə bütün dəyişikliklərə və təsirlərə
baxmayaraq böyük tarixi zaman kəsiyində özünəməxsusluğunu
və unikallığını saxlayan insan və ölkələrin nə isə sabit birliyini
də göstərirlər. Başqa sözlə, bu birlik - cəmiyyətin müəyyən
mədəni-tarixi tipi və yaxud hansısa superetnosdur. Məsələn,
Yaponiya və ya Rusiya, və yaxud ölkə və regionla-
491
nn bütöv qrupları, məsələn, Avropa ölkələri və ya ərəb dünyası,
türk dünyası və s. /
, 3. Bəşəriyyət tarixində «tradisyon» və «texnogen» tipli si-
vilizasiyalan ayırmaq olar. «Texnogen sivilizasiya» termini
inkişafın elə xüsusi tipidir ki, onun əsasını istehsal və
idarəetmənin texnologiyasındakı fərq təşkil edir. Bu termin erkən
kapitalizmin təşəkkül tapdığı dövrdə yaranmış və yarandığı
bölgənin adı ilə «Qərb sivilizasiyası» adlanır. «Texnogen
siviliza- siya»dan tarixən daha əvvəl sivilizasiyanın erkən tipi -
ənənəvi cəmiyyət mövcud olmuşdur. Qədim Hindistan və Çin,
Qədim Misir və b. - ənənəvi cəmiyyətin əyani nümunəsidir.
Ənənəvi cəmiyyət nümunələri indi də mövcuddur. Sənaye
inkişafı yoluna təzəcə çıxmış bəzi ölkələr də bu qəbildəndir. ^
Texnogen sivilizasiyanı inkişafın ən yeni tipi hesab edən
alimlərin fikrincə, bu sivilizasiyanın meydana gəlməsi ilə
əlaqədar mədəniyyətlərin qarşılıqlı təsiri kəskin şəkildə güclənib.
Yeni texnologiyanı, elmi, təhsil sistemini mənimsəmək ilə
əlaqədə olan modernləşmə prosesi tradisyon mədəniyyətlərin
təməl dəyərlərinin transformasiyasını yaratdı. Buradan belə bir
nəticə çıxarılır: «Bu prosesdə tradisyon mədəniyyətlərin çoxu
dağıldı, müvafiq cəmiyyətlər texnogen inkişaf yoluna keçdi.
Lakin yalnız itirmə deyil, müvəffəqiyyət də olmuşdu».‘‘
Tradisyon mədəniyyətlərin texnogen sivilizasiyaya əks təsiri isə,
onların fikrincə, əhəmiyyətsiz dərəcədə olmuşdur.
I 4. Bəzi hallarda, yuxarıda deyildiyi kimi, mədəniyyət və
sivilizasiya anlayışları sinonim kimi nəzərdən keçirilir, yüksək
tərbiyəli və təhsilli adamların birliyi hesab edilir. Bu insanlar
arasındakı münasibətlər mülki qanunlar və əxlaqi qaydalar ilə
tənzimlənir, tamamilə əmlak vəziyyətindən və əmlak
bölgüsündən asılıdır.
Bir çox alimlər dini - mədəniyyətin və sivilizasiyanın əsası
hesab edirlər. Məsələn, A.Toynbi göstərir ki, indiki dövrdə beş
sivilizasiya mövcuddur: Qərb, Şərq-pravoslav, islam, hind və
Uzaq Şərq sivilizasiyaları,
N
Bax: Жури. «Вопросы философии», № 8, 1999. c.70.
492
5.
Mədəniyyət - mənəvi fenomen, fəlsəfi, əxlaqi, hüquqi,
dini və bədii idealların, həmçinin normativ dəyər və qaydaların
məcmuu kimi müəyyənləşdirilir; sivilizasiya isə - mədəniyyətin
maddiləşdirilməsi, əşyavi-texniki və sosial-siyasi təşkilatların
məcmuudur. Məqsəd insanlara öz ictimai həyatlarını
sosial-iqtisadi cəhətdən layiqincə təşkil etməyə yardım
göstərmək, nisbətən yüksək maddi həyat şəraitini təmin
etməkdir.
O.Şpenqler «Avropanın qürubu» kitabında göstərdi ki. Qərbi
Avropa mədəniyyətinin çiçəklənməsi sona çatdı və sivilizasiya
fazasına daxil oldu, elə buna görə də nə mənəviyyat, nə də
incəsənət sahəsində bu mədəniyyət artıq heç bir orijinal şey verə
bilməz. Yenilik işığından, yüksək bədii və metafizik
məhsuldarlıqdan məhrum olan təmiz ekspansionist fəaliyyət
əsri başladı. Tənəzzül dövrü özünün gəlişini belə göstərir.
Şpenqlerə görə, sivilizasiya mədəniyyətin süqutu və
deqradasiyasıdır.
Burada
insanın
mənəvi
fəaliyyəti
əşyavi-texniki formalar tərəfindən cansızlaşdınlır və əzilir.
6.
Sivilizasiya bəşəriyyətin inkişafında tarixi mərhələ hesab
edilir. F.Engels yazırdı: «Sivilizasiya ictimai inkişafın elə
mərhələsidir ki, burada əmək bölgüsü, ayrı-ayrı insanlar
arasında bundan doğan mübadilə və bu iki prosesi birləşdirən
əmtəə istehsalı tam yüksəlişə çatır və bütün əvvəlki cəmiyyətdə
çevriliş edir».**^
Böyük zaman kəsiyində sivilizasiyaya
aid olan
metodologiyalar çərçivəsində «tarixi və qeyri-tarixi xalq»
konsepsiyası, Hegelin əxlaqın inkişafının üç mərhələsi (ailə,
vətəndaş cəmiyyəti və dövlət), Kantm təkamülün üç mərhələsi
(teoloji, metafizik, pozitiv) fikri, Marksın ictimai-iqtisadi
formasiyalar təlimi və s. nəzəriyyələr meydana gəlmişdir,
Dostları ilə paylaş: |