43
növləri bütün ġimal yarımkürəsindən baĢlayaraq, subtropik zonalara, oradan da tundrayadək böyük
bir ərazini əhatə edir.
Onun növlərinin əksəriyyəti Ģaxtaya davamlı, torpağa qarĢı az tələbkar, iĢıqsevən və kifayət
qədər tez böyüyən ağaclardır.
Azərbaycanda tozağacı növlərinə baĢlıca olaraq Böyük və Kiçik Qafqazın yüksək dağ
zonalarında rast gəlmək olar. Respublikamızın ərazisində rast gəlinən növlər əsasən Böyük
Qafqazın Ģərq qurtaracağında, ġahdağ, Tufandağ, Diabar dağı ərazilərində geniĢ yayılmıĢdır.
Azərbaycanda yayılan tozağacı növlərinin içərisində ən əhəmiyyətlisi əyilən tozağacı hesab
edilir.
Əyilən tozağacının – Betula pendula Roth. hündürlüyü 20-22 (26) m-ə qədər olur. Cavan
ağacların qabığı ağ və hamar, yaĢlı ağacların qabığı isə çapıq və çat-çatdır. Çətiri ovalĢəkilli və
sallaqdır, budaqları aĢağıya sallanmıĢ haldadır. Tumurcuqları düz, konusvari, sivri və parlaq, qonur
rəngdədir. Yarpaqları növbəli, nazik, üçbucaq-rombĢəkilli, 3,5-7,0 sm uzunluğunda və 2,5-5,5 sm
enindədir, hər iki üzü hamardır. Çiçəkləri birevli salxımvari-sırğa formasındadır. Meyvəsi qanadlı
fındıqçadır. May-iyun aylarında çiçək açır. Meyvəsi avqust-sentyabr aylarında yetiĢir.
Tozağacının faydalı xüsusiyyətləri, o cümlədən, onun Ģirəsinin müalicəvi təsiri rus xalqına
çox qədim zamanlardan məlum olmuĢdur. 1934-cü ildə «Rus tibb qəzeti»ndə tozağacı Ģirəsi ilə
suçiçəyinin müalicəsi haqqında, tozağacı Ģirəsinin diuret xüsusiyyətinə malik olduğu barədə geniĢ
məlumatlar verilmiĢdi. XX əsrin əvvəllərində tozağacı Ģirəsinin ĢiĢ xəstəliyinə tutulmuĢ insanlara
sidik ifrazına kömək etməsi haqqında məlumatlar verilirdi. XX əsrin 40-cı illərində yarpaqlardan
hazırlanan cövhərlərin sidik və ödqovucu xüsusiyyətləri təcrübə yolu ilə təsdiq olundu.
M.A.Nosal və Y.M.Nosal qeyd edirlər ki, vaxtilə tozağacının erkən yazda toplanılan cavan
yarpaq və tumurcuqlarından hazırlanan preparatların köməyi ilə mədə yaralarını müalicə edirdilər.
Həmin preparatların köməyi ilə böyrək xəstəliyi zamanı bədəndə yığılan suyun çıxarılmasında,
sidik kisəsi və dəri xəstəliklərində, eyni zamanda qurdqovucu vasitə kimi iĢlətmiĢlər.
Müasir tibb sahəsində tozağacının tumurcuğundan hazırlanan cövhər və dəmdəmələrdən
sidikqovucu, ödqovucu və dezinfeksiyaedici vasitə kimi istifadə olunur. Ürək ĢiĢi mənĢəli su
yığınlarında səmərəli təsirə malikdir. Tənəffüs orqanlarında baĢ verən bronxit, traxeit, loringit
(qırtlaq iltihabı) xəstəliklərinin müalicəsində iĢlədilir. Yarpaqlarından hazırlanan cövhər və
dəmləmələrdən sidikqovucu, tərqovucu vasitə kimi daxilə qəbul edilir. Ürək çatıĢmazlığı zamanı,
bu preparatların köməyi ilə nəfəsalma asanlaĢdığından xəstənin vəziyyəti yaxĢılaĢır. Tozağacı
tumurcuğu nefrit (böyrəyin iltihabı), nevroz xəstəlikləri zamanı orqanizmdə A vitaminin normal,
sabit qalmasına kömək edir. Yarpaqlarının cövhəri xəstədə baĢ verən ağrıları aradan qaldırır,
ürəkbulanma, qusma hallarının qarĢısını alır, qara ciyərin ölçüsünü normada saxlayır, sidik və ödün
ifrazını artırır. Tozağacının oduncağından hazırlanan qatrandan mikrob əleyhinə istifadə edilir.
