27
təkrar edin. QarıĢığı qıfın içərisinə fıltr qoyub baĢqa bir ĢüĢə qaba süzün. Aldığınız məlhəmdən
yeməyə 20-30 dəqiqə qalmıĢ gündə 3 dəfə daxilə qəbul edin. YaĢlı adamlar üçün 0,5 xörək qaĢığı, 7
yaĢdan aĢağı uĢaqlara isə 1 çay qaĢığı qəbul etmək məsləhətdir. Müalicə kursu 2 həftədir.
Ağ ciyər bronxlarının müalicəsi. Dərman preparatını payızda hazırlamaq lazımdır.
Əzvaydan kəsilib götürülmüĢ yarpaqları kətan parçadan tikilmiĢ tünd rəngli kiçik həcmli torbaya
qoyun və soyuducunun aĢağı hissəsində 2 həftə saxlayın. Sonra Ģirəsini çıxarın. Bundan baĢqa
birillik pıtrağın da kökünü çıxardıb sakit axan suda yaxĢı yuyub Ģirəsini çıxarın. Əldə etdiyiniz
Ģirələrdən (1:1 nisbətində) yəni 200 ml əzvay və 200 ml pıtraq Ģirəsindən götürüb bir-biri ilə yaxĢı
qarıĢdırdıqdan sonra üzərinə 500 q bal və 500 ml araq əlavə edin. AlınmıĢ qarıĢığı 3 həftə saxlayıb,
ehtiyatla baĢqa bir qaba süzün və üzərinə 200 q Ģokolad əlavə edib gündə 3 dəfə, 1 xörək qaĢığı
yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Ağ ciyər soyuqdəymələrinin müalicəsi. 150-200 q doğranmıĢ əzvay yarpağı, bir o qədər
bal, keçi yaxud qoyun piyi götürün, qaba töküb qapağını örtün və sobaya qoyun. Nə vaxt ki, qarıĢıq
bir-birilə tam qarıĢdı onu 1 qat tənzifdən baĢqa bir qaba süzün və gündə 3 dəfə, 1 xörək qaĢığı
yeməyə 1 saat qalmıĢ qəbul edin. Həmin qarıĢıqdan axĢamlar yatmazdan qabaq diĢ əti nahiyəsinə
sürtüb özünüzü müalicə edə bilərsiniz.
Əzvayın yarpağını kəsib götürün, tünd parçaya büküb soyuducunun aĢağı hissəsinə qoyub
10 gün saxlayın. 11-ci gün soyuducudan çıxarıb xırda hissələrə doğrayın, sıxıb Ģirəsini alın. Sonra
aldığınz Ģirənin içərisinə 1200-1300 q əridilmiĢ bal (yaxĢı olar ki, cökə balı olsun) əlavə edib yaxĢı-
yaxĢı qarıĢdırın. QarıĢığı su hamamında 30 dəqiqə, 60°C temperaturda qızdırın. BaĢqa bir qaba
stəkanın 2/3 hissəsi qədər tozağacı tumurcuğu və cökə çiçəyini töküb 0,5 litr qaynar su əlavə edib,
zəif od üzərinə qoyub 2 dəqiqə qaynadın. AlınmıĢ cövhəri soyudub tənzifdən süzün və üzərinə bal
ilə əzvay qarıĢığını əlavə edib qarıĢdırın. Sonra üzərinə 1 stəkan zeytun yağı əlavə edib soyuq yerdə
saxlayın. AlınmıĢ məlhəmi yaxĢı-yaxĢı qarıĢdırıb gündə 3 dəfə 1 xörək qaĢığı, qəbul edin.
Qaymoritin müalicəsi. 1 çay qaĢığı dazıotu tozu, 1 xörək qaĢığı bal, 1 xörək qaĢığı
günəbaxan yağı, 200 ml əzvay Ģirəsi götürüb bir-biri ilə yaxĢı qarıĢdrın. AlınmıĢ məlhəmdən gündə
3 dəfə 4-6 damcı burnunuza damızdırın.
Əzvayın yarpağından Ģirəni çıxarıb bərabər miqdarda çaytikanı yağı ilə qarıĢdırın. AlınmıĢ
qarıĢıqdan hər gün 3 dəfə hər iki burun dəliyinə 4-6 damcı damızdırın.
Orta böyüklükdə 1 ədəd sarımsağı qabığından təmizləyib xırda hissələrə salıb üzərinə 1
stəkan qaynar su töküb bir neçə saat hərdənbir qarıĢdırmaqla dəmləyin. Cövhərin hazır olmasını
dilinizin ucu ilə yoxlayın. Bir az sarımsaq dəmləməsindən götürüb 30-60 saniyə ağzınzda saxlayın.
