MÜQƏDDİMƏ
Sistemli islahatlann məntiqi ardıcıllıqla həyata keçirilməsi
real bazar münasibətlərinin qərarlaşması prosesini əhəmiyyətli
dərəcədə sürətləndirmişdir. Ölkədə makroiqtisadi inkişaf əyrisinin
yüksələn xəttlə gedişi təmin edilmiş, bütövlükdə sosial-iqtisadi
situasiyanın sağlamlaşdıniması istiqamətində bö)dik nailiyyətlər
əldə olunmuşdur. Bununla belə, eyni zamanda, qeyd etmək
lazımdır ki, sosial-iqtisadi inkişafla bağlı metaproblemin
mahiyyətcə yekcins səciyyə daşımaması, onun açıq-aydın şəkildə
müşahidə edilən dualizmi və bununla əlaqədar olaraq meydana
çıxan təhlükəli meyllərin aradan qaldırılması zəruriliyi mühüm
əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Belə ki, iqtisadi artım,
kəmiyyətcə çoxalma hələ o demək deyildir ki, keçid iqtisadiyyatı
real bazarın qərarlaş- ması yönümündə köklü keyfiyyət
dəyişikliyinə uğrayıb və sosial-iqtisadi inkişafın dayanıqlığı təmin
olunubdur.
Qeyd edilən aspektdə ölkənin qarşısında duran strateji
məqsədlərə çatmaq üçün bazar prosesinin bütün dəyişənlər
çoxluğunu kompleks şəkildə nəzərə almaq zəruridir ki, bunların
sırasında da inhisarizm və onun davranış tərzi xüsusi önəm
daşıyır. Belə ki. inhisar yaradan proses və inhisarçı davranışla
effektiv mübarizəni təşkil etmədən"əvvəla, real məzmun daşıyan
rəqabət mühitini formalaşdırmaq mümkün olmayacaqdır ki, bu
da, istər-istəməz bazann fıaskosuna gətirib çıxaracaqdır; İkincisi,
inkişafın dayanıqlılığı makro səviyyədə sosial-iqtisadi sabitliyin
mövcudluğunu tələb edir. Malao sabitlik isə, öz növbəsində
mənafelərin tarazlığı üzərində real məzmun kəsb edə bilər ki, bu
da, birmənalı olaraq iqtisadi demokratiyasız qeyri-mümkündür.
İqtisadi artım və iqtisadi həyatın demokratikləşdirilməsi arasında
əlaqə heç bir halda mexaniki səciyyə daşımır. İnhisar-^iqtisadi
demokratiya əksliyi barışmaz xarakterlidir. Yəni, inhisann
mövcudluğu
iqtisadi
demokratiyanın
ifrat
dərəcədə
məhdudlaşdırılması yaxud yoxluğu deməkdir; Üçüncüsü, inhisar,
istənilən halda məcmu iqtisadi səmərəliliyin səviyyəsini aşağı salır;
Dördüncüsü, inhisara qarşı (ələlxüsus, əcnəbi mənşəli) effektiv
mübarizənin apanimadığı şəraitdə ölkənin beynəlxalq əmək
bölgüsü sistemində layiqli yer tutması imkanları kəskin şəkildə
məhdudlaşa bilər və s. Həmçinin, göstərmək lazımdır ki.
inhisar real məzmunlu bazarın törəməsi olmaq etibarı ilə təbiilik
xassəsinə malikdir.
Elə problemin qəlizliyi də ondadır ki, inhisar yaradan
proseslə mübarizə bazann «daxili» işlərinə qarışmaq anlamına
gəlir ki, bunun da keçid iqtisadiyyatlı ölkələr üçün əlahiddə
əhəmiyyət daşıdığı şübhəsizdir. Eyni ^manda, tədqiqatın aktuallığı
keçid dövrünün spesifik özəllikləri fonunda antiinhisar siyasətinin
tətbiqi xüsusiyyətləri ilə də əsaslandırıla bilər. Məlumdur ki, bu
ölkələrin heç birində rəqabət siyasəti yeridilmir. Yəni, bütövlük,
sistemlilik nöqteyi-nəzərindən böyük bir boşluq mövcuddur. Belə
olan tərzdə, rəqabət siyasətinin tərkib ünsürü kimi çıxış edən
antiinhisar siyasətinin «nəticələrlə» mübarizə siyasəti olduğu üzə
çıxır. Başqa sözlə, inhisar yaradan proses (xüsusilə tədavül
sferasında) özünün yekun mərhələsində antiinhisar nəzarətinə
məruz qalır və s. Digər tərəfdən, antiinhisar siyasəti və onun
effektiv tətbiqi problemləri metodoloji baxımdan yalnız iqtisadi
nəzəriyyənin çərçivəsi ilə məhdudlaşmır. Belə ki, antiinhisar
tənzimlənməsi rəqabət siyasətinin mühüm tərkib hissəsi olmaq
etiban ilə bütövlükdə ictimai sistemə təsir göstərməklə, əksər siyasi,
sosial və iqtisadi qrupların mənafeyi ilə sıxı surətdə bağlıdır. Buna
görə də, antiinhisar siyasətinin tətbiqində istifadə edilən tədbirlərin
təsiri, siyasi vasitələrin müəyyən edilməsi, onların tərkibi və
kombinasiyası, həmçinin dövri-zamana uyğunluğu (yəni, konkret
zaman intervalını əsas götünnəklə vaxtında, lazım olan anda həyata
keçirilməsi) kimi məsələlərin elmi cəhətdən araşdırılması zəruridir.
Əgər nəzərə alsaq ki, rəqabətin funksiyaları təkcə iqtisadi deyil,
həm də sosial mahiyyət daşıyır, onda antirəqabət praktikasını
aradan qaldırmağa və inhisarçı fəaliyyəti məhdudlaşdırmağa
yönəldilən antiinhisar siyasətinin iqtisadi nəzəriyyənin ümumi
hipotezlərinə söykənməklə formalaşdırılması sistemlilikdən uzaq
olacaqdır. Antiinhisar siyasəti bu aspektdən yalnız məqsəd—>
vasitə
əlaqələrinin
təhlili
və
real
rəqabət
şəraitinin
qiymətləndirilməsini həyata keçirə bilər. Nəzəriyyənin gücsüz
olduğu məsələlərdə isə hüquqi- siyasi yolla mövcud situasiyanın
idarə edilməsini və alternativlərin uzlaşdırılmasını əsaslandırılmış
şəkildə həyata keçirmək problemi də mövcuddur. Eyni zamanda,
qeyd edilməlidir ki, inhisar fenomeni üçün zaman məhfumu
yoxdur. O mənada ki, bu problemin birdəfəlik həlli
qeyri-mümkündür. Həmçinin, in-
Dostları ilə paylaş: |