37
dəmləyib süzün. Sonra üzərinə isti su əlavə edib bir stəkan həcminə gətirin. Cövhərdən gündə 3-4
dəfə 1-2 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Müalicə kursu 2-3 həftədir.
Diqqət! Söyüd qabığından hazırlanan çay və dəmləmələrdən hamilə qadınların, xroniki
qəbizliyi olan xəstələrin istifadə etmələri məsləhət görülmür.
Söyüddən hazırlanan Ģirə kosmetika və ətriyyat sahəsində də iĢlədilir. Bundan əlavə
söyüddən alınan cövhərlə döyənək və ziyillərin aradan qaldırılmasında, saçın dibinin
möhkəmləndirilməsində geniĢ istifadə edilir. Söyüdün qabığını yandırıb alınan külün tərkibində qatı
sirkə turĢusu əlavə edib, ayaqda əmələ gələn qaĢınmaları, göbələk xəstəliklərini, döyənəkləri
müalicə edirlər. Cövhəri ilə saçları yuduqda tüklər qızılı rəngə boyanır.
Söyüd qiymətli bəzək bitkisidir. Söyüdlər yarpaqlarının rənginə, formasına, çətirlərinin
müxtəlifliyinə görə həqiqətən gözəldir. Elə bir arx, çay, dərə və göl ətrafı yoxdur ki, oranı söyüdsüz
təsəvvür edəsən. Elə yerlər də var ki, söyüdlüyün sıxlığından keçmək belə olmur, keçilməz
cəngəllikləri xatırladır, ürəkaçan biosenoz yaradaraq bir çox quĢ və heyvanlar üçün sığınacağa
çevrilir.
Budaqları azacıq küləkdən belə əsməyə baĢlayır, həzin xıĢıltılı bir musiqi əhəngi yaradır.
Bəzi söyüdlərin salxım budaqları suya çatana qədər uzanaraq, ləpələrə qoĢulub qəribə mənzərə
yaradır. Bu görünüĢ insanların zövqünü oxĢayır, onların əsəblərinin sakitləĢməsinə səbəb olur. Bəli,
bir çox hikmətləri ilk baxıĢda duyulmayan, haqq-sayları mizan-tərəziyə qoyulmayan söyüdlər.
N.A.Obozovun dediyi kimi, bitib yayıldığı yerlərdə digər ağac və kolların yarada bilmədiyi qədər
münasib mikroiqlim və bitkilər üçün əlveriĢli olan xüsusi fitoiqlim yaratmaq kimi özlərinə məxsus
bioloji keyfiyyətlərə malikdir. Elə buna görədir ki, bulaq və çaylar üzərində baĢ əyən söyüdlərin
kölgəsində torpağın və suyun hərarəti aĢağı, havada rütubətin faizi normal, havanın özü saf olur.
Söyüdlər kənarında əkildikləri arxların suyunun axma sürətini xeyli azaldır, ətrafı yuyulmaqdan
qoruyur, pambıq tarlaları və əkin zəmiləri üçün qoruyucu meĢə zolağı vəzifəsini daĢıyır. Kənd
təsərrüfatı bitkilərinin ziyanvericiləri ilə qidalanan quĢların çoxalaraq yaĢamaları üçün sığınacaq
yaradır. Bir sözlə, söyüdlər gözəllik, sağlamlıq və maddi nemətlər bollluğunun rəmzidir.
Biz ilk dəfə olaraq söyüdün qabıq hissəsindən boyaq məhlulu hazırlayıb yun ipi açıq
qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi, Ģabalıdı, tütünü, tütünü-qonur, mixəyi və s. rəng və çalarlara
boyamağa nail olduq. Bundan baĢqa göstərdik ki, söyüdün qabığından aldığımız qatı aĢı və boyaq
təbiətli ekstraktdan gön-dəri, ətriyyat-kosmetika, sabunbiĢirmə sənayesində də istifadə etmək olar.
Söyüdün qabıq hissəsini xammal kimi apreldən baĢlayıb, iyun ayına qədər toplamağı
məsləhət görürlər. Yığılan xammalı günəĢ altında sərib qurudurlar. Qabığın saxlanma müddəti 3
ildir.
Qovaq – Populus L.
Dünya florasının tərkibində qovaq cinsinin 120-dən artıq növü yayılmıĢdır. Qafqazda 16, o
cümlədən Azərbaycanda 11 növünə təsadüf edilir.
Yazın əvvəllərində xoĢ ətirli iy hiss edirsən. Bu qovağın ĢiĢmiĢ tumurcuğunun iyidir. Qovaq
insanlara çox yaxın olan bitkilərdən biri hesab
edilir. Deyilənlərə görə qovağı Allah gərgin fiziki
iĢlərdən sonra, insanların yorğunluğunu aradan
qaldırmaq üçün onlara bəxĢ etmiĢdir. Doğurdan da
qovaq insanlara sədaqətlə qulluq edir, onların
sağlamlığının keĢiyini çəkir. Qovaq havanı zəhərli
maddələrdən təmizləyir, radioaktiv maddələri
zərərsizləĢdirir, tozu və karbon qazını udur və
oksigen sintez edir. Bundan baĢqa bitkinin bütün
hissələri fitonsid xüsusiyyətlərə malikdir. Qovağın
38
ĢiĢmiĢ tumurcuqlarında olan yapıĢqanlı qatrandan arılar müalicəvi təsirə malik propolis hazırlayır.