Bu zaman ağız nahiyəniz qıcıqlanma və yandırıcı təsirə məruz qalacaqdır. Bu zaman aldığnız
sarımsaq cövhərindən 1-2 xörək qaĢığı götürüb, eyni miqdarda əzvay Ģirəsi və bal ilə qarıĢdırın.
Aldığınız məlhəmdən hər 3-4 saatdan bir 8-10 damcı götürüb hər iki burun dəliyinə damızdırın.
Eyni vaxtda istifadə olunmayan sarımsaq cövhərindən 1 xörək qaĢığı daxilə qəbul edin.
2-3 xörək qaĢığı balı üzərinə eyni miqdarda əzvay Ģirəsi əlavə edib qarıĢdırın. Elə ki,
bircinsli məlhəm alındı, onda prosesi dayandırın. Sonra aldığınız kütlədən isti halda kətan parça
üzərinə yaxıb alın nahiyənizə qoyub bağlayın. Müalicə kursunu hər gün ağrı kəçənə qədər davam
etdirin.
Qastritdə, mədə və onikibarmaq bağırsaq yaralarının müalicəsində.
1)
Bunun üçün gün ərzində yeməyə 20-30 dəqiqə qalmıĢ uzunluğu 3-5 sm olan əzvay
yarpağı yeməyi məsləhət görürlər. Müalicəni istirahət vermədən 3 ay müddətində
aparmaq məsləhət görülür. Hərgah yara sağalmazsa müalicə kursunu 2-3 həftə saxlayıb,
sonra davam etdirin.
2)
Əzvay yarpağını ana bitkidən o qədər kəsib götürün ki, ondan 300-350 ml Ģirə ala
biləsiniz. Aldığınız əzvay Ģirəsini süzün. Hazır Ģirənin üzərinə 1 stəkan bal və zeytun
yağı əlavə edin. Alınan kütləni yaxĢı qarıĢdırıb ĢüĢə butılkalara doldurub içərisində
saman və yaxud ağac yonqarı tozu olan su ilə dolu qazana qoyun. Ġçərisində butulka olan
qazanı orta dərəcədə olan odun üzərinə qoyub 3 saat qaynadın. Qazanda olan su
buxarlanıb azaldıqca üzərinə su əlavə edin. Butılkanın içərisində olan maye kütləsini
çalxalayıb qarıĢdıraraq gündə 3 dəfə acqarına bir xörək qaĢığı qəbul edin. Aldığınız
28
məlhəmi soyuq yerdə saxlayın ki, o qıcqırıb xarab olmasın.
Babasilin müalicəsində.
1)
Bunun üçün suda yuyulub təmizlənmiĢ kartofdan Ģam düzəldib əzvay Ģirəsinə batırın və
düz bağırsağa yeridin. Defekasiya əməliyyatından sonra imalə vasitəsilə həmin nahiyəni
yuyub təmizləyin.
2)
3-5 sm əzvay qabığını tikan ilə birlikdə soyub götürün. Sonra soyulub təmizlənmiĢ əzvay
yarpağını burub Ģam formasına salaraq anal dəliyinə yeridin.
3)
Aloyedən yarpaqlarını kəsib götürün. Xırda hissələrə doğrayıb, sıyıq halına salıb Ģirəsini
çıxararaq eyni miqdarda distillə edilmiĢ su əlavə edib qarıĢdırın. AlınmıĢ ekstraktı Ģam
formasına salıb soyuducuya qoyub dondurun. Ekstrakt donan zaman onu forma qabından
çıxarıb günəbaxan yağına salıb düz bağrsağa yeridin.
Qəbizliyin müalicəsində.
1)
Əzvayın Ģirəsini çıxarıb buxarlandırın və toz halına salın. Sonra həmin tozdan az
miqdarda götürüb su və bir xörək qaĢığı bal əlavə edib qarıĢdırın. Bundan gündə 3 dəfə,
bir xörək qaĢığı qəbul edin. Bu əməliyyat mədəni çox yaxĢı təmizləyir.
2)
Çay qaĢığının 1/4-i qədər sabun tozu və dəvətikanı samanı, iki fincan kəndəlaĢ, 1 çay
qaĢığı Ģüyüd toxumu götürüb bir-birilə qarıĢdırın. 2 stəkan həcmində alınmıĢ ekstraktdan
2 gün ərzində daxilə qəbul edin. Təsirini 12-30 saat keçdikdən sonra hiss edəcəksiniz.
