39
iki taylı olub, yeməli nüvəsi 4 bərabər hissədən ibarət, sanki «4 qardaĢ bir köynəkdə» deyimini
xatırladır. Bu barədə çoxlu əfsanə mövcuddur. Məsələn, yunan filosofu Platon qoz meyvəsinin
düĢünmə qabiliyyətinə malik olduğunu qeyd edir. Isveç alimi və səyyahı Sven Hedin inandırıcı
Ģəkildə qeyd edir ki, qozun yetiĢməmiĢ meyvəsini dərəndə inciyib ağlamağa baĢlayır.
Teofrast qoz ağacını belə təsəvvür edir. «O, gözəl iri ağac olub, torpağa tələbkar olmayan,
yol kənarlarında bitən, heç nədən - ildırım gurultusundan, güclü küləklərdən, dolu və yağıĢdan
qorxmayan canlı bir varlıqdır».
Rusiyaya «qırmızı-yaĢıl qoz meyvəsini» min il bundan qabaq yunan taciri gətirmiĢdir. O
vaxtdan da bunun adı yunan qozu olaraq adlandırmıĢdır.
Qoz – Juglans regia L. hündürlüyü 25-35 m və gövdəsinin diametri 15-200 (400) sm-ə
qədər olan böyük ağacdir.
Gövdəsi biçilmiĢ, qabığı açıq-bozdur, hamar və azca çat-çatdır, qoca ağacların qabığı tünd
boz rəngdədir. Yarpaqları tökülən olub, (2)3-5 cüt uzunsov yumurtavari və ya ellipsĢəkillidir, xarici
çiçəkyanlğı yaĢılımtıl və çılpaqdır. Daxili çiçəkyanlığı (qozası) bərkdir, qoza oxĢar qırıĢıqlıdır, az
və ya çox iri tilləri vardır, təpə hissəsi sivridir, iyulun ortalarında bərkdir, meyvə yetiĢdiyi zaman
xarici çiçəkyanlığının rəngi qonurlaĢır. Çox vaxt çiçəkyanlığı parçalanıb ayrılır və meyvə yerə
töküldüyü zaman o qopur. Aprel-may aylarında, yarpaqlar təzə çıxdığı zaman çiçəkləyir, meyvələri
avqustun axırlarında yetiĢməyə baĢlayır. Dünya florasının tərkibində qozun 40-a qədər növü
yayılmıĢdır (S.Y.Sokolov, 1951).
Qoz respublikamızın meĢələrində, kolluq sahələrdə təbii bitən və süni yetiĢdirilən qiymətli
ağaclardandır. Ona Rusiyada yunan qozu, Finlandiyada alman qozu, Bolqarıstanda bolqar qozu,
Moldovada voloĢ qozu, Azərbaycanda sadəcə olaraq qoz, Naxçıvanda isə cəviz (cövüz) deyirlər.
Qoz ağacı Ġranda, Türkiyədə, Yunanıstanda, Balkan yarımadasının cənub hissəsində, Orta Asiyada,
Qafqazda, Əfqanıstanda, Çində, Koreyada və Yaponiyada geniĢ yayılmıĢdır. Bu bitki Qafqazda
dəniz səviyyəsindən 1600 m, Pamirdə, Altayda, Tyan-ġanda və Tacikistanda 2000-2500 m,
Əfqanıstanda 3000 m hündürlüyə qədər qalxır. Həmçinin Ġspaniyada, Fransada, Ġtaliyada, ġimali
Afrikada, ABġ-ın Kaliforniya Ģtatında yetiĢdirilir. O, Ġngiltərədə
hələ eramızdan əvvəl Roma hökmranlığı dövründə introduksiya
edilmiĢdir.
Qozun dadlı meyvəsinin kaloriliyi çörəyə nisbətən üç
dəfə, ətə nisbətən 4 dəfə, kartofa nisbətən 7 dəfə artıqdır. Yağın
miqdarı günəbaxanda 23-26%, kətanda 10-25%, pambığın
toxumunda 13-15% oduğu halda, qozun ləpəsində 45-78%-ə
çatır. Qozdan alınan yağ yeyinti sənayesində, tibbdə və eləcə də
tuĢ, lak, rəng, yüksək keyfiyyətli sabun istehsalında istifadə
edilir. Qoz meyvəsinin tərkibində 10-26 zülali maddə, 17-26%
sulu karbohidratlar, 5-16%-ə qədər azotsuz ekstraktiv maddələr, 1,2-2% kül maddəsi aĢkar
edilmiĢdir.
