41
lentĢəkilli qurdları qovub çıxarmaq üçün qoz ləpəsini səhər acqarına yemək lazımdır. Soliteri (yastı)
qurdu qovmaq üçün isə 30-60 q qoz yağını Ģəraba qatıb qəbul etməyi məsləhət görürlər.
Konyunktivit xəstəliyi zamanı hər gün gözə bir neçə damcı qoz yağı damızdırmaq kifayətdir. Bu
yağ qulaq iltihabı zamanı da iĢlədilir.
Xəstələr üzərində aparılan klinik müĢahidələrə əsasən müəyyən edilmiĢdir ki, qoz ləpəsi
mədə sekresiyasına müsbət təsir göstərərək onu normaya salır. Mədə turĢuluğu çox olan xəstələr 50
qram ləpəni 10 gün müddətində qəbul edərsə turĢuluq normaya düĢər.
Ġngiltərədə qozun ləpəsindən Ģəkərli diabet və ateroskleroz, Çində isə böyrək daĢı
xəstəliklərinin müalicəsində istifadə edilir. Bütün bunlarla yanaĢı qoz ağacının yarpaqlarının
buraxdığı ətirli, efirli maddələr sağlam hava Ģəraiti yaradaraq mühüm müalicəvi əhəmiyyətə
malikdir.
Təzə qoz yağı xora və müxtəlif dəri xəstəliklərinin sağalmasına kömək edir. DöyülmüĢ təzə
qoz ləpəsi də bu xassəyə malikdir. Qozun qərzəyindən yuqlan preparatı hazırlanır. Bu preparatdan
isə dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Efir yağları və aĢılayıcı maddələrlə zəngin olan ətirli qoz yarpağından təbabətdə daha geniĢ
istifadə olunur.
Qoz yarpağı həm də insektisid xüsusiyyətlidir. Qoz ağacı bitən ölkələrdə əhali xalı və xəz
məmulatları güvədən qorumaq üçün onun yarpaqlarından istifadə edirlər. ġimali Qafqazda keçmiĢ
dövrlərdən qalmıĢ bəzi sərdabə və zirzəmilərdə qoz yarpağına da rast gəlinir. Onların oraya nə üçün
qoyulduğunu söyləmək isə çox çətindir. Çox ehtimal ki, sərdabədəki qiymətli parçaları güvədən
qorumaq üçün belə etmiĢlər.
Ağcaqanad, mozalan, milçək və baĢqa həĢəratlar həmiĢə qoz ağacından qaçır. Odur ki,
qədim zamanlarda kəndlərin ətrafında, evlərin yaxınlığında qoz ağacı əkərmiĢlər. Amerikan
fermerləri isə bu ağacı fermalarda və otlaqlarda əkirlər. Yayın isti günlərində mal-qara bu ağacların
altında həm günəĢdən, həm də müxtəlif həĢəratlardan qorunur.
Lakin qoz ən çox yeyinti sənayesində, kulinariya və Ģirniyyat istehsalında istifadə olunur.
Onu da qeyd etmək yerinə düĢər ki, qozun yetiĢməmiĢ meyvələrində 2,5%-ə qədər C vitamini
vardır. Bir ton yetiĢməmiĢ qoz meyvəsindən alınan C vitamini 300 min adamın tələbatını ödəyə
bilər.
Qoz yağından həmçinin, lak, sabun istehsalında da geniĢ istifadə olunur. Lak rəssamlıq
iĢlərində rənglərə parlaqlıq, Ģəffaflıq verir. Həmin rəsmlərin rəngi min illər keçsə də dəyiĢmir.
Biz laboratoriyada onun yarpaq, qabıq və gövdə hissələrindən boyaq məhlulu hazırlayıb
yun, ipək pambıq və kapron məmulatların qəhvəyi, açıq-qəhvəyi, tünd-qəhvəyi, qəhvəyi-yaĢıl,
qəhvəyi-boz, qonur-qəhvəyi, qəhvəyi-qara, Ģabalıdı və s. rəng və çalarlara boyamağa nail olduq.
