53
Gicitkən sanki vitamin fabrikidir. Onun yarpaqları C vitamini ilə zəngindir. Tərkibindəki C
vitamininin miqdarı qarağat, kartof, kök və əvəlikdəkindən çoxdur. Yarpaqlarnın tərkibində B və B
2
vitaminləri də vardır. Odur ki, respublikamızın bir çox rayonlarında bitkinin təzə, tünd-yaĢıl
yarpaqları azca ovulub duzla yeyilir. Ondan kükü və müxtəlif xörəklər biĢirilir. Bitkinin cavan
yarpaq və zoğuna soğan, istiot, keĢniĢ, qoz, yağ və azca sirkə əlavə edilərək xəmir xörəklərinə
qatılır. Azərbaycanın bir çox rayonlarında gicitkənin yarpaqlarını
qurudur, ona azca Ģəkər qatıb saxlayır və yeri gəldikcə ədviyyə
kimi istiafdə edirlər. Bundan əlavə, gicitkəndən kətə, qutab, salat,
göyərti Ģorbası, püre və s. hazırlanmasında istifadə edilir. Cavan
zoğ və yarpaqlarını duza qoyurlar. Cavan yarpaq və gövdəsini
doğrayıb kölgəli yerdə qurudurlar. ġoraba tutduqda, əriĢtə, kükü
biĢirdikdə ədviyyat qatqısı kimi iĢlədilir. Qanı az olan adamlara
təzə gicitkən yemək məsləhət görülür.
Gicitkən həm də qiymətli yem bitkisidir. Belə ki, onun
qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof müxtəlif yem
əhəmiyyətli otlara birikdə hazırlanmıĢ silosu yüksək keyfiyyətli
olur.
Gicitkən bitkisi qidalılığına görə paxlalı bitkilərdən heç də
geri qalmır. Gicitkənin tərkibində 20,8% protein, 2,5% yağ, 18% sellüloz, 30,7% tərkibində azot
olmayan Ģirə, 16,6 mq% kalium, kalsium və dəmir tərkibli makroelementlər, 50 mq%-ə qədər
karotinoid və s. maddələr tapılmıĢdır. YaĢıl yarpaqlarının tərkibində 2,5-5,0%-ə qədər xlorofıl
vardır. Gicitkən qiymətli texniki bitki sayılır. Gövdəsinin tərkibində lif istehsal etmək üçün çoxlu
sellüloz maddəsi aĢkar edilmiĢdir. Yarpaqlarının tərkibində K vitamini, urtisin qlükozidi, aĢı və
zülal maddələri, qarıĢqa və askorbin turĢusu, C (C
17
H
20
O
6
N
4
) vitamini, pantoten turĢusu,
protoporfirin (C
34
H
34
O
4
N
4
), koproporfirin (C
36
H
38
0
8
N
4
) və bir sıra karotinoid birləĢmələri
tapılmıĢdır. Bundan əlavə, tərkibində 5%-ə qədər xlorofil maddəsi, 1,96%-ə qədər 3-0 qlikozid və
3-0 rutinozid-kversetin, kempferol və izoramnetin flavonoidləri, 10%-ə qədər niĢasta və s. maddələr
də vardır.
YaĢıl yarpaqlarının tərkibində 14,40% kül maddəsi, mq/q hesabı ilə 34,20 - K, 37 -40 - Ca,
6,00 - Mg, 0,3 - Fe makroelementləri, mkq/q%-lə: 0,31 - Mn, 0,80 - Si, 0,50 - Zn, 0,13 - Co, 248,00
- Mo, 0,06 - Cr, 0,11 - A1, 16,64 - Ba, 10,50 - Se, 0,12 - Ni, 1,15 - Sr, 0,06 - Pb və s.
mikroelementləri tapılmıĢdır.
Gicitkənin müalicəvi xüsusiyyətləri haqqında ilk maraqlı məlumatı Ġbn Sina vermiĢdir. Dahi
təbib doğranıb nazik toz halına salınmĢ gicitkənlə burun qanaxmalarının kəsilməsində istifadə
etmiĢdir. Toxumundan alınmıĢ cövhər astma, hava çatıĢmazlığı və plevritin müalicəsində iĢlədilir.
Gicitkəndən ağ ciyər, öskürək, uĢaqlıq qanaxmalarında da istifadə edilmiĢdir.
ġirəsinə Ģəkər qatıĢdırıb öskürək əleyhinə əla müalicəvi vasitə kimi istifadə olunınuĢdur.
Gicitkənin yarpaqlarından alınmıĢ təzə Ģirəsindən, dəmləməsindən bir sıra xəstəlikləri
müalicə edirlər. Həmçinin Ģəkər əleyhinə də iĢlədilir.
MeĢə açıqlıqlarında (talalarda), bağ və bağça çəpərlərinin kənarlarında, çox günəĢli
sahələrdə tər, incə gicitkən cücərtilərinə rast gəlmək olar. Gicitkəni çiçək açan dövrdə toplayırlar.
Erkən yazda özünüzü «canlı» vitaminlərlə təmin edə bilərsiniz. Həmin vaxt gicitkənin yarpaqları
zəngin C vitamininə malik olur. Yarpaqlarında vitaminin miqdarı qarağatdakından 2 dəfə, karotinin
miqdarı yerkökündəkindən, K vitamini isə ispanaq və kələmdəkindən artıqdır. Xalq təbabətində
gicitkəndən lap qədim zamanlardan istifadə edirlər.
Gicitkəndən hazırlanan preparatlar polivitamin, tonusartırıcı, qankəsici, yarasağaldıcı,
antiseptik, südartırıcı, sidikqovucu, iĢlədici, bəlğəmgətirici kimi ĢiĢ əleyhinə iĢlədilir. Gicitkən
yarpaqlarının tərkibindəki sekretin maddəsi orqanizmdə insulinin əmələ gəlməsini stimullaĢdırır və
qanda Ģəkərin miqdarını azaldır.
Gicitkənin yarpaq və kökündən müalicə preparatlarını hazırlamaq üçün lazım olan xammalı
may-iyul aylarında, çiçəkləmənin axırına yaxın toplamağı məsləhət görürlər. Çiçəyi solub baĢa
çatdıqdan sonra bitki öz faydalı xüsusiyyətlərinin yarısını itirir. Gicitkəndən hazırlanan
54
preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhət edin. Çünki qanının qatılığı yüksək olan,
aterosklerozdan və hipertoniyadan əziyyət çəkən xəstələrə gicitkəndən istifadə etmək məsləhət
görülmür.
Yazda vitamin çatıĢmazlığına qarĢı, cavan zoğlarından alınan Ģirədən 1 çay qaĢığı götürüb
yeməyə 20 dəqiqə qalmıĢ gündə 3 dəfə için.
Vitaminli çayın hazırlanması. Gicitkən yarpağı, itburnu meyvəsi və qırmızı quĢarmudundan
bərabər miqdarda götürün. Doğrayıb narın hala saldıqdan sonra qarıĢıqdan 2 xörək qaĢığı götürüb
0,5 litr qaynar suya tökün. Bir saat dəmlədikdən sonra süzüb 0,5 stəkan həcmində gündə 2-3 dəfə
qəbul edin.
Qızdırma (titrətmə) xəstəliyi aşağıdakı kimi müalicə olunur. DoğranmıĢ gicitkən kökünə
sarımsaq qatıb suda qaynadırlar. AlınmıĢ cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir
xörək qaĢığı qəbul edilir.
Gicitkən toxumalarından hazırlanmıĢ cövhər insan və heyvanlarda əhval-ruhiyyəni artırır.
Ondan hazırlanmıĢ vanna isə məxmərək xəstəliyinə, tərləmə əleyhinə və günvurma nəticəsində
bədəndə əmələ gələn yanıqların müalicəsinə kömək edir.
Uşaqlıq və kəskin aybaşı qanaxmalarında. Cavan zoğ və yarpaqlarından alınmıĢ Ģirədən bir
çay qaĢığı həcmində stəkanın 1/4 hissəsi qədər suyun üzərinə töküb yeməyə 15-20 dəqiqə qalmıĢ
gündə 3 dəfə qəbul edin. Müalicə kursu 7 gündür.
Zəhərlənmə zamanı bas verən qanaxmalarda. 3 xörək qaĢığı təzə kök və zoğunu 1 stəkan
suya töküb 1 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/4
hissəsi qədər qəbul edin. Müalicə müddəti 2-3 gündür.
Damar revmatizmində. Bunun üçün təzə otunu ağrıyan nahiyənin üzərinə qoyub solana
qədər saxlayın. GünaĢırı bu əməliyyatı davam etdirin.
Saçın tökülməsinin və kəpəyin əmələ gəlməsi qarşısının alınmasında. BaĢın dərisinə
gicitkən Ģirəsi sürtün. Bu prosesi 3 aya qədər davam etdirin.
Revmatizm-poliartritdə. 1 xörək qaĢığı quru gicitkəni 1 stəkan qaynar suya töküb 1 saat
dəmlədikdən sonra, süzüb yeməyə 20 dəqiqə qalmıĢ gündə 3-4 dəfə, bir xörək qaĢığı qəbul edin.
Qızdırma və mədənin müalicəsində. Gicitkənin kök hissəsini bərabər miqdarda sarımsaqla
qarıĢdırıb 1/5 nisbətində suya töküb, bir həftə dəmləyib, süzün. Sonra aldığınız cövhəri ağrıyan
nahiyəyə sürtün. Ağrı kəsənə qədər əməliyyatı davam etdirin. Bundan baĢqa cövhərdən bir xörək
qaĢığı qəbul edib qızdırmanın qarĢısını ala bilərsiniz.
Yarpaqlarından cövhərin alınması. 1 xörək qaĢığı quru, doğranmıĢ yarpaqlarından 1 stəkan
qaynar suya töküb 10 dəqiqə qaynatdıqdan sonra süzün. Aldığınız cövhərdən 1 xörək qaĢığı götürüb
gündə 3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ qəbul etməklə vərəm və ağ ciyər qanaxmalarının
qarĢısını almaq olar.
Qarın köpü, dispepsiya (mədə fəaliyyətinin pozulması), mədə qanaxmalarında, bağırsaq,
mədə spazmalarında, qəbizlikdə, babasil, xolesistit və s. xəstəliklərin müalicəsində. 1 xörək qaĢığı
quru doğranmıĢ yarpağını 1 stəkan qaynar suya tökün, 20 dəqiqə dəmlədikdən sonra süzün.
Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin.
Kəskin babasil zamanı. 4 q yaxĢı yuyulmuĢ gicitkən yarpağı ilə murdarça qabığını 1 litr
qaynar suya töküb od üzərinə qoyun. 15-20 dəqiqə qaynatdıqdan sonra soyudub süzün. Aldığınız
cövhərdən 1 stəkan səhər tezdən acqarına, axĢamlar isə yeməkdən qabaq qəbul edin.
Damar ağrılarında. 1 xörək qaĢığı quru doğranmıĢ kök hissəsini 0,5 stəkan günəbaxan
yağının üzərinə töküb 30 dəqiqə qaynadın, sonra süzüb ağrıyan nahiyəyə sürtün.
Podaqra tutmalarında (oynaq xəstəliklərində). 20 q quru doğranmıĢ yarpağından götürüb 1
stəkan qaynar suya tökün. 30 dəqiqə dəmlədikdən sonra süzüb, 0,5 stəkan miqdarında gündə 3-4
dəfə qəbul edin. Bu xəstəlik zamanı gicitkən Ģirəsindən də istifadə etmək olar.
İflic zamanı. 5 q quru doğranmıĢ yarpağı 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə
dəmləyin. Aldığınız cövhərdən gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.
Qadın xəstəlikləri zamanı. Uşaqlıq tonıısunun normal vəziyyətə gətirilməsində, süd verən
analarda südün miqdarının artırılmasında. 5 q quru doğranmıĢ xammalı 1 stəkan qaynar suya
töküb 20 dəqiqə saxladıqdan sonra süzün. Gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin.
Dostları ilə paylaş: |