55
Ekzema, dermatit yaralarının, kəsiklərin və çibanların müalicəsində. 1 xörək qaĢığı
doğranmıĢ yarpağından 1 stəkan qaynar suya töküb 15 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız
cövhərdən 1 xörək qaĢığı gündə 3 dəfə qəbul edin. Təzə alınmıĢ Ģirəsindən isə yaraların, cərrahiyyə
əməliyyatından sonrakı tikiĢlərin və kəsiklərin üzərinə sürtüb onları sağaldırlar.
Qanın təmizlənməsində. Gicitkən yarpaqlarından dərib axar suda təmiz yuduqdan sonra
tənzif və ya salfet kağızı ilə qurulayıb, ət maĢınından keçirin. Alınan Ģirədən 1 çay qaĢığı həcmində
götürüb 50 q südə və yaxud isti suya töküb gündə 3 dəfə yeməyə 15 dəqiqə qalmĢ qəbul edin.
Gicitkən yarpaqlarndan götürüb təmiz yuduqdan sonra, qaynar suda pörtlədib, ət maĢınından
keçirin, ahnan sıyıgı ikiqat tənzifdən süzün. Alınan Ģirəni 1:3 nisbətində bal ilə qarıĢdırıb 3-5 dəqiqə
qaynadın. QarıĢıqdan 1 çay qaĢığı gündə 3 dəfə qəbul edin.
Şəkərli diabetdə, fosfor və karbonatlı birləşmələrindən əmələ gələn daşların tökülməsində,
eləcə də zəhərlənmə əleyhinə. 7 q quru doğranmĢ yarpaqları 1 stəkan qaynar suya tökün, 15-20
dəqiqə dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin. Bu üsulla
anemiya xəstəliyini də müalicə etmək olar.
Dalaq və piylənməyə qarşı. 1 xörək qaĢığı qurudulmuĢ yarpağı 1 stəkan qaynar suya tökün
və 10 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3 dəfə bir xörək qaĢığı daxilə
qəbul edin.
Saçı möhkəmləndirmək üçün. 2 xörək qaĢığı qurudulmuĢ gicitkən yarpaqlarını eyni
miqdarda ögey ana və dəvədabanı bitkisi ilə qarıĢdırıb 1 stəkan qaynar suya töküb dəmlədikdən
sonra süzün. Bu cür hazırlanmıĢ qatı cövhəri həftədə 1-2 dəfə tüklərin dibinə sürtün.
Saç tökülməsi zamanı. 100 q doğranmıĢ gicitkən yarpaqlarını 0,5 litr suya töküb üzərinə 0,5
stəkan sirkə əlavə edin. Məhlıılu 30 dəqiqə qaynadıb süzün. Aldığınız cövhərlə yatmazdan qabaq
saçınızı sabunsuz yuyun.
Gicitkən qiymətli boyaq bitkisidır. Hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində
gicitkənin yaĢıl hissəsindən yaĢıl boyaq «xlorofil» alınaraq, yeyinti və tibb sənayesində geniĢ
istifadə edilmiĢdir. Biz isə birinci dəfə olaraq gicitkənin yaĢıl yarpaqlarından və kök hissələrindən
boyaq ekstraktı almıĢıq. Bu ekstraktla yunu yaĢıl, yaĢıl-qonur, yaĢıl-qəhvəyi, yaĢıl-boz, yaĢıl-
zeytunu, zeytunu-yaĢıl, yaĢıl-sarı, sarımtıl, sarımtıl-narıncı, narıncı və s. rəng və çalarlara boyadıq.
Ümumiyyətlə 60-a qədər rəng və çalarlar almağa nail olduq.
Ġlk dəfə olaraq yeni texnologiya üsulları əsasında gicitkən yarpaqlarından yeyinti və spirtli
içkilər sənayesində böyük ehtiyac hiss edilən müalicəvi təsirə malik qiymətli yaĢıl rəngli boyaq
maddəsi aldıq. Aldığımız yeni yaĢıl rəngli boyaq maddəsi yeyinti məhsullarını boyamaqla yanaĢı,
onların tərkibini vitaminlərlə zənginləĢdirir. Bu boyaq maddəsi diĢ pastalarının, kosmetika
məhsullarının, tibb sənayesində dərman preparatlarının tərkiblərinə də daxil edilə bilər.