Bundan əlavə, qatrandan müalicə əhəmiyyətli müxtəlif mazlar və sabunlar hazırlanır.
Müalicə məqsədləri üçün tozağacının tumurcuğundan, təzə açılan yarpaq və cavan
zoğlarından istifadə edilir.
Tumurcuğunun tərkibində 0,3% 5-oksi-7,4 dimetoksiflavon – C
17
H
14
O
5
; 5,3% efir yağı,
betulon - C
15
H
22
O
1
, betulol – C
30
H
50
O
2
, betulin turĢusu – C
30
H
50
O
2
və s. maddələr aĢkar edilmiĢdir.
Yarpaqlarından isə 2,8% askorbin turĢusu, 9%-ə qədər aĢı maddəsi, hiperozid – C
20
H
21
O
12
, 3,2%
saponin, 0,04-0,8% efir yağı, 1,96-5,56%-ə qədər hiperozid, avikulyarin, rutin, 3-diqalaktozid
mirstein, flavonoid birləĢmələri, vitamin C, karotin, 0,09% kumarin, alkoloid, suberin və s. aĢkar
edilmiĢdir. Qabığından efir yağı, triterpenoidlərdən (qabığa ağ rəng verən) betulinol, lupeol, olenaol
və ursol turĢuları, fenolqlükozidlərdən: betulin, betulozid, rododendrin, qaulterin, 0,08% flavonoid,
3,3% katexin, fitosterin və s. tapılmıĢdır.
Yarpağının tərkibində 5,22% kül, mq/q% olmaqla K - 11,40, Ca - 12,50, Mg - 3,80, Fe - 0,30
makroelementləri, mkq/q% olmaqla Mn - 174,00, Cu - 7,52, Zn - 159, Co - 0,16, Mo - 1,44, Cr - 0,56,
Al - 98,32, Ba - 85,76, V - 0,24, Se - 0,29, Ni - 5,28, Sr - 11,70, Pb - 47,20 mikroelementləri müəyyən
edilmiĢdir. Tumurcuq hissəsindən isə 5,55% kül, mq/q olmaqla K - 12,60, Ca - 7,40, Mg - 2,00, Fe -
0,30 makroelementləri, mkq/q% olmaqla Mn - 127,00, Cu - 10,80, Zn - 100,00, Co - 0,72, Cr - 0,56,
Al - 153,80, Ba - 35,20, V - 0,48, Se - 0,70, Ni - 5,84, Sr - 7,52, Pb - 1,36, B - 19,60
44
mikroelementlərin olduğu aĢkar edilmiĢdir.
Tozağacının gövdəsindən tərkibi bioloji aktiv maddələrlə zəngin Ģirə alınır. ġirəsini
həyatverici qüvvə, Ģərabını «ağacın qanı» adlandırırlar. Bir ağacdan gün ərzində 2,5-13,5 litr Ģirə əldə
olunur. Ən çox Ģirə verən fazasında isə 24-129 litr, nadir
nüsxələrindən isə 425 litrə qədər tozağacı Ģirəsi əldə
olunur. ġirəsindən orqanizmin möhkəmləndirilməsində,
tonusun artırılmasında, həmçinin gözəl sərinləĢdirici
içkilər, sirop, sirkə, kvas, maya və s. istehsalında istifadə
olunur. Çoxlu miqdarda mikroelementlər, vitaminlər, zülal,
turĢu, aĢı və s. maddələrlə zəngin olan Ģirəsindən fiziki
cəhətdən
çox
zəifləmiĢ
xəstələrin
orqanizminin
möhkəmləndirilməsində,
böyrəkdə
olan
daĢların
müalicəsində, ağ ciyər xəstəliklərində istifadə edilir. Xalq
təbabətində tozağacının yarpaq, tumurcuq və cavan
budaqlarından hazırlanan sulu və spirtli cövhəri eləcə də
mazı sidikqovucu, tərlədici vasitə kimi, həm də oynaq və toxumalarda baĢ verən pozuntuların və
revmatizmin müalicəsində iĢlədilir. 1941-1945-ci illər müharibəsində əsgər və partizanların tozağacı
yarpağı və cavan budaqlarından hazırlanan içkilərdən istifadə etməsi onlarda sink və avitaminoz
çatıĢmazlığını aradan qaldırmıĢdır.
