kişaf qanunauyğunluqlan baxımından, həm də milli bazarın
təşəkkülü nöqteyi-nəzərindən gərgin situasiyanın qərarlaşma- sına
gətirib çıxarmışdır. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, bazar
anlayışına
yanaşmalarda
müxtəliflik,
çoxvariantlıq
və
pərakəndəlik hələ də hökm sürməkdədir. Klassiklərin tədqiq
etdikləri «prays-teyker» situasiyasından tutmuş müasir «alıcı»
bazannm formalaşmasına qədər olan zaman intervalında bazar,
onun fəaliyyət mexanizmi, ictimai həyatda yeri və roluna fərqli
prizmalardan baxılmış və start vəziyyətindəki fikir plüralizmi tam
məntiqi olaraq mahiyyət müxtəlifliyi doğurmuşdur.
Yanaşma tərzlərindəki fərqlilik bazarın funksional
mahiyyətindən daha çox onun əhatə dairəsinin müəyyən-
ləşdirilməsində müşahidə edilir. Məsələn, marksist metodologiya
bazarı geniş təkrar istehsal prosesinin mübadilə sferası ilə
məhdudlaşdırır.
Bazar alqı-satqı aktlarının məcmusudur; Bazar-əmtəənin
istehsalı və satışı ilə əlaqədar konkret təsərrüfat fəaliyyəti və
əmtəənin alqı-satqısı münasibətlərinin təzahür etdiyi əmtəə
mübadiləsi sferasıdır' və s.
Bazar
münasibətlərinin
sistemli
təhlili
və
onun
iqtisadiyyatda oynadığı rol aydın şəkildə göstərir ki, bazar heç də
K.Marksm təqdim etdiyi istehsal—»bölgü-^mübadi- lə—>istehlak
sxemində mübadilə sferası ilə məhdudlaşmır. Başqa sözlə, istehsal
və mübadiləyə (kommersiya fəaliyyəti) ayrı-ayrılıqda maksimum
təcrid olunmuş şəkildə yanaşma düzgün deyildir. Əslində iqtisadi
proses istehsaldan yox, tədavül sferasından-bazardan başlanır.
Bunu aşağıdakı sadələşdirilmiş sxematik model formasında təsvir
etmək mümkündür (şək.1.1.).
' Соловьев Б.А. ıt др. Экономика торговли (учебник). M: «Экономика». 1990
г., стр.68.
14
Şək,LL İqtisadi proseslərdə hazarm yerinin sxematik modeli
Mövqelərin diametral əks istiqamətli olduğu göz
qabağındadır.
Marketoloqların fikrincə isə, bazar sadəcə olaraq,
«...mövcud və potensial alıcılann məcmusudur»^.
Mahiyyətcə konkret nəticəyə istiqamətlənmiş, ümumidən
təkcəyə deyil, təkcədən bir neçə təkcəyə yönəlik fəaliyyət səciyyəsi
daşıyan və əsasən ınikro-mezo səviyyələrin iqtisadi prosesə baxış
bucağı kimi çıxış edən marketinq bazarı əhatə dairəsindən daha
çox funksional mahiyyətinə görə qiymətləndirir. Və, bu da
tamamilə təbii hal kimi qəbul edilməlidir. Eyni zamanda, nə
marketinq, nə də indiyə qədər mövcud olan nəzəriyyə və
konsepsiyalar bazar iqtisadiyyatına keçidi izah etmək iqtidarında
deyillər. Sözügedən nəzəri
^ Котлер Ф. Основы маркетинга. M: «Прогресс», 1992, стр.54.
15
yanaşmalar bazann inkişaf mərhələlərinə uyğun olaraq, onun
fəaliyyət mexanizminin məzmunca açıqlanması və nəzəri dərkinə
xidmət ediblər. Eyni zamanda, həmin nəzəri baxışlar müasir bazar
mexanizmini izah etməkdə də acizdirlər. Belə ki, klassiklərin
«görünməyən əli» «azad rəqabət» deyilən nəs- nənin yoxluğu
ucbatından işləmir.
Klassiklərin
fikrincə,
bazar
iqtisadiyyatın
təbii
tənzimləyicisidir və bütövlükdə əksər iqtisadi hadisə və prosesləri
ehtiva edir. Neoklassiklər bazara bir cür, Avstriya məktəbi başqa
cür baxır:
Cədvəl 1.1.
Neoklassik iqtisadi nəzəriyyə
Avstriya məktəbi
l)Dəyər və tələbi müəyyən edən
şərtlər əvvəlcədən məlumdur;
və tələbi müəyyən edən şərtlər
əvvəlcədən məlum deyil;
2)Bazar fəaliyyətinin təhlilində
əsas anlayış tarazlıqdır.
2)Bazar fəaliyyəti, eləcə də
tarazlıq
dinamik
prosesdə
səciyyələnir.
3)Bazar prosesinin mərkəzi
elementi kimi qiymət üzrə
satıcı-satıcı
ve
satıcı-alıcı
münasibətlərinin
məcmusu
çıxış edir;
3)Bazar
prosesinin
mərkəzi
elementi sahibkarlardır;
4)Yeni məhsullar, innovasiya
prosesi və s. bazar fəaliyyətinə
təsiri diqqətdən kənarda qalır
və s.
4)Yeni məhsullar, innovasiya
prosesi və s. bazar fəaliyyətinin
tədqiqində əsas cəhətlər kimi
nəzərdən keçirilir və s.
Neoklassikin istinad etdikləri tarazlıq anlayışı real gerçəklik
baxımından tam yararsızdır. Marksist metodologiya isə digər
yanaşmalardan bir sıra prinsipial cəhətləri nöqteyi- nəzərindən
fərqlənir. Əvvəla, o, ictimai-iqtisadi hadisələrin tədqiqinə sinfi
mövqedən yanaşır və hadisələri daha çox siyasi-ideoloji aspektdə
şərh edir; ikincisi, məlumdur ki, K.Marksın «Kapital»da apardığı
təhlildə nə regional və milli xüsusiyyətlər, nə də ölkələr və xalqlar
arasındakı fərqlər demək olar ki, nəzərə alınmamışdır. O bütün
«...ticarət edən dünyanı» «bir millət kimi» qəbul etmişdir. Bu
baxımdan K.Marksın belə bir fikri səciyyəvidir; əməyin azad
edilməsi
16
Dostları ilə paylaş: |