51
hissəsi qədər gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ azca su ilə qəbul edin.
Kəsik və gecsağalan yaraların müalicəsində. ZədələnmiĢ nahiyənin üzərinə qarağacın təzə
yarpaq və qabıq hissəsindən hazırlanmıĢ yaxmanı sürtüb, tənziflə sarıyın. Əməliyyatı gündə 2 dəfə
səhər və axĢam təkrar edin.
Yanıq, səpki və çətin sağalan yaralarda. 2 xörək qaĢığı təzə doğranmıĢ qabığını 0,5 litr
qaynar suya tökün, buxarlanıb 2 dəfə azalana qədər vam od üzərində saxlayın. Sonra süzüb xəstə
nahiyələri yuyun və yaxud kopmres edin.
Stomatitin müalicəsində. 1 xörək qaĢığı təzə
doğranmıĢ qabığını 1 stəkan qaynadılmıĢ suya töküb 5-7
dəqiqə dəmlədikdən sonra süzün. AlınmıĢ məhlul ilə gündə
3-4 dəfə ağzınızı yaxalayın.
Çiban, səpki və civzələrin müalicəsində. 300 q
doğranmıĢ qabığını 2 litr qaynar suya töküb vam od üzərində
30 dəqiqə saxlayın. Bir saat saxladıqdan sonra süzüb 37°
temperatura çatdırıb vannasını düzəldin. Vannasını səhər və
axĢam günaĢırı qəbul edin. Müalicə kursu 12 gündür.
Qabığından aĢı və boyaq xammalı kimi də istifadə
etmək olar.
TUT – Moraceae Link. fəsiləsi
Maklyura – Maclura pomifera (Rafin.) Schneid.
Maklyura ağacının vətəni ġimali Amerika hesab olunur.
Rusiyanın Avropa hissəsində, Qara dənizin Krım sahillərində,
Qaratorpaq vilayətində dekorativ, bəzək bitkisi kimi əkilib-
becərilir. Azərbaycanda da park və xiyabanların, yol kənarlarının
bəzədilib, yaĢıllaĢdırılmasında istifadə olunur.
Maklyuraya xalq arasında «çörək ağacı», «ayı alması»,
«meymun alması» da deyirlər. Qollu-budaqlı, tut ağacına oxĢayan
maklyuranın hündürlüyü 8-10 (bəzən 12-14) metr olur. Yarpaqları
tut yarpağına oxĢayır, tünd yaĢıl rəngdədir. Çiçəkləri dörd yarpaq
Ģəklində olub bir kasacıqda yerləĢir.
Meyvələrinin üst hissəsi ayrı-ayrı kolbacıq Ģəkilli, bir-birinə sıx (kip) bərkimiĢ hissələrdən
ibarətdir, azacıq bərk, heyvaĢəkilli meyvəyə oxĢar yumrular əmələ gətirir. Maklyura meyvəsinin
daxili böyrəkĢəkillidir, ətli hissəsində cərgə ilə düzülmüĢ dənələri olur. Kəsildikdə ağ rəngdə süd
kimi qatranlı maye çıxır. Sentyabr və oktyabr ayında yetiĢən meyvələrindən dərman məqsədi ilə
istifadə edilir. Meyvələrinin tərkibində 0,01% alkaloidlər,
0,2% qlükozid, morin, rutin, kversetin tərkibli flavonoidlər,
Ģəkər, pektin, zülal, 5,16% piyli maddə, 16,6% qatranlı
maddələr, 0,44% üzvi turĢular, 37-45 mq% C vitamini,
yarpağında isə 90,6-99,9 mq% C vitamini aĢkar edilmiĢdir.
Podaqra, duz xəstəliklərində, sümük-revmatizm ağrılarında,
ankilozlarda,
ağrıyan
nahiyələrin
müalicəsində
maklyuradan hazırlanan məlhəmdən istifadə etməyi
məsləhət görürlər. Bunun üçün 1 kq meyvəni xırda
hissələrə bölüb, üzərinə 0,5 litr etil spirti, 0,5 litr
günəbaxan, yaxud zeytun yağı tökürlər. Meyvəni ət maĢınından keçirib, üzərinə etil və bitki yağı
əlavə edərək 7-10 gün otaq temperaturunda saxlayır, ağrıyan nahiyələrə yaxma Ģəklində sürtürlər.
Xalq təbabətində qurudulmuĢ meyvələrindən çay kimi dəmləyib hipertoniya xəstəliyi zamanı
içirlər. Təzə dərilmiĢ meyvələrinin Ģirəsindən kərə yağında məlhəm hazırlayıb, müxtəlif dəri
xəstəliklərinin, xüsusən də irinli yaraların müalicəsində istifadə edirlər. Bəzi mənbələrdə qeyd edilir
ki, maklyura meyvəsindən hazırlanan məlhəmlər yaman ĢiĢlərin müalicəsində yaxĢı təsir göstərir.