Qozun meyvəyanlığında (qabıq hissəsində) 20-25%, gövdəsinin tərkibində isə 40-45%-ə
qədər tanin maddəsi varıdr ki, bundan da gön-dəri sənayesində qiymətli aĢılayıcı maddə kimi
istifadə etmək olar. Qozdan alınan tannin gönü həm aĢılayır, həm də boyayır.
Qozun
yarpaqlarından hazırlanan preparatlardan soyuqdəymə zamanı yaraların
müalicəsində, büzüĢdürücü və parazit əleyhinə vasitə kimi, həzm aparatının nizama salınmasında,
maddələr mübadiləsinin normallaĢdırılmasında, qanda Ģəkərin normada saxlanılmasında, iĢtahanın
yaxĢılaĢdırılmasında, qan-damar sisteminin təmizlənməsində istifadə edilir. Bundan baĢqa qozun
yarpağı ilə xənəzir, aterozkleroz, qastrit, ishal, aybaĢı pozuntuları vitamin çatıĢmazlığı, raxit, dəri
xəstəliklərini müalicə edirlər.
Yarpaqlarından və yaĢıl qərzəyindən hazırlanan ekstrakt boğazın qarqara edilməsində,
anginada, stomatit, gingivit, diĢ toxumalarının iltihabı, parodontoz, kandidoz və s. xəstəliklərin
müalicəsində tətbiq edilir.
YaĢlı qadınlarda uĢaqlıq yollarında baĢ verən pozuntuları aradan qaldırmaq üçün 100 q quru
qozun yarpağını 1 litr qaynar suda dəmləyib gecəni saxlayın. Sonra pambığı həmin ekstraktda
isladıb tampon kimi ağrıyan yerə qoyun. Səhər tezdən tamponu götürəndən sonra ağrıyan nahiyəni
kərə yağı ilə yağlayın.
Təzə qoz qabığından 1 kq götürüb ət maĢınından keçirib 1 kq qunduz yağının üzərinə töküb
yaxĢı qarıĢdırın. Alınan mazı 4-5 saat su hamamında qızdırın. Üzərinə 1 xörək qaĢığı əhəngli xlor
42
əlavə edin və rəngi durulduqdan sonra süzün.
AlınmıĢ mazla irinli civzələri, dəri vərəmini, dəri gənəsini, çiban, ekzema, damar
geniĢlənmələrini, podaqra və revmatizm ağrılarını müalicə edirlər. Yadda saxlamaq lazımdır ki,
qozdan hazırlanan preparatların daxilə qəbul edilməsi qanda protrombinin artmasına səbəb olur. Bu
preparatların ancaq qan durulaĢdıran cökə çiçəyi, kəndəlaĢ, moruq kökü və atĢabalıdı çiçəyinin
qarıĢıqlarından hazırlanan ekstraktlar ilə birlikdə qəbul edilməsi məsləhət görürlər. Hemofiliyadan
əziyyət çəkən xəstələrə mazın gözəl təsiri vardır, vərəm xəstəliyində, ürək əzələsi
soyuqdəymələrində qoz ləpəsini bal ilə qarıĢdırıb, gündə 2 dəfə 1 xörək qaĢığı həcmində qəbul
etmək məsləhət görülür. Mədə və onikibarmaq bağırsaq yaralarının, irin və tireotoksikozun yüngül
formalarının müalicəsində 200 q arakəsmə pərdəsindən götürüb 1 litr 40 dərəcəli spirtin üzərinə
töküb ağzını möhkəm bağlayaraq, 21 gün qaranlıq yerdə saxlayın, sonra gündə 3 dəfə bir xörək
qaĢığı qəbul edin.
