63
edilir.
Xalq təbabətində ispanaqdan qəbizlik, toplanmıĢ qazların orqanizmdən kənar edilməsində,
qanazlığında, müxtəlif növ əsəb gərginliklərində, laringit, larinqofaringit, bronxit, ağ ciyər
soyuqdəymələrində, müalicə-profilaktik vasitə kimi istifadə edilir. Bunun üçün ispanağın
yarpaqlarından hazırlanan sulu dəmləmədən qəbul etməyi məsləhət görürlər. QıĢ
dövründə orqanizmdə baĢ verən vitamin çatıĢmazlığını aradan qaldırmaq üçün
yazda ispanaqdan geniĢ istifadə etmək məsləhət görülür. Bunun parlaq olmayan
yarpaqlarının tərkibindəki zülalın miqdarı 1,5 dəfə süddokindən artıqdır.
Tərkibindəki vitaminlər, makro və mikroelementlər yüksək temperaturda heç bir
parçalanma prosesinə məruz qalmayıb olduğu kimi qalırlar.
Diqqət! Bizə məlumdıır ki, ispanağın tərkibində kifayət qədər quzuqulağı
turĢusu aĢkar edilmiĢdir. Ġspanağın tərkibindəki quzuluğağının miqdarı
kartofdakından 8, pomidordan isə 64 dəfə çoxdur. Buna görə də ispanaqdan su-
duz mübadiləsi normal getməyən xəstələrin, eləcə də podarqa, böyrək və qara ciyəri xəstə olan
insanların qəbul etmələri məsləhət görülmür.
Ġspanaqdan müalicə preparatının hazırlanınası və istifadə edilməsi.
Qanazlığında, qəbizlikdə, əsəb gərginliyində. 10 q ispanaq yarpağının üzərinə 1 stəkan su
töküb 6-7 dəqiqə biĢirin, soyuduqdan sonra süzün. Cövhərdən gündə 3-4 dəfə stəkanın 1/4 hissəsi
qədər yemək qabağı qəbul etmək məsləhət görülür.
Qeyd! YuyulmuĢ ispanaq tez xarab olur. Bunun üçün ispanağı biĢirən zaman yuyub qazana
tökməyi məsləhət görürlər.
Ġspanağın təbii rəngini özündə saxlamaq üçün onu çoxlu suda yumaq məsləhətdir.
Nə vaxt ki, sizin əkdiyiniz sahədə ispanaq əmələ gəlməyə baĢladı, deməli qıĢ üçün
ehtiyatımız var. Ona görə ki, ispanaq kəskin keçən Ģaxtalarda belə tərkibindəki maddələri itirmədən
olduğu kimi saxlayır. Bu da ona dəlalət edir ki, ispanaqdan bütün il boyu istifadə etmək xeyirlidir.
Biz isə bitkinin yaĢıl hissəsindən yeyinti sənayesi üçün qida boyası almıĢıq.
QƏRƏNFĠLÇĠÇƏKLĠLƏR – Caryophyllaceae Juss. fəsiləsi
Hamar herniyar – Herniaria glabra L.
Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmıĢdır.
Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növu yayılmıĢdır. Azərbaycanda 4
növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar
– Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L.
Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiĢ
budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaĢıl rəngli çoxillik ot bitkisidir.
Yarpaqları qarĢı-qarĢıya düzülmüĢ ellipsvari, ovalvari, iti və yaxud küt
aĢağı hissədən daralan olub, çox qısa saplaqdan ibarətdir. Yarpaqaltlığı enli,
yumurtavari, pərdəvaridir. Çiçək tacı bizəoxĢar, çox qısa beĢ ləçəkdən ibarətdir.
Çiçəkləri xırda, görkəmsiz, beĢüzvlü, qoltuqda sıx, yumaq Ģəklində yerləĢmiĢdir. 5
ədəd qısa erkəkcikdən ibarətdir. Meyvəsi birtoxumlu və açılmayandır. Toxumu
parlaq və hamar olub tünd qəhvəyi rəngdədir. Ġyun ayından payıza kimi çiçəkləyib
meyvə verir.
Hamar herniyar Azərbaycanın daĢlı-çınqıllı yerlərində, çay kənarlarında,
Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmıĢdır. Buna
düzənliklərdən yuxarı dağlıq zonalarına qədər bütün ərazilərdə rast gəlmək olar. Bitkiyə alaq otu
kimi bağ və bağçalarda da rast gəlinir.
Bitkinin latınca adı «Herniar glabra», «Hernia» «hamar», «glabra» isə «çılpaq» sözlərindən
götürülmüĢdür ki, bu da zoğların hamar olmasını bildirir. Xalq arasında bu bitkiyə «it sabunu» da
deyirlər. Qərbi Avropada yaĢayan xalqlar paltar yumaq məqsədilə bitkinin köklərindən ətirli sabun
köpüyü hazırlayırlar.
Rusiyanın bir çox Ģəhərlərində bu bitkinin kökündən hazırlanan maye sabunla bir çox ev
64
heyvanlarının yununu yuyurlar.
Bitkinin tərkibində kumarin və onun törəmələri olan 0,2%-ni təĢkil edən herniarinin metil
efiri - C
l0
H
8
O
2
, kversetin, rutin, triqlükozid, arabinozid, kversetin flavonoidləri, triterpen saponinləri
hidroliz olunaraq kvilay C
30
H
46
O
5
, turĢusuna çevrilən ramnoza, qalaktoza və qlükozid maddələri,
0,6% qatı efır yağı, alkoloid izləri, aĢı və qətran maddələri tapılmıĢdır.
