57
HəmiĢəcavanın hər bir budağı bir ili göstərir. YaĢılı bağambürc ən çox ağacların ən yuxarı
budaqlarında yaĢamağa can atır. Onun kökləri yaĢadığı ağacların budaqlarının çox dərinliklərinə, ən
çox isə budaqların Ģirə axan kanallarına gedib çıxır.
Siz bağambürcü öz həyətyanı bağ və bağçalarınızda da əkib-becərə bilərsiniz. YapıĢqanla
əhatə olunmuĢ giləmeyvəni alma, armud, xurma, tut, gavalı, ərik, alça və s. ağacların çatlamıĢ
qabıqlarının içərisinə qoyub buna nail ola bilərsiniz.
ƏlveriĢi iqlim Ģəraitində bağambürc kök ataraq inkiĢaf etməyə baĢlayacaq. Bununla da siz
öz bağınızda, sağlamlığınız naminə «müalicə əczaxanası» açmıĢ olarsınız.
Bağambürcün yarpaqları dərini xatırlatdığından suyu az buxarlandırır. Bu vəziyyətdə o
bütün qıĢ dövründə bir ədəd də yarpaq itirmədən «yaza» çıxır. Bağambürc - xüsusi «ağıla» malik
bitkidir. Onun toxumları gələcək bağambürcün baĢlanğıcınıı qoyur. Belə ki, o külək vasitəsilə
«gəzintiyə» çıxır, yapıĢqanla əhatə olunmuĢ giləmeyvələrini ağacların çatlarına yapıĢdırıb gələcək
bağambürc bitkisinin baĢlanğıcını qoyur. Giləmeyvə onu əhatə edən yapıĢqanla mühafizə olunur.
Giləmeyvələr bitki çılpaqlaĢan dövrdə partlayırlar. Yerin üzəri qalın qarla örtüldüyündən ac quĢlar
kənardan bu «Ģam» kimi iĢıq saçan «kürələrı», yapıĢqanlı meyvələri görüb, onları acgözlüklə
yeyirlər. Bağambürcün yapıĢqanlı yalançı giləmeyvələri qaratoyuqların sevimli qidasıdır. Digər
quĢlar, məsələn, sığırçın, sərçə, qarğa, çobanaldadan və s. bitkinin giləmeyvələrini o qədər də
həvəslə yemir. Yalançı giləmeyvələri yeyən quĢlar öz daxili orqanlarını bununla təmizləyirlər.
Toxumlar quĢların həzm orqanlarında həll olunmadığına görə zığ vasitəsilə ağacların çatlamıĢ
budaq, oduncaq və qabıq hissələrinə asanlıqla yapıĢaraq, Ģərait yaranan kimi cücərməyə baĢlayırlar.
Yeni cücərən həmiĢəcavanın incə kök saçaqları ağac qabıqlarının altına daxil olur. Sonra onlarda
sorucu tellər əmələ gəlir ki, bunlar da öz növbəsində oduncağın yumĢaq toxumaları ilə daxilə, o
cümlədən Ģirə kanalcıqlarına qədər gedib çıxaraq qidalanmağa baĢlayır və get-gedə inkiĢaf edərək
iri yaĢıl rəngli yarımkola çevrilirlər. Bir ağac bitkisinin üzərində çoxlu miqdarda həmiĢəcavan
bitkisi yaĢayır. HəmiĢəcavan vegetativ, kök zoğları, toxumları vasitəsilə artırılıb çoxaldılır.
Toxumunun cücərməsi üçün hökmən iĢıq lazım gəlir. Buna görə də həmiĢəcavan «çalıĢır» ki,
yaĢadığı ağacın ən hündür və daimi iĢıq düĢən yerində özünə Ģərait yaradıb yaĢamını davam etdirsin
və bütün yaĢadığı illər boyu həmiĢə iĢıqla tam təmasda olsun. HəmiĢəcavan bir ağac üzərində 70 ilə
qədər ömür sürə bilir.