Həzm sistemi pozuntularında, böyrək, qara ciyər və s. xəstəliklərin müalicəsi məqsədilə
yaĢıl qoz meyvəsini iyul ayında toplayın, xırda hissələrə doğrayıb, ĢüĢə balona doldurun, üzərinə
Ģəkər tozu əlavə edərək qapağını möhkəm bağlayıb, 4 həftə günəĢin qabağında saxlayın. Əmələ
gəlmiĢ Ģirəni baĢqa bir ĢüĢə qaba süzüb gündə 1 xörək qaĢığı daxilə qəbul etmək lazımdır.
Cərrahiyə zamanı müalicəsi mümkün olmayan xərçəng xəstəliyini müalicə etmək üçün.
200 q yetiĢməmiĢ qoz meyvəsini götürüb 1 litr adi neftin üzərinə töküb 21 gün saxladıqdan sonra,
gündə 3 dəfə bir xörək qaĢığı daxilə qəbul edin. Təmiz neftin üzərinə 200 q yaĢıl qozdan töküb
çıxarıĢını alın. Sonra süzüb gündə 1 damcı olmaqla 100 ml suya töküb 45 gün 45 damcı daxilə
qəbul edin. 7-ci günü sizdə bütün gün ərzində ishal baĢ verəcəkdir, bundan təĢviĢə düĢməyin. Bu
proses isə axĢama yaxın normallaĢacaqdır.
Qoz qabığından müalicəvi mazın hazırlanması. 200 q təzə qoz qabığını ət maĢınından
keçirin, 1 litr günəbaxan yağının içərisinə töküb 4 həftə günün altında saxlayın. Sonra alınmıĢ
qarıĢığı süzün, 70 dərəcəyə qədər qızdırıb üzərinə 30 q əsl arı mumu əlavə edin, sonra 2 saatsu
hamamında qızdırın. Süzüb isti halda butulkalara doldurun. AlınmıĢ mazdan uzun sürən yaraların,
irinli yara kəsiklərinin, dodaq çatlamalarının və s. müalicəsində yaxma Ģəklində istifadə edin.
Biz dünyada analoqu olmayan yeni texnologiya üsulu iĢləyib hazırlayaraq qozun
tullantılarından, xüsusilə meyvəyanlığından yeyinti, toxuculuq, xalçaçılıq və ipəkçilik sənayesində
istifadəsi mümkün olan boyaq maddəsi almağa nail olduq. Bizim tərəfimizdən hazırlanan
texnologiya sxemi yenilik kimi qəbul edilmiĢ, bizə 1575558 saylı patent verilmiĢdir.
TOZAĞACI – Betulaceae S.F.Gray. fəsiləsi
Əyilən tozağacı – Betula pendula Roth.
Qədim slavyan xalqları XV əsrə qədər yeni il bayramını qıĢda yanvar ayında deyil, yazda
qeyd edirmiĢlər. Onlar yeni il bayramını küknar və Ģam ağacları
ətrafında yox, hər il mart ayında tozağacının ətrafında keçirərmiĢlər.
Qədim əlyazmalarda qeyd edirlər ki, slavyan xalqı meĢə, su və göy
allahlarına dua edər, onlardan həmiĢə bol ruzi arzulayarmıĢ. Slavyanlar
ağ gövdəli tozağacının ətrafına toplanar, bu allahlara dua edə-edə
oxuyar və Ģənlənərdilər. BaĢqa bir tarixi mənbədə deyilir ki, slavyanlar
tozağacını qadın rəmzi kimi təsəvvür edib, yaz aylarında onun ətrafına
toplanır, toy və bayram mərasimlərini onun ətrafında qeyd edərmiĢlər.
Dünya florası tərkibində tozağacı cinsinin 140-a qədər növü
yayılmıĢdır. Qafqazda 7, o cümlədən Azərbaycanda 5 növünə rast
gəlmək olar (Mirzəyev, Fətəliyev, 1988; Mirzəyev 1998). Tozağacı
Dostları ilə paylaş: |