Uşaq orqanizminin zəifliyində. 100 q əzvay Ģirəsi, 300 q bal, doğranmıĢ 50 q qoz ləpəsi
götürüb bir-biri ilə qarıĢdırın. Gündə 3 dəfə yeməyə az qalmıĢ qəbul edin. 6-9 yaĢında uĢaqlara 1
çay qaĢığı, 9 yaĢından yuxarı olanlara isə 1 xörək qaĢığı qəbul etmək məsləhət görülür.
Cinsi fəallığın artırılnıasında. 3-5 illik əzvay kolundan 250 q-a qədər sıyıq hazırlayıb
üzərinə arı balı, 16%-li qatılğında qırmızı Ģərab əlavə edib ehtiyatla qarıĢdırın. Əzvaydan sıyığı 5
gün suvarılmayan xammalından hazırlamaq lazımdır. AlınmıĢ qarıĢıqları bir-birilə birləĢdirib 5 gün
sakit halda saxladıqdan sonra istifadə edin. Birinci həftədə gündə 3 dəfə 1 çay qaĢığı yeməyə 1 saat
qalmıĢ qəbul edin. 2-8 həftə ərzində isə gündə 3 dəfə yeməyə 1 saat qalmıĢ bir xörək qaĢığı qəbul
edin.
Psoriazın müalicəsində. Bunun üçün eyni çəkidə əzvay yarpağı, sarımsaq və kərə yağı
götürün. QarıĢığı ət maĢınından keçirin və yağ əlavə edib od üzərinə qoyun. Nə vaxt məlhəm
qaynama dərəcəsinə çatdı, onda qabı odun üzərindən götürüb soyudun. Sonra alınmıĢ məlhəmdən
(mazdan) dəridə baĢ verən xoĢagəlməz yerlərə sürtüb müalicə edin.
Mədə xərçənginin müalicəsində. 3 illik əzvay bitkisinin yarpağından kəsib götürün və sıxıb
Ģirəsini əldə edin. 0,5 litr konyakın üzərinə töküb qarıĢdırın. BaĢqa bir qabın içərisinə 3 ədəd təzə
dərilmiĢ ətirĢah yarpağı və 3 xörək qaĢığı qaynar su əlavə edib su hamamına qoyub buxarlandırın.
AlınmıĢ ətirĢah ekstraktını süzüb, əzvay və konyak qarıĢığının üzərinə töküb qarıĢdırın. Sonra
həmin qarıĢığın üzərinə 3-4 damcı 5%-li spirt qarıĢığı olan yod əlavə edin. AlınmıĢ məlhəmdən
gündə 2 dəfə - səhər və axĢam 1 konyak qədəhi qəbul etməyi məsləhət görürlər. Qəbulun birinci
günləri xəstədə ola bilsin ki, ağrılar baĢ versin və nəcisdə qan izləri görünsün. Tədricən bu
xoĢagəlməz simptomlar çəkilib gedəcəkdir.
Uşaqlıq yollarında əmələ gələn xərçəng, qaymorit, otit, radikulit, hipertoniya, əsəb
pozuntularında, mədə, qara ciyər, qadın xəstəliklərində. Bunun üçün dazıotunun yerüstü
hissəsindən, adi yovĢan, boymadərən, Ģam tumurcuqlarından qarıĢıq hazırlayın. Həmin qarıĢıqdan
50 q götürüb üzərinə 3 litr qaynadılmıĢ soyuq su töküb 2 saat saxlayın. QarıĢığı odun üzərinə qoyub
2 saat qaynadın. Sonra üzərini qalın parça ilə örtüb 24 saat dəmləyin. AlınmıĢ dəmləməni fıltrdən
süzüb, 200 q çaqa ekstraktı (bunu apteklərdə satılan befınrin preparatı ilə də əvəz edə bilərsiniz),
200 q əzvay Ģirəsi, 200 q konyak və yaxud spirt, 599 q arı balı ilə yaxĢı-yaxĢı qarĢdırdıqdan sonra,
qarıĢığı qalın parça ilə örtüb, isti yerdə 4 gün saxlayın. Aldığınız məlhəmdən gündə 3 dəfə 1 xörək
qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Məlhəmi qəbul edəndən 4-5 gün sonra mədənizdə ola
bilsin ki, ağrılar baĢ versin. Bu zaman siz 2 gün bütün yeməklərdən imtina edib ancaq su
içməlisiniz.
Trofik yaraların müalicəsində.
1)
Bunun üçün əzvay yarpağından hazırlanmıĢ təzə sıyıqdan yaranın üzərinə yaxıb bağlayın.
Dostları ilə paylaş: |