Orta əsrdə yaĢamıĢ «otların atası» adı ilə məĢhur olan Ġlronim Bok yazırdı ki, həmiĢəcavanın
cavan budaq və yarpaqlarından hazırlanan preparatların köməyi ilə bir sıra çətinsağalan xəstəliklər
məharətlə müalicə olunur. Bundan baĢqa həmiĢəcavandan hazırlanan Ģirələrlə bir çox xəstəliklərin
müalicəsi haqqında məlumatlara tarixi mənbələrdə rast gəlmək olar. Belə bir fıkir irəli sürülür ki.
həmiĢəcavandan hazırlanan preparatlar ecazkar bir qüvvəyə malikdirlər. Belə ki, qədim yunan
filosofu və həkimi Hippokrat eramızdan əvvəl (460-370) bitkidən alınan ekstrakt və Ģirələrlə
epilepsiya və baĢgicəllənmələrin müalicə olunması haqqında xəbər verirdi. Maraqlı burasındadır ki,
orta əsrin təbibləri həmiĢəcavandan alınan preparatların köməyilə epilepsiya və qıcolmanı məharətlə
müalicə edirmislər. Bitkinin tərkibi «ağlasığmaz» dərəcədə bioloji aktiv maddələrlə zəngindir. Belə
ki, bir sıra xarici alimlərin apardıqları kimyəvi analizlər zamanı elmə məlum olmuĢdur ki,
həmiĢəcavanın tərkibində viskotoksin, diginin, xolin, asetilxolin, visçin, inozit, piridin, histamin,
urzon, əsas rol oynayan amillədən biri bitkinin yüksək toksiki xüsusiyyətə malik olmasıdır. Bu
xüsusiyyətlər xərçəng çöplərinə qarĢı orqanizmin səfərbər edilməsinə səbəb olur.. HəmiĢəcavandan
hazırlanan preparatlar orqanizmin hər hansı bir üzvünü zədələyən və onu ölümə sürükləyən xərçəng
hüceyrələrinin inkiĢafının qarĢısını alır və tədricən, get-gedə xərçəng hüceyrələrini məhv edib,
insanı bu qorxunc xəstəlikdən xilas edir. Prof. Vesterin bu təcrübəsinin nəticələrini bir çox tibb
mütəxəssisləri də təsdiq etmiĢlər. Lakin tibb alimlərini belə bir sual dərindən düĢündürür:
doğrudanmı həmiĢəcavandan hazırlanmıĢ preparatlar dəhĢətli xərçəng çöplərini məhv edib sıradan
çıxardır və insan övladını bu «ölüm saçan» silahdan tamamilə azad edir? Hazırkı dövrdə tibb
mütəxəssisləri hələ bu suala cavab tapa bilməyiblər.
MəĢhur xalq təbabətçisi avstriyalı Mariya Treben Allah tərəfindən bəxĢ edilən «Sağlamlıq
apteki» kitabında yazır, həmiĢəcavandan alınan preparatların vəzi sistemində baĢ verən xəstəlikləri,
nasazlıqları müvəffəqiyyətlə müalicə edilir və maddələr mübadiləsini sistemləĢdirir. Aparılan
58
tədqiqatlar nəticəsində tibb elminə məlum olmuĢdur ki, həmiĢəcavandan hazırlanan preparatların
köməyilə uzun müddət Ģəkər xəstəliyinə tutulmuĢ insanları müalicə etmək mümkündür. Bitkinin
preparatları ilə hormonal sistemlərdə baĢ verən nasazlıqlar aradan qalxır, skleroz sağalır, itlic aradan
götürülür. Müalicə məqsədi üçün ancaq bitkinin cavan budaq və yarpaqlarından istifadə edilir.
Bitkinin yetiĢməmiĢ meyvəsindən isə müalicə məqsədləri üçün istifadə cdilmir.
Müalicə məqsədləri üçün ancaq bitkinin mart-aprel, payızda isə sentyabr-oktyabrda, nadir
halda isə dekabr ayında toplanan cavan budaq və yarpaqlarından istifadə edilir. Sonrakı aylarda
həmiĢəcavan bitkisi öz müalicəvi təsirini itirir. ToplanmıĢ xammalı tez bir zamanda xırda hissələrə
salıb havası daimi dəyiĢilən, mehvuran, kölgəli yerlərdə sərib qurutmaq məsləhət görülür. Quru
xammal nəmliyi sevmədiyinə görə tünd ĢüĢə bankalarda, çini qablarda və eləcə də taxtadan
düzəldilmiĢ qablarda, ağızları möhkəm kip bağlanmıĢ karton qutularda, taxta yeĢiklərdə
saxlamalıdır. məsləhətdir. Xammalın saxlama müddəti bir ildir.
Bağambürc bakterisid, soyuqdəymədə, ağrıkəsici, qankəsici, yarasağaldıcı, sakitləĢdirici,
büzüĢdürücü, iĢlədici, sidikqovucu, südqovucu, skleroz əleyhinə, orqanizmi möhkəmləndirici və
bakterisid təsirə malikdir; təzyiqin aĢağı salınmasında, maddələr mübadiləsinin nizamlanmasında,
damarların geniĢləndirilməsində, ürək fəaliyyətinin tənzimlənməsində, xərçəng ĢiĢlərinin sorulub
aradan qaldırılmasında mühüm rol oynayır.