Hazırda kosmetika sahəsində gicitkəndən geniĢ istifadə edilir. Belə ki, ondan hazırlanan
cövhər, dəmləmə və vannalardan, krem və mazlardan dərinin xroniki yaralarının, çibanların,
qoturluq və ekzemaların müalicəsində istifadə olunur. Dəridə əmələ gələn düyün və qabarların
üzərinə yaxılır, yaradan gələn üfunətli iylərin aradan qaldırılmasında dezinfeksiyaedici vasitə kimi
iĢlədilir. Bundan əlavə toxumaların bərpa edilməsində, elastikliyin artırılmasında sıyıgından
iĢlədilir. Bir sıra xarici ölkələrdə yarpağından alınan Ģirəsindən tüklərin dibinin
möhkəmləndirilməsində, kəpəyin təmizlənməsində, cövhərindən isə daĢlaĢmaya qarĢı iĢlədilir, hem
de ziyili müalicə edirlər.
Gicitkəndən bir çox kosmetik vasitələr hazırlanıb xalqın istifadəsinə verilmiĢdir.
BAĞAMBÜRC – Loranthaceae Juss. fəsiləsi
Bağambürc (həmiĢəcavan) – Viscum album L.
Bir çox xalqlar bağambürcü «quĢ yapıĢqanı» adlandırırlar. QuĢlar bu bitkinin mərcan kimi
parıldayan ağ rəngli Ģar formalı meyvələrini qıĢda rahathulqum» kimi yeyirlər. Meyvəni yedikdən
sonra dimdiklərini ağacın budaqlarına sürtüb təmizləyən zaman toxumları budaqlara yapıĢıb qalır
və Ģərait yaranan kimi cücərib kollar əmələ gətirirlər. Bəzi xalqlar bunu «cadugər süpürgə» də
adlandırırlar. Qədim xalqlar bağambürcə çox «hörmətlə» yanaĢmıĢlar. Ġnsanlar belə güman edirdilər
56
ki, bağambürc onları bir çox təbii fəlakətlərdən, cadugərlərdən, sehrbazlardan qoruyurmuĢ.
Bağambürcün latınca – Viscum album L. adının mənası «viscosus» - omela, bağambürc, «quĢ
yapıĢqanı» mənasını verir.
Bağambürcün meyvəsi yeməli deyil. Bitkinin yarpaq və budaqları güclü müalicəvi təsirə
malikdir. Son vaxtlar tibb mütəxəssisləri bağambürcün müalicəvi xüsusiyyətlərini tədqiq edərək
belə nəticəyə gəliblər ki, bitkidən hazırlanan preparatların köməyi ilə qankəsici, ağrıkəsici,
soyuqdəymədə, qıcolmada, hipertoniya, podaqra, epilepsiya və müxtəlif
xəstəliklərin müalicəsində geniĢ istifadə edilə bilər.
Dünya florasının tərkibində Viscum L. cinsinin 60-a qədər növünə
rast gəlmək olar. Qafqazda o cümlədən Azərbaycanda 1 növünə təsadüf
edilir. HəmiĢəcavan «omeliya» - Viscum album L. - kiçik Ģarabənzər
kolcuq olub hündürlüyri 50-70 sm-dir, sıx çəngəlvari budaqlara,
oduncaqvari və qıĢlayan yarpaqlara malik bitkidir. Bitkinin bütün hissələri
çılpaq sarımtıl-yaĢıl rəngdədir. Yarpaqları qalın uzunsov və yaxud uzumsov ovalvaridir.
Giləmeyvələri sarımtıl-ağ və yaxud sarımtıl olub 9-10 mm diametrindədir.
Azərbaycanda bağambürc Dəvəçi düzənliklərində, Qobustanda, Böyük Qafqazın Ģərq, qərb
ərazilərində, Kiçik Qafqazın isə mərkəz və cənub rayonlarında Lənkəranın dağlıq və düzən
sahələrində, meĢəliklərində yayılmıĢdır.
