hisarizmin əhatə dairəsinin ifrat genişliyi, onun ictimai-iqtisadi
münasibətlərin xüsusi tipi kimi meydana çıxması milli
iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması, sosial-
iqtisadi inkişafın dayanıqlılığına nail olunması və nəhayət, ölkənin
dünya iqtisadiyyatına səmərəli inteqrasiyası baxımından
təhlükənin tamamilə real olduğundan xəbər verir. Və, qeyd edilən
istiqamətlərdə mənfi yüklü təsirin qarşısının vaxtında alınması
zəruriliyi inhisar probleminin sistemli tədqiqini əhəmiyyətli
dərəcədə aktuallaşdırır.
İnhisarizmin çox qədim tarixi köklərinin olmasına
baxmayaraq, ilk nəzəri ümumiləşdirmələr klassiklər tərəfindən
(V.Petti, A.Smit) hissəvi olaraq verilmişdir. Əslində, klassik
iqtisadçıları bütövlükdə inhisarizm deyil, real bazar şəraitində
inhisarçı
təmayüllərin
meydana
çıxması
ehtimalları
maraqlandırmışdır. Sözsüz ki, «prays-teyker» situasiyası, yəni
klassik bazarın özünəməxsusluğu və təmərküzləşmənin yoxluğu
şəraitində hər hansı bir ətraflı məzmun daşıyan araşdırmaların
olmaması tamamilə təbiidir.
XIX əsrin ikinci yarısından etibarən inhisarçı strukturların
meydana çıxması tədqiqatçıları dəyişən şəraitin nəzəri dərkinə
təhrik etmiş və sistemlilik mövqeyindən prosesi əhatə etmə
iddiasında olan iki yanaşma ortalığa qoyulmuşdur.
K.Marks, F.Engels, V.İ.Lenin, K.Kautski, N.Buxarin və s.
marksist təlimin ardıcıllan inhisar-^inhisarizm qarşılıqlı
bağlılığını tədqiq edərək nəinki ayrıca götürülmüş bir ölkə
çərçivəsində, eləcə də bütövlükdə qlobal miqyasda inqilabi
dəyişikliklərin qaçılmaz olduğunu əsaslandırmağa çalışmışlar.
Əsasən neoklassizmə söykənən qərb iqtisadi fikri isə bir qayda
olaraq inhisar fenomenini bazarın atributu, mikrosəviyyənin'
elementi keyfiyyətində nəzərdən keçirmişdir. Klassik inhisar,
nəzəriyyəsinin banisi E.Çemberlin qeyd edilən istiqamətdə-
mühüm elmi əhəmiyyət daşıyan müddəalar irəli sürmüşdür.
Ümumiyyətlə, inhisar fenomeninin nəzəri dərkində sistem- liliyə
nail olmaq yönümündə E.Mason, P.Drucker, F.Maxlup, R.Xall,
C.Hitc, F.fon Xayek, A.Piqu, Y.Bein, F.Şerer, P.Bork, F.Maxlup,
H.Mürdal, Y.Tinbergen, D.Stark, T.Veblen, Ə.Dolan, D.Lindsey,
A.Kumo, C.Klark, J.Robinson, P.Sraffa, D.Natter, P.Samuelson və
s. kimi görkəmli tədqiqatçılar səmərəli fəaliyyət göstərmişlər.
Qeyd etmək lazımdır ki, həm sabiq SSRİ dönəmində, həm
də bazar iqtisadiyyatına keçid şəraitində inhisar və onun
doğurduğu problemlər kompleksi həmişə nəzəriyyəçilərin diqqət
mərkəzində olmuş və olmaqda da davam edir. Yuxarıda qeyd
etdiyimiz tarixi dövrlərin sosial-iqtisadi məziyyətlərinə müvafiq
olaraq inhisar fenomeni hər iki istiqamətdə (neomark- sizm və
neoklassizm) dərin və ətraflı tədqiqatların obyekti kimi çıxış
etmişdir. Bu baxımdan İ.Rudakova, M.Draqilev, Q.Rudenko,
M.Subbotin, M.Knış, V.Mansev, V.Kotov, V.Ka- çalin, S.Nikitin,
E.Qlazova, V.Mozolin, O Jidkov, A.Mixaylov, Ə.Vinslav,
M.Xusnutdinov və başqalarının araşdırmaları təqdirəlayiqdir,
Azərbaycanda isə inhisarçı fəaliyyət və onun doğurduğu
sosial-iqtisadi
nəticələrlə
bağlı
problemlər
A.A.Nadirov,
T.S.Vəliyev,
Z.Ə.Səmədzadə,
A.K.Ələsgərov,
T.Ə.Quliyev,
İ.Ə.Feyzullabəyli, M.M.Musayev, T.Ə.Hüseynov, A.Ş.Şəkə- rəliyev,
Ə.P.Babayev, Ə.Q.Əlirzayev, M.X.Meybullayev və digər alimlərin
əsərlərində tədqiq edilmişdir. Beləliklə, inhi- sarizm və inhisarçı
fəaliyyətin tənzimlənməsi problemləri fərqli məzmunda, fərqli
məqsədlərə çatma yönümündə araşdı- nlmış, onun sisteınliliyinə
məhz keçid iqtisadiyyatı şəraitində nail olmanın konkret nəzəri
əsasları isə işlənməmişdir. Eyni zamanda, müasir iqtisadi proses və
hadisələrin mahiyyətində baş verən köklü keyfiyyət dəyişiklikləri, o
cümlədən qloballaşma şəraitində inhisarizmin davranış tərzi
tədqiqat prosesindən kənarda qalmışdır. Həmçinin, qeyd etdiyimiz
problemin yeni paradiqmanın baza müddəalarına uyğun şəkildə
açılışı verilməmişdir və s. Göstərdiyimiz istiqamətlərdə adi gözlə
görünən boşluqların mövcudluğu inhisar fenomeninə müasir
tələblərə müvafiq gələn konseptual baxışın formalaşdırıl- masını
əhəmiyyətli dərəcədə aktuallaşdırır.
Monoqrafiyanın nəzəri-metodoloji əsasını İnstitutsiona-
lizm—>sinergizm—> iqtisadi sosiologiya üçlüyünün inhisar
fenomeni çərçivəsində görüş bucaqlarının sintezinə əsaslanan yeni
paradiqma təşkil edir. Tədqiqat prosesində a pasteriori, empirizm
və K.Popperin falsifikasionalizmi kimi metodoloji prinsiplərdən
istifadə edilmişdir. Eyni zamanda, aksiomatika və sillogizm
təlimlərindən yararlanılmış, tədqiqat işində dialektik metod,
tarixi-genetik,
funksional-struktur
və
obyektiv-subyektiv
aspektləri ilə birlikdə sistemli yanaşma metodu,
10
Dostları ilə paylaş: |