Dərman bitkilərinin bilicisi olan məĢhur xalq təbabətçisi - Mariya Trebenin həmiĢəcavandan
hazırlanmıĢ bir neçə müalicə resepti ilə oxucuları tanıĢ etmək istərdik.
Urək-damar xəstəliklərində. Bunun üçün həmiĢəcavanın cavan budaq və yarpaqlarından
götürüb soyuq suda dəmləyin və gündə 3 fincan yeməyə 20-30 dəqiqə qalmıĢ qurtum-qurtum qəbul
edin. Bir gündən sonra ürəyinizdəki ağrının yox olduğunu görəcəksiniz; o həmiĢəki kimi normal
vəziyyətdə iĢləyəcək.
İflicin müalicəsində. HəmiĢəcavandan hazırlanmıĢ soyuq çaydan birinci həftə, gündə 3
fıncan, 2-ci həftə gündə 2 fıncan, 3-cü həftədə isə gündə 1 fıncan içmək məsləhət görülür.
Həyəcanlanma, qorxu, təngnəfəslik, klimakteriya, ürək döyüntüləri, taxikardiya zamanı.
HəmiĢəcavanın çay və dəmləmələrindən illərlə qəbul etmək olar. Bu zaman orqanizminizdə olan
bütün narahatlıqlar get-gedə aradan götürüləcək, qadınlar klimakszamanı çəkdikləri əziyyətdən azad
olacaq. özlərini rahat hiss edəcəklər. Bitkinin təzə Ģirəsi qadın0 sonsuzluğunu aradan qaldırır,
kəskin aybaĢı qanaxmalarını dayandırır. Burun qanaxmaları zamanı damcısından istifadə edilir.
Diabet və maddələr mübadiləsi pozuntularında bitkinin soyuq çayından 5-6 ay fasiləsiz
olaraq qəbul etmək məsləhətdir. Hərgah sizin hormonal sisteminiz normada deyilsə, gündə azı 2
fıncan soyuq çaydan qəbul etməlisiniz.
Ürək-damar sisteminizin uzun müddət normal vəziyyətdə olmasını istəyirsinizsə onda 6 ay
müddətində, gündə 3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ soyuq çaydan içmək məsləhət görülür.
Bağambürcdən soyuq çayı aĢağıdakı qaydada hazırlayırlar. Narın toz halına salınmıĢ
bitkidən 1 çay qaĢığı 4 litr suya töküb yaxĢı-yaxĢı qarıĢdırın. Sonra süzüb termosa tökün. AlınmıĢ
soyuq çaydan istifadə zaman onu qızdırmaq məsləhətdir. Çaydan gündə 2 dəfə, yeməyə 20-30
dəqiqə qalmıĢ qəbul etmək məsləhət görülür.
Bağambürcdən şirənin hazırlanması. Bunun üçün təzə yarpaq və cavan budaqları soyuq su
ilə yaxĢı-yaxĢı yuyub sürtgəcdən keçirib Ģirəsini çıxardın. AlınmıĢ Ģirədən hər gün 25 damcı soyuq
suya tökün və acqarına yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin. AxĢamlar isə yatmağa az qalmıĢ qəbul
etmək məsləhətdir.
HəmiĢəcavandan hazırlanmıĢ damcı və digər preparatları siz apteklərdən tapa bilərsiniz.
Təzə giləmeyvəsi zəhərli olduğuna görə ondan müalicə məqsədləri üçün istifadə etmirlər.
Lakin onu donuz piyi ilə qarıĢdırıb Ģaxta vurmuĢ (don vurmuĢ) nahiyələrə sürtməklə müalicə edə
bilərsiniz. HəmiĢəcavandan toz da hazırlanır.
Astma və nevrozıın müalicəsində. 1 çay qaĢığı doğranmıĢ yarpağından görürüb 1 stəkan
qaynar suya tökün və su hamamında 10 dəqiqə saxladıqdan sonra yarım saat dəmləyib süzün.
Aldığınız dəmləmədən gündə 3 dəfə, yemək zamanı 2 xörək qaĢığı qəbul edin. Vəziyyətinizin
yaxĢılaĢmasını 10 gün keçdikdən sonra hiss edəcəksiniz.
Hipertoniya zamanı, ürəyin fəaliyyətini yaxşılaşdrıııaq üçün. 1 xörək qaĢığı doğranmıĢ
Dostları ilə paylaş: |