Əsasən yarpaqlı və meyvə ağaclarının budaqlannın üzərində parazitlik edir.
Bağambürc çox qədim zamanlardan müqəddəs bitki sayılmıĢdır. Qərbi Avropa xalqlarından
olan keltlər bu bitkiyə uzun müddət sitayiĢ etmiĢdir. Onların kahinləri, elm xadimləri həmiĢəcavana
«hörmətlə» yanaĢmıĢlar. Bitki bu din xadimlərinə uzun müddət sirr olaraq qalmıĢ, «sirləri» lakin
zaman keçdikcə açılmağa baĢlamıĢdır. Onlar elmi əsaslarla, kimyəvi analizlərlə bitkinin tərkibini
öyrənmiĢ və bitkinin bir sıra çətin sağalan xəstəliklərin Ģəfavericisi olduğunu böyük zəhmət
bahasına olsa da müəyyən etmiĢlər. Dindarlar həmiĢəcavanın budaqlarından dini mərasimlərdə
kəsib qapıya, həyətin divarlarına taxmaqla özlərini bədnəzərdən qoruyarmıĢlar. KeĢiĢlər bu bitkini
özlərindən baĢqa heç kimin istifadə etməsinə icazə verməzmiĢlər.
Dini mərasimlərdə ingilislər həmiĢəcavanın budaqlarından, eləcə də yarpaqlarından öpər,
ondan özlərinə xöĢbəxtlik diləyərmiĢlər. Cənubi Fransada təzə ilin birinci günlərində uĢaqlar
əllərində onun çubuqlarını tutub ev-ev gəzərək dost-tanıĢlarını təbrik edirlər.
Bağambürc onların inancına görə yerlə göy arasında əlaqə yaratdığı üçün bu bitki
Avropa xalqlarına sanki Allah tərəfindən hədiyyə göndərilmiĢdir. Avropa xalqları
bitkini müxtəlif adlarla çağırırlar. Məsələn, «cadugər süpürgə», «yuva cadugəri»,
«ot cadugəri», «xoĢbəxtlik budağı», «ilahi ağacı», «qıĢ göyərtisi», «mənasız kol»,
«keçi otu» və s. Rusiya xalqları bitkini «quĢ yapıĢqanı», «palıd giləmeyvəsi»,
«kəkilli yuva», «qasırğa yaradan» bitki və s. adlarla çağırırlar. Bitkinin latınca
adının mənası - «xoĢbəxtlik gətirən», «kömək edən», «gözlərini zilləyib tamaĢa
edən» mənasını bildirir.
Qədim romalılar viscum sozünün mənasını meyvələrindən yapıĢqan almaq mənasında
iĢlədirlər. «Album»-un latınca mənası isə bitkinin çicəklərinin «ağ rəngdə» olduğunu bildirir.
Bağambürc Skandinaviya və Ġngiltərədən baĢqa, Cənubi və Orta Avropa ölkələrindən baĢlamıĢ
Qərbi Ġran və ġimali Asiyaya qədər gəlib çıxmıĢdır. Ġsveçrənin dağlıq zonalarının 1200 metr
yüksəkliklərində bitkiyə təsadüf etmək olar. Bağambürc, əsasən ağacların yumĢaq oduncağında
özlərinə məskən salıb yaĢayıĢlarını davam etdirirlər. Bunlar ən çox yarpaqlı bitkilərdən - alma,
armud, albalı, çökə, qayınağacı, qovaq, tozağacı, iynəyarpaqlı bitkilərdən - Ģam, xüsusən də ən çox
ağ Ģamın budaqlarında daha geniĢ yayılmıĢdır.
Bundan baĢqa bitkiyə palıd, küknar, göyrüĢ, fıstıq və s. ağaclarda da təsadüf edilir. Fındıq
ağacında isə nadir hallarda rast gəlmək olar. Bağambürc ən çox su yaxınlığında bitən ağacların
budaqlarında yaĢamağı sevir. Mart-aprcl aylarında ağacların budaqlarının üzərində bitkinin xırda
(kiçik) ağımtıl-sarı çiçəkləri görünür. Noyabr-dekabr aylