31
Leninqrad Botanika Ġnstitutuna bitki Almaniyadan gətirilmiĢdir. Almaniyaya isə Çindən
gətirilmiĢdir.
Hindistan soğanı otaq bitkisidir. Ondan alınan Ģirə ilə hələ çox qədimlərdə xalq təbabətində
bir sıra xəstəliklərin müalicəsində geniĢ istifadə edilmiĢdir. Bitkinin soğanından alınmıĢ Ģirədən
radikulit, revmatizm, artrit və s. xəstəlikləri müalicə edirlər. ġirəsi həm də ekzemaların, diĢ
ağrılarının və dəri yaralarının müalicəsində iĢlədilir. Hind soğanının tərkibində insan sağlamlığı
üçün çox qiymətli bioloji aktiv maddələr aĢkar edilmiĢdir. Həmin Ģirədən az miqdarda qəbul
etdikdə daxili orqanların fəaliyyəti güclənməyə baĢlayacaqdır. Bitkinin Ģirəsindən normadan artıq
istifadə edilərsə xoĢagəlməz hadisələr baĢ verə bilər.
«QuĢsüdü» bitkisinin tərkibində çoxlu miqdarda kolxisin, kolxisein, kolxamin,
qlikoalkoloid, kolkxozid, tiokolxisin və s. alkaloidlər aĢkar edilmiĢdir. Bu alkaloid maddələr
orqanizmdə gedən fızioloji prosesləri yavaĢıdır və hüceyrə bölünmələrini dayandırır. ġirədə olan
alkaloidlərin bu keyfiyyətlərini nəzərə alıb bundan xərçəng xəstəliyinin müalicəsində istifadə
edirlər. Hindistan soğanının çiçəklərinin tərkibində çoxlu miqdarda efir yağı olduğundan ondan
mikrob, soyuqdəymə və vərəm əleyhinə istifadə edilir. Belə güman edirlər ki, hərgah sizin
otağınızın pəncərəsində hind soğanı olarsa onda o sizin soyuqdəymə xəstəliklərinə tutulmanız
ehtimalını demək olar ki, sıfıra endirər, sizi bir çox xəstəliklərdən qoruyar. Soğanın tərkibində olan
sarı rəngli Ģirədə flavonoid maddələri aĢkar olunmuĢdur ki, bu da damar divarlarını
möhkəmləndirir, kapilyar damarların qırılmasının, eləcə də beyinə qansızmanın və orqanizmin
digər sahələrində baĢ verən qanaxmaların qarĢısını alır. Hind soğanından müalicə məqsədləri üçün
istifadə edən zaman çox ehtiyatlı olmaq məsləhət görülür. Bitkidən normadan artıq istifadə etdikdə
alkaloidin təsiri nəticəsində qıcolma, tənəffüs yollarının ifliçi, qan dövranını zəiflətməklə ürək ürək
döyüntülərini azaldıb çox vaxt ürək dayanmalarına gətirib çıxara bilir.
Diqqət! Hind soğanının preparatlarından hamilə qadınların, xroniki xəstəliklərə, böyrək və
qara ciyər xəstəliklərinə tutulanların, uĢaqların istifadə etmələri məsləhət görülmür.
Rusiya EA müxbir üzvü tibb elmləri doktoru Y.Y.Yeliseyev «quĢsüdündən» müalicə
məqsədi ilə istifadə olunmasını düzgün hesab edir. Alim tibbi təcrübələrlə sübut etmiĢdir ki, bir sıra
xəstəliklərin müalicəsində elmi təbabət gücsüzlüyünü göstərən zaman «quĢsüdündən» istifadə
etmək çox vacibdir. Ən əsası odur ki, preparatdan düzgün istifadə olunsun.
Hind soğanından müalicə preparatlarının hazırlanması.