Qozun qabığı, yarpağı, yaĢıl qərzəyi aĢı və boyaq maddəsi ilə zəngindir. Qoz becərilən
rayonlarda yerli əhali yarpaq dəmləməsindən angina zamanı boğazı yaxalamaq üçün istifadə edir.
Qərzəyində efir yağları, A provitamini, B, P, C vitaminləri vardır.
Qozun meyvəsi insanın gücünü bərpa edir, ona gümrahlıq gətirir. Azərbaycanda qozun
ləpəsindən halva və paxlava biĢirmək üçün istifadə edilir. Asiya xalqları hələ qədim zamandan qoz
ləpəsini yeməklə bərabər, bir sıra xörəklərin hazırlanmasında ondan istifadə etmiĢlər. Gürcüstanda
ondan üzüm Ģirəsilə birlikdə hələ qədimdən döyüĢçülərin yeməyi sayılan çürçxeli adlı xüsusi
kolbasa hazırlayırdılar. YetiĢməmiĢ, sütül qozdan mürəbbə biĢirilir. qərzəkdən təmizlənmədiyindən
onun mürəbbəsi bir sıra vitaminlərlə və efir yağları ilə zəngin olur.
Qozun həm də müalicəvi əhəmiyyəti var. MəĢhur təbib Əbu Əli Ġbn Sina əsərlərində həmiĢə
qozu qüvvətli qida və müalicə bitkisi kimi təbliğ edirdi.
Hippokrat qozun yaĢıl qabığından (meyvəyanlığından) qurdqovucu vasitə kimi iĢlətmiĢdir.
Qədim yunan həkimi Halen qozun yaĢıl meyvəsini südlə biĢirib mədənin möhkəmləndirilməsində
istifadə etmiĢdir. Belarus xalq təbabətində yaĢıl meyvəsindən alınan preparatlarla ishal zamanı və
40
qan təzyiqinin aĢağı salınmasında istifadə edilir. Bundan baĢqa yetiĢməmiĢ yaĢıl meyvəsinin 70%
spirtli çıxarıĢı mədənin möhkəmləndirilməsində iĢlədilir. Daxili arakəsmələrini çaxırda çıxararaq,
kəskin mədə pozuntularında iĢlədilir. Qafqaz xalqları meyvəsinin bərkimiĢ (odunlaĢmıĢ)
arakəsmələrindən cövhərlər hazırlayıb Ģəkərli diabetdə, qalxanabənzər vəz pozuntularının aradan
qaldırılmasında, qəbizlikdə, damar xəstəliklərində, hipertoniyada, aterosklerozda tətbiq edirlər.
Qozun meyvəsinin odunlaĢmıĢ daxili arakəsmələrini götürür, xırda-xırda doğrayır, konyak və yaxud
balda cövhərini hazırlayıb bir həftə qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə bir xörək qaĢığı
olmaqla daxilə qəbul edərək, zob xəstəliyini müalicə edirlər. Sonra meyvəsinin odunlaĢmıĢ
arakəsmələrini götürüb xırdalayır, spirt və yaxud araqla cövhərini hazırlayıb ĢüĢə butulkalara
doldurub, 2 həftə günəĢin qabağında saxladıqdan sonra gündə 3-4 dəfə, hər dəfə 40 damcı
götürməklə daxilə qəbul edir, bununla da mədə pozuntularını aradan qaldırırlar. Moldovada
oduncaqlaĢmıĢ arakəsməsinin 1:5 nisbətində sulu çıxarıĢını hazırlayıb, Ģəkər xəstəliyində istifadə
edirlər. Bir sıra Avropa ölkələrinin xalq təbabətində qozun çiçəklərini yığıb qurudur, toz halına
salıb epilepsiyada, uĢaqlıqda baĢ verən pozuntuların aradan qaldırılmasında istifadə edirlər.
Qabığından hazırlanmıĢ dəmləməsindən yaraların, ĢiĢlərin, raxit, zöhrəvi və s. xəstəliklərin,
mazından isə babasil xəstəliklərinin müalicəsində istifadə olunur.