Hamar herniyardan alınan preparatlardan suçiçəyi xəstəliyində, böyrəyin müalicəsi və
sidikqovucu vasitə kimi istifadə edilir. Otunu suya salıb çalxaladıqdan sonra sabun köpüyü əmələ
gətirir. Bu su ilə əli yuduqda dəri çox yumĢalır.
Hamar herniyarı Avropa ölkələrinə ixrac edir, burada sidikqovucu vasitə kimi istifadə
edirlər. Belarus xalq təbabətində sulu məhlulu ilə sarılıq zamanı, mədə ağrılarında, qrıja (yırtıq),
uĢaqlıq sallanmalarında, sidiklik qanaxmalarında, quduzluqda iĢlədilir. Diarezi və ekzeması olan
uĢaqları qaynadılmıĢ məhlulu ilə çimdirirlər.
Xalq təbabətində suçiçəyi xəstəliyi zamanı sidikqovucu vasitə kimi,
kəskin sidik kisəsi soyuqdəymələrində, həmçinin sarılıqda istifadə edilir.
Ağır fıziki iĢ zama
nı əmələ gələn əzələ ağrılarında, 10%-li cövhərindən
içməyi məsləhət görürlər. Ot və kök hissəsindən hazırlanan cövhərindən
antiseptik vasitə, soyuqdəymədə, revmatizmdə, artritdə sakitləĢdirici kimi,
həmçinin mədə pozuntularında, podaqra, kolit, yogun bağırsaq iltihabında,
qıcolmada, ürəkkeçmə, əsəb, bağırsaq və s. xəstəliklərin müalicəsində geniĢ
istifadə edilir. Otundan və toxumundan hazırlanan cövhərindən isteria, ürəkkeçmə xəstəliklərində,
müxtəlif ĢiĢlərin müalicəsində, kökündən hazırlanan məhlulundan qaĢınmaya qarĢı istifadə edilir.
PörtlədilmiĢ yarpaqlarından təpitmə formasında əzilmiĢ yerlərə qoyur, damar soyuqdəymələrində
yaĢ sarğı kimi istifadə edilir. Toxumundan hazırlanan spirtdən isə trixnoz əleyhinə iĢlədilir.
Bitkinin sulu çıxarıĢı yaxĢı köpük verdiyinə və ətirli iyə malik olduğuna görə, onu yuyucu
maddələrin əvəzedicisi kimi də iĢlətmək olar. Ətirli iyə malik olduğundan bundan ətriyyat və
kosmetika sahələrində geniĢ istifadə edilir. Dermatologiyada yarasağaldıcı və büzüĢdürücü vasitə
kimi iĢlədilir. Ətirli suyu əlin dərisini yumĢaldır, elastiklikyini artırır. Bu xüsusiyyətlərinə görə
hamar herniyar kosmetikada geniĢ istifadə edilir. Bitkidən quru və adi halda cövhər hazırlanır.
Tüklərin inkiĢaf etdirilməsi üçün əla vasitə hesab edilir.
Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar.
Dünyanın bir sıra ölkələrinin xalq təbabəti ilə məĢgul olan tibb mütəxəssisləri herniyar
bitkisinin soyuqdəymə nəticəsində baĢ verən xəstəlikləri məharətlə aradan qaldırmasını yüksək
qiymətləndirirlər.
Herniyardan hazırlanan preparatlar kəskin xroniki prostatı, eləcə də böyrək və sidik
kisəsində baĢ verən pozuntuları gözəl müalicə edir. Bitkinin adının «qrıjnik» adlandırılması təsadüfı
olmayıb. Ağır yük qaldıran fəhlələr yırtıq əmələ gəlməsin deyə, herniyardan hazırlanmıĢ
dəmləmələr və cövhərlər içərmiĢlər.
Herniyardan hazırlanan preparatlardan bakterisid kimi, soyuqdəymə zamanı, yarasağaldıcı,
büzüĢdürücü, sidikqovucu, ödqovucu və spazma əleyhinə geniĢ istifadə edilir.
Herniyardan müalicə preparatlarının hazırlanması.
Prostat vəzinin soyuqlamasında. 1 xörək qaĢığı doğranmıĢ herniyarı 1 stəkan qaynar suda
dəmləyib, 1 saat saxladıqdan sonra süzün. AlınmıĢ ekstraktdan gündə 4-5 dəfə yeməkdən sonra
daxilə qəbul edin.
Porstat vəzinin adenomasında əlava köməkçi vasitə kimi. 1 xörək qaĢığı herniyar, qarğıdalı
saçağı, peyğəmbər çiçəyi, 2 çay qaĢığı qatırquyruğu, 5 çay qaĢığı ot kəndəlaĢının kök hissəsindən
və tozağacı tumurcuğu götürün. AlınmıĢ qarıĢıqdan 2 xörək qaĢığı götürüb 1 litr qaynar suya töküb
20-30 dəqiqə isti yerdə dəmləyin və süzün. Sonra stəkanın 1/2 hissəsi qədər gündə 4 dəfə yeməyə
30 dəqiqə qalmıĢ qəbul edin.
Sistit, sidik kisəsinin soyuqlamasında, nefritdə, ürək və böyrək ağrılarında. 2 xörək qaĢığı
doğranmıĢ otundan götürüb qaynanmıĢ suyun üzərinə töküb qaynama dərəcəsinə gətirib süzün və
gündə 4 dəfə, stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Sidik kisəsində olan dasların kənar edilməsində. Bunun üçün 1 çay qaĢığı doğranmıĢ otun
Dostları ilə paylaş: |