Kəskin zökəm zamanı. 1 çay qaĢığı hind soğanı Ģirəsi, 1 çay qaĢığı qurudulmuĢ propolis, 4
xörək qaĢığı isti su götürün. Komponentləri bir-biri ilə qarıĢdıraraq zəif od üzərinə qoyub azca
qızdırın. Hazır məlhəmdən götürüb bir neçə qatdan ibarət olan tənzifə yaxıb xəstə nahiyəyə
kompres qoyun və 30 dəqiqə saxlayın. Əməliyyatı günaĢırı təkrar edin.
Soyuqdəymə zamanı bronxial astmanın qarşısını almaq üçün. 3 ədəd aspirin tableti əzib
narın hala salın, üzərinə 1 xörək qaĢığı donuz piyi və 1 qaĢıq hind soğanı Ģirəsi əlavə edin.
Komponentləri bir-birilə yaxĢı-yaxĢı qarıĢdırın. Aldığınız mazdan gecələr ehtiyatla döĢ nahiyənizə
sürtün. Müalicə kursu 10 gündür. Qanaxmalara, qansızmalarına, vərəmə meylli olan xəstələrin
mazdan istifadə edən zaman çox ehtiyatlı olmaları məsləhət görülür. Mazdan istifadə edən zaman
çalıĢın ki, ürək nahiyələrindən kənar olsun.
Bronxial astma zamanı. Ən mühüm effekt göstərən vasitə. 3 diĢ əzilmiĢ sarımsaq, çay
qaĢığının 1/4 hissəsi (bir çimdik) qədər qırmızı istiot tozu və 1 ədəd hind soğanı yarpağı götürün.
Komponentləri bir-birilə qarıĢdırıb üzərinə araq əlavə edin. Sonra qarıĢığı su hamamında qızdırıb
aldığınız sıyıqdan götürüb ürəyə yaxın getmədən döĢ nahiyənizə, sürtün.
Artriti olan xəstələrin vəziyyətinin yaxşılaşdırılması üçün. Bunun üçün 30 q təzə yığılmıĢ
dazıotu çiçəyini götürüb ĢüĢə bankaya və yaxud butulkaya dolduraraq üzərinə 2 stəkan zeytun yağı
əlavə edin və ağzını qapaqla bağlayıb 5-7 həftə iĢıqlı yerə qoyub yağını çıxarın. Yağı qaranlıq yerdə
saxlayın. Yağdan istifadə etməzdən qabaq onun üzərinə 2 xörək qaĢığı spirt və hind soğanından
alınmıĢ Ģirə əlavə edin. Hazır olmuĢ qarıĢıqdan damarların üzərinə sürtün və yaxud isti kompres
edin. Ġsti kompres əməliyyatını aparan zaman ehtiyatlı olun ki, mənfı təsir göstərməsin.
Hind soğanı Ģirəsini daxilə qəbul etməyin. ÇalıĢın ki, hind soğanının Ģirəsi gözünüzə
düĢməsin. Çünki o dəqiqə gözünüzün selikli qiĢasını kəskin surətdə qıcılandırmağa baĢlayacaqdır.
32
Hərgah «quĢsüdündən» gözünüzə azca da olsa düĢərsə tez onu ilıq su ilə çoxlu yuyun. Bundan
sonra göz damcısından istifadə edib gözünüzü 15 dəqiqə qapalı halda saxlayın.
Hərgah, siz qərara alsanız ki, hind soğanını öz otağınızda dibçəkdə əkib-becərəcəksiniz və
bitki ilə sizdə yaranan xoĢagəlməz xəstəlikləri müalicə edəcəksiniz, onda bir neçə məsləhətə fikir
verməyi unutmayın. YaĢıl soğanaqdan müalicəvi məqsədlər üçün istifadə etməyi məsləhət
görmürlər. YaĢıl soğanaqlar inkiĢaf edib cavan zoğlar və budaqlar əmələ gətirənə qədər gözləmək
lazımdır. Həmin cavan zoğlardan qələmlər kəsib bitkini vegetativ üsulla artırıb-çoxaldın. Bu zaman
ana soğanaqdan kiçik soğanaqları ülgüc vasitəsilə kəsib götürün və qabaqcadan hazırlanmıĢ
dibçəklərə əkin. Nə vaxt ki, cavan soğanaqlardan cavan zoğlar əmələ gəlməyə baĢladı, onlardan
müalicə vasitəsi kimi istifadə edin.