Elmi təbabətdə tozağacının tumurcuqlarından hazırlanan prepartlar ürək mənĢəli ĢiĢmələrin,
qara ciyər və öd yollarının müalicəsində iĢlədilir.
Tozağacından hazırlanan dəmləmə, cövhər və məlhəmlər böyrək və öd yolları, soyuqdəymə,
həmçinin virus və parazit mənĢəli xəstəliklərin sağaldılmasında tətbiq edilir. Tozağacının yarpaq və
tumurcuqlarından hazırlanan qalen preparatlarından avitaminozun, müxtəlif ĢiĢlərin, aterosklerozun
mədə və onikibarmaq bağırsaqda əmələ gələn yaraların, böyrək və sidik kisəsindəki xroniki
vərəmin, böyrək daĢlarının, bağırsaq spazmalarının, eləcə də bronxit, laringit və traxeit
xəstəliklərinin müalicəsində geniĢ istifadə edilir. Orta dərəcəli xolesistit (öd kisəsinin iltihabı) və
turĢuluğun artmasının qarĢısının alınmasında tozağacı dəmləməsindən istifadə olunur.
Tozağacından müalicəvi preparatların hazırlanması.
Tozağacı dəmləməsinin hazırlanması. 2 çay qaĢığı tozağacı yarpağını 200 ml qaynar suda
bir saat dəmlədikdən sonra süzüb üzərinə bıçağın ucunda çay sodası əlavə edin. AlınmıĢ cövhərdən
gündə 3-4 dəfə yeməyə 10 dəqiqə qalmıĢ 50 ml qəbul edin. Müalicə kursu 40 gündür.
Kəskin xolesistitin, böyrək və öd kisəsi ağrılarının qarşısını almaq üçün. 0,5 litr araq və
yaxud 96 dərcəli spirti 1:1 nisbətində su ilə qarıĢdırıb 10 q tozağacı tumurcuğunun üzərinə töküb,
qabın ağzını möhkəm bağlayıb, 12 gün qaranlıq yerdə saxlayın. 13-cü günü süzüb səhər saat 8-dən
axĢam saat 8-ə qədər hər 3 saatdan bir xörək qaĢığı həcmində yemək vaxtından asılı olmayaraq
qəbul edin.
Böyrək və mədəaltı vəzinin müalicə edilməsi. 2 xörək qaĢığı tozağacı yarpağı tozunu 1
xörək qaĢığı gülümbahar çiçəyi və 1 xörək qaĢığı solmazçiçək ilə qarıĢdırıb 1 litr qaynar suyun
üzərinə tökün, gündə 3 dəfə yeməyə 10 dəqiqə qalmıĢ qəbul edin.
Xalq təbabətində oynaq və dəri damarlarında baş verən ağrıların qarşısını almaq üçün.
Tozağacının toz halına salınmıĢ tumurcuğundan 1 stəkan götürüb 0,5 kq qunduz yağının üzərinə
töküb qarıĢdırdıqdan sonra qaba boĢaldın. Həmin qabı 7 gün müddətində, gündə 3 saat olmaqla su
vannasında vam od üzərində qızdırın. Alınan qarıĢığı (mazı) isti-isti baĢqa bir ĢüĢə qaba tökün.
AlınmıĢ mazdan dəridə baĢ verən müxtəlif ekzema, qaĢınma və çibanların üzərinə az miqdarda
yaxıb müalicə edin. Həmçinin dəri vərəmində, dəri damarlarının ĢiĢməsində, dermatoz və
dermatomikozların müalicəsində də geniĢ istifadə etmək məsləhət görürlər.
Tozağacı qatranından hazırlanan 10-30%-li maz bir sıra parazit və göbələk mənĢəli dəri
xəstəliklərinin müalicəsində iĢlədilir.
Tozağacı qatranını az faiz nisbətində bitki yağı ilə qarıĢdırıb qrip zamanı damcı Ģəklində
buruna damızdırırlar.
Vərəm xəstəliyinin müalicəsində. Hazır mazdan bir çay qaĢığı götürüb 45-50° temperaturda
Dostları ilə paylaş: |