Qozun qurudulub narın hala salınmıĢ hissəsindən cövhər, dəmləmə və maz hazırlayaraq bir
sıra xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yarpağından hazırlanan cövhərindən çay
kimi daxilə qəbul edərək, maddələr mübadiləsinin yaxĢılaĢdırılmasında, zəifləmiĢ xəstələrin
vəziyyətinin nizama salınmasında, baĢ beyində əmələ gələn aterosklerozun aradan qaldırılmasında
daxilə qəbul edilir. Bunun üçün bir çay qaĢığı quru yarpağını 200 ml qaynanmıĢ suda dəmləmək,
soyuduqdan sonra süzüb hər gün 3-4 dəfə, yarım stəkan həcmində daxilə qəbul etmək məsləhət
görülür. Qoz yarpağının qankəsici xüsusiyyətləri qədim xalqlara çoxdan məlum idi. Bir sıra
həkimlər qeyd edirlər ki, yarpağından hazırlanmıĢ ekstraktdan xəstəyə gündə 2-4 dəfə, 50 ml
verdikdə onda baĢ verən qanaxmalar tamamilə dayanacaqdır.Vərəm zamanı baĢ verən
qanaxmaların, eləcə də bu cür xəstəliklərin qarĢısını almaq üçün qozun çayından 2-3 ay qəbul
etməyi məsləhət görürlər. Qozun qabıq və yarpağından hazırlanan çayların yaxĢı qantəmizləyici
təsirə malik olması tibbi təcrübələrdə təsdiq olunmuĢdur. Qozun təzə yarpaqlarını irinli yaraların və
çibanların üzərinə yapıĢdırıb müalicə edirlər. Həmçinin dəri üzərində əmələ gələn müxtəlif mənĢəli
yaraların müalicəsində yarpağından hazırlanan mazından da istifadə edirlər. Bunun üçün qozun
quru yarpağının ovuntusundan 15-20 qram götürülür, ona 100 qram günəbaxan yağı qatılır. 7 gün
qaranlıq yerdə saxlandıqdan sonra su hamamında 3 saat qaynadılır, qaynamanı dayandıraraq,
soyudub iki dəfə süzdükdən sonra yenidən su hamamında 30 dəqiqə qaynadır, daha sonra ona 15 q
mum əlavə edilir və soyuyana qədər qarıĢdırılır.
Xalq təbabətində sarıca (xənəzir) və raxit xəstəliklərinin müalicəsində də qoz yarpağından
geniĢ istifadə edilir. Qozun yetiĢməmiĢ meyvələrinin yaĢıl qabığı C vitamini ilə çox zəngindir. Sütül
meyvələri tərkibində olan C vitamininin miqdarına görə hətta limon, itburnu və qara qarağatdan da
üstündür. Odur ki, ondan C vitamini almaq və mürəbbə biĢirmək üçün istifadə olunur.
Qozun yetiĢməmiĢ meyvəsindən alınan askorbin turĢusunun konsentratı tünd-qəhvəyi
rəngdə olub qoz yarpağının ətrini verən, bir qədər də büzücü xassəli mayedir. Onun tərkibində 1-2%
askorbin turĢusu, 1-3% tanin, 2,3-2,9% üzvi turĢular, həmçinin dəmir, kükürd də olduğu qeyd edilir.
Tərkibində 1,04% askorbin turĢusu olan konsentrat xroniki mədə pozğunluğu olan uĢaqlara
verildikdə (gündə 12 ml ekstrakt) 2-3 gündən sonra yaxĢılaĢma müĢahidə olunur.
Qozun yarpağından hazırlanan həlim dəri xəstəliklərinin (sızanaq, irinli yaralar, səpki,
dəmrov, ekzema) müalicəsində istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaĢığı qoz yarpağı 0,5 litr
suda 15 dəqiqə qaynadılır. Onu soyudaraq dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir.
Ağız-boğaz iltihabında, diĢ əti yumĢaldıqda, yaxud diĢ tərpəndikdə cövhərindən istifadə edərək ağız
nahiyəsini yaxalayırlar.
Qoz ləpəsinin və qabığının qədim dövrlərdən bəri xalq təbabətində özünəməxsus yeri
vardır. DöyülmüĢ qoz ləpəsindən zəhərlənmələrdə, onun əncirlə qarıĢığından isə həzmi
yaxĢılaĢdırmaq üçün istifadə edilir. ÜyüdülmüĢ qoz qabığı ən yaxĢı qankəsici vasitə hesab edilir.
YandırılmıĢ qoz qabığını isə yara və xoraların üzərinə səpərək onu müalicə edirlər. Dəyirmi və
Dostları ilə paylaş: |