SÜSƏNKĠMĠLƏR – Iridaceae Juss. fəsiləsi
Sarı süsən – Iris pseudacorus L.
Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmıĢdır. Bunlara ən çox
Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, ġimal yarımkürəsinin mülayim iqlimli zonalarında
rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmıĢdır. Süsənin
xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus
L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L.,
solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir. Çox qədim
zamanlardan bizə qədər gəlib çatan bir xalq əfsanəsində bu zərif çiçək
haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl
olur ki, bütün quĢlar və heyvanlar onu sevməyə baĢlayır. Nə vaxt ki,
toxumlar yetiĢir, külək bunları götürüb dünyanın hər yerinə aparır. Bu
zaman yer kürəsinin hər yerində müxtəlif rəng çalarlarına malik süsən
əmələ gəlir. Məsələn, nəmli çəmənliklərdə qızılı-sarı süsən, səhralarda
qəĢəng süsən, dəniz kənarlarında qırmızı süsən, ən gözəli isə mavi (hava)
rəngli və ətirli dağ süsəni yaranmağa baĢlayır.
Bitkinin adı «Ġris», «Ġdos» yunan sözü olub, «göy qurĢağı» mənası
verir. Beləliklə müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göy qurĢağına
bənzədirlər
Qədim insanlar hər hansı bitki ilə tanıĢ olan zaman onun müalicəvi xüsusiyyətlərinə fıkir
verirdilər. Yunan həkimi Dioskorid (bizim eranın I əsrində) «Dərman vəsaiti» əsərində süsənin
müalicəvi xüsusiyyətlərindən geniĢ söz açır. Süsənin yarpaq, kökümsov və kök hissələri dərman,
aĢı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır
ki, Ġtaliyada «bənövĢə kökü» adı ilə məĢhur olan Florensiya süsənindən yüksək keyfiyyətli, xoĢ
ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövĢə çiçəyinin iyini
xatırladan ətir alınır. Süsənin bir çox növlərinin kökümsov və yarpaq hissələrində C vitamini,
karotin, flavonoid, aĢı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər niĢasta, 9,6% piyli yağ, qətran və
s. maddələr tapılmıĢdır.
Sarı süsən - I. pseudacorus. Hündürlüyü 80-100 (110) sm olan çoxillik ot bitkisidir. Yerüstü
hissəsi budaqsızdır. Sarı süsən yabanı halda su kənarlarında, bataqlıqlarda və rütubətli
çəmənliklərdə bitir. Sarı süsənin torpaq altnda yaxĢı inkiĢaf etmiĢ iri kökümsov gövdəsi olur. Yayın
əvvəllərində kökümsovlardakı tumurcuqlardan gövdə, yarpaq, çiçək və meyvə inkiĢaf edir. Süsən
sürətlə böyüyür, çəmən bitkilərindən hündürə qalxır, digər bitkilərin inkiĢafına imkan vermir, bütöv
və ya adda-budda təmiz qruplaĢmalar əmələ gətirir. Sarı süsənin yarpaqları uzun müddət, hətta
qıĢda da yaĢıl qalır. Yarpaqları lansetĢəkilli və paralel damarlıdır. Çiçəkləri iri və gözəl görünüĢə
malikdir. Ləçəkləri aĢağıdan bitiĢik olub, iri dairə üzrə üç-üç yerləĢir. Xarici dairədəki ləçəkləri iri
olub, aĢağıya əyilir, daxildəkilər isə kiçik olub, yuxarıya qalxır. Kasa yarpağı yoxdur. Meyvəsi
üçyuvalı qutucuqdan ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqust aylarnda
yetiĢir.
Dostları ilə paylaş: |