Qovağın qabıq, yarpaq, hamaĢçiçəklərinin tərkibində qlükoza, fruktoza, saxaroza, 3-10%-ə
qədər aĢı maddəsi, C vitamini və karotin aĢkar edilmiĢdir. Qabıq və yarpaqlarının üzərində olan qall
hissəsindən gön-dəri sənayesində istifadə olunan aĢı maddəsi istehsal olunur. Yarpaqlarını iri və
xırda buynuzlu heyvanlar, dəvə və atlar tərəfindən yem kimi yeyilir. Tumurcuqlarından alınan efir
yağından ətirli sabunlar istehsal olunur.
Dərman məqsədləri üçün qovağın yarpaq, qabıq və tumurcuqlarından istifadə olunur.
Qovaqdan hazırlanan preparatlar soyuqdəymə, antiseptik, ağrıkəsici, yumĢaldıcı, istiliyi
aradan qaldıran, tərqovucu, sakitləĢdirici, yarasağaldıcı xüsusiyyətlərə malikdir.
Qovaqdan müalicəvi preparatların hazırlanması.
Soyuqdəymə və temperaturun yüksəlməsi zamanı. 2 xörək qaĢığı təzə tumurcuğu 1 stəkan
qaynar suya töküb, termos və ya ağzı bağlı qabda 4 saat dəmlədikdən sonra süzün. Hər 3-4 saatdan
bir, 1 xörək qaĢığı daxilə qəbul edin.
Mədə yarası üçün tumurcuğun yağda ekstraktının hazırlanması. 2 xörək qaĢığı təzə qovaq
tumurcuğundan götürüb 1 stəkan təmizlənmiĢ bitki yağının içərisinə tökün, su hamamında 2 saat
qaynatdıqdan sonra, 2 həftə saxlayın. Süzüb gündə 3 dəfə 2 çay qaĢığı daxilə qəbul edin.
Revmatizm, sistit, babasilin müalicəsi. 100 q təzə tumurcuğun üzərinə 0,5 litr araq töküb,
qaranlıq yerdə bir həftə saxlayın. Sonra süzüb, 15-20 damcı stəkanın 1/4-i qədər suya töküb gündə 3
dəfə qəbul edin.
Prostat vəzinin və adenomanın müalicəsində. 2 xörək qaĢığı və yaxud 3 xörək qaĢığı tər
yarpaqları 1,5 stəkan qaynar suya töküb, 15 dəqiqə
dəmləyiin və süzün. AlınmıĢ cövhəri bütün gün 4-5 dəfə
qəbul edin.
Eyni zamanda vannasını qəbul edin. Bunun üçün 4
xörək qaĢığı doğranmıĢ təzə tumurcuğu 1 litr qaynar suya
töküb 5 dəqiqə qaynatdıqdan sonra, 4 saat dəmləyin. Alınan
cövhəri süzüb vannaya tökün və hər axĢam 2 həftə
müddətində qəbul edin.
Radikulit zamanı. Yarım litrlik ĢüĢə bankanı təzə
qovaq tumurcuğu ilə doldurub üzərinə araq əlavə edin və bir
həftə qaranlıq yerdə saxlayın. Sonra tənzifə və yaxud
pambığa hopdurub ağrıyan yerə sürtün. Bu cövhəri siz kəsiklərə, cızılmıĢ yerlərə də sürtə bilərsiniz.
QOZ – Juglandaceae A. Rich. ex Kunth. fəsiləsi
Qoz – Juglans L.
Qoz fəsiləsinin dünya florasının tərkibində 8 cinsi, 60-a qədər növü yayılmıĢdır.
Bir çox xalqlar qozu insanlara xoĢ güzəran və uzun
ömür bəxĢ etmək kimi qəbul edirlər. Qədim yunanlar
bayram günlərində bir-birlərinə qoz meyvəsi hədiyyə
edirmiĢlər. Roma xalqının toy mərasimləri qozsuz
keçməzmiĢ. Moldovanlar arasında gözəl bir adət-ənənə bu
günə qədər də davam edir. Elə ki, ailədə oğlan uĢağı
doğuldu, onun Ģərəfinə həyətdə bir qoz ağacı əkirlər.
Qoz haqqında ilk dəfə elmi məlumatı «botaniklərin
atası» Teofrast vermiĢdir.
Sonralar qoz haqqında dəyərli elmi məlumatlara
Dioskoridin, Siseronun, Plinin, Vergilinin, Hippokratın əsərlərində də rast gəlirik. Qozun meyvəsi
Dostları ilə paylaş: |