52
Bu ağacın Ģirəsinin, meyvəsinin, toxumlarının acımtıl dada malik olmasına baxmayaraq, bəzi
hallarda ondan qida kimi də istifadə edirlər. Maklyuranı geniĢ tədqiq edib onun açılmayan sirlərini
aĢkar etmək lazımdır. Qiymətli təbii boyaq bitkisi hesab etmək olar.
GICĠTKƏN – Urticaceae Juss. fəsiləsi
Ġkievli gicitkən – Urtica dioica L.
Hələ çox qədim dövlərdə insanlar gicitkənın müalicəvi xüsusiyyətləri ilə tanıĢ idilər.
Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı
məlumatlar vermiĢlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat
üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini
çoxdandır ki, özünə cəlb etmiĢdir.
Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmıĢdır. Ən çox Yer
kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3
növü yayılmıĢdır.
Urtica - latınca «yandırmaq», «dalamaq» mənasını bildirir. Gicitkənin yarpaq və
gövdələrinin üstü silisium və qarıĢqa turĢusu ilə zəngin sıx tükcüklərlə əhatə olunmuĢdur. Bu
tükcüklərin ucu iti və kövrəkdir. Bitkiyə toxunduqda ani halda tükcüklərdən bir neçəsi dərinin
toxumasına batır və ucları çox asanlıqla qırılır. Elə bu vaxt silisium və qarıĢqa turĢusunun
qarıĢığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil
olur.
Respublikamızda ən geniĢ yayılan növü dalayan gicitkəndir. Buna ikievli gicitkən də deyilir.
Gicitkənin bu növü «gəzənə» adı ilə tanınır.
Gicitkən, demək olar ki, Azərbaycanın bütün zonalarında yayılmıĢdır. Respublikamızın dağ-
meĢə rayonlarında onun sənaye əhəmiyyətli ehtiyatı vardır. Qiymətli növü ikievli gicitkəndir.
Ġkievli gicitkən (buna iri gicitkən də deyirlər) - U. dioica L. hündürlüyü 100-150 sm olan
çoxillik ot bitkisidir. ġaxəli köklər, dördillik yerüstü gövdəsinin budaqlanması, qarĢı-qarĢıya
düzülmüĢ tünd-yaĢıl yarpaqlardan ibarət olması bu bitki üçün səciyyəvi əlamətdir. YaĢıl rəngli xırda
çiçəkləri isə budaqlarının qoltuğunda sünbül çiçək qrupunda toplanmıĢdır. Ġyun ayından baĢlayaraq,
sentyabra kimi çiçəkləyir. Meyvəsi qutucuqdur.
Gicitkən qiymətli dərman bitkisidir. Ġstər xarici ölkələrdə, istərsə də respublikamızda
gicitkən dərman bitkisi kimi iĢlədilir. PolĢa xalq təbabətində ondan qankəsici kimi, qara ciyər
xəstəliklərində, oynaqlarda baĢ verən revmatizm əleyhinə və saçın tökülməsinə qarĢı geniĢ istifadə
olunur. Bolqarıstan və Almaniyada qanazlığına, ateroskleroza, əzələ və oynaq revmatizminə,
suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qara ciyər, öd kisəsi, mədə-bağırsaq
spazmalarına, həmçinin, babasil, dəridə baĢ verən göbələk və s. xəstəliklərə qarĢı müvəffəqiyyətlə
istifadə edilir. Fransada uzun sürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya
və s. xəstəliklərin müalicəsində iĢlədilir.
Cavan gicitkən yarpaqlarından alınan Ģirədən öd yollarında əmələ gələn daĢların
əridilməsində, eləcə də qara ciyər soyuqlamasında və iflicə qarĢı istifadə olunur.
Kökündən və toxumlarından hazırlanmıĢ cövhərin Ģəkərlə qarıĢığı böyrək və öd yollarında
çoxdan kök salıb bərkimiĢ daĢların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb əzilmiĢ
gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarĢı
yapıĢdırıcı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uĢaqlıqda və babasil
xəstəliklərində baĢ verən qanaxmalarda, mədə yaralarında, vitamin çatıĢmazlığında geniĢ istifadə
olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və
xlorofil birləĢmələridir. K vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fəaliyyətini gücləndirir,
maddələr mübadiləsini yüksəldir, uĢaqlığın tonusunu artırır, mədə-bağırsaq, ürək-damar
sistemlərinin normal iĢləməsinə Ģərait yaradır. Orqanizmin yeni toxumalarla təmin olunmasında və
eləcə də toxuma pozuntularının qarĢısını almaqda, bir sözlə, xlorofıl orqanizmdə baĢ verən normal
həyat fəaliyyətinin nizamlanmasında əsas rol oynayır.
Dostları ilə paylaş: |