59
yarpağını qaynar suya töküb 10-12 saat dəmləyib süzün. Aldığınız cövhərdən stəkanın 1/5 hissəsi
qədər gündə 3-4 dəfə qəbul edin. Müalicə kursu iki həftədir.
Ateroskleroz, klimakteriya, nevroz, parez, yüngül iflic, nevralgiya, həmçinin ağır sürən
xəstəlikdən sonra. 1 xörək qaĢığı yarpağından götürüb 0,5 litr qaynar suya töküb 2 saat
dəmlədikdən sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul
edin. Müalicə kursu 10 gündür.
Orqanizmin yorulub zəifləməsi, başgicəllənməsi zamanı və tonusun artırılmasında. 1 çay
qaĢığı doğranmıĢ yarpağını 3 stəkan qaynar suya töküb 1 saat dəmləyib süzün. Aldığınız
ekstraktdan çay kimi gündə 2-3 dəfə stəkanın 1/4 və yaxud 1/2-i qədər götürüb az miqdarda bal
qatıb qəbul edin. Müalicə kursu bir aydır.
Çibanların, kəsiklərin, yara və babasilin müalicəsində. DoğranmıĢ yarpaq və gövdəsindən
1 xörək qaĢığı 0,5 litr qaynar suya töküb 1 saat dəmləyib süzün. Aldığınız ekstraktdan xəstə olan
nahiyələri yuyun və yaxud oturmuĢ halda vannasını qəbul edin.
Radikulit, artrit, əzələ ağrılarında, əzik və sınıqlar zamanı. 5-6 xörək qaĢığı doğranmıĢ
yarpaq və budağından götürün
və
qaynadılmıĢ suya töküb vam od üzərinə qoyun, 20 dəqiqə
saxladıqdan sonra 1 saat dəmləyib süzün. Aldığınız ekstraktın üzərinə qaynadılmıĢ su əlavə edib 1
litr həcminə çatdırın və kompres Ģəklində istifadə edin.
Damar ağrılarında istifadə olunan bağambürc mazının hazırlanması. 3 hissə xırda
doğranmıĢ bağambürc və 2 hissə təzə donuz piyindən götürüb 1,5 saat biĢirib süzün. Sonra üzərinə
30 q mum və 8 q kamfora əlavə edib (qaynatmadan) qızdırın Hər gün səhər və axĢam xəstə
nahiyəyə sürtün.
Müalicə məqsədləri üçün istifadə ancaq meyvəli ağacların üzərində olan bağambürcdən
istifadə etmək məsləhət görülür. Ġynəyarpaqlı və qovaq ağacları içərisindəki bağambürc tibbi
nöqteyi-nəzərincə əhəmiyyətli deyildir. Dərman məqsədləri üçün bağambürc ancaq payızın
sonunda, günəĢ batmaq üzrə olanda toplanmalıdır. Xammal açıq havada qurudulur.
QIRXBUĞUM – Polygonaceae Juss. fə
silə
si
Subibə
ri – Polygonıım hydropiper L.
Qırxbuğum cinsinin dünya florasının tərkibində 300-ə qədər növü yayılmıĢdır.
Yer kürəsinin
hər yerində rast gəlmək olar. Qafqazda 40, o cümlədən Azərbaycan florasının tərkibində 27-yə
qədər növü məlumdur.
Subibəri –
P. hydropiper L. çox da hündür olmayan birillik ot bitkisidir. Çiçəkləri xırda
yaĢılımtıl, bəzən çəhrayı rəngdə olub, salxımvari çiçək qrupunda toplanmıĢdır. Bu ən çox nəmli
çəmənliklərdə, kanal və arxların kənarlarında yayılmıĢdır. Yarpaq və zoğları bibər kimi yandırıcı
tama malikdir.
Subibəri Azərbaycanda Böyük Qafqazın Ģərq və qərb zonalarında, Kür düzənliyində, Kiçik
Qafqazın mərkəzi və cənub ərazilərində, Lənkəranın düzən və dağlıq hissələrində yayılmıĢdır.
Bundan baĢqa bitkiyə bataqlıqlarda, çay və göllərin kənarlarında, xüsusən dağlıq zonalarda da çox
rast gəlinir.
Otunun tərkibində 2,0-2,5% flavonoid törəmələri – ramnazin (C
17
H
14
O
7
), onun sulfo efirinin
kalium duzu (C
17
H
13
O
7
SO
3
K), izoramnetinin sulfo efirinin kalium duzu (C
15
H
11
O
7
SO
3
K), rutin
(C
27
H
30
O
16
), kversetin (C
21
H
20
O
11
), hiperozid (C
21
H
20
O
12
) və kempferol aĢkar edilmiĢdir. Bundan
baĢqa 3,8%-ə qədər aĢı maddəsi, efir yağı, qarıĢqa və sirkə turĢusu tapılmıĢdır. Su bibərinin
qankəsici xüsusiyyətlərini ilk dəfə 1912-ci ildə N.P.Kazanov aĢkar etmiĢdir.
Subibərinin cövhər və dəmləmələrindən dünyanın bir sıra xalqları revmatizmdə, müxtəlif
növ qanaxmaların kəsilməsində, sidiyə gedə bilmədikdə, cinsiyyət yolları xəstəliklərinin
müalicəsində geniĢ istifadə edirlər.
Subibərindən hazırlanan antiseptik preparatlar soyuqdəyməyə qarĢı, yarasağaldıcı,
qankəsici, büzüĢdürücü, sidikqovucu, ağrıkəsici vasitə kimi iĢldəilir.
Subibə
rində
n müalicə preparatlarının hazırlanması.
Revmatizm, podaqra, duz yığılmalarında, həmçinin sidik kisəsi və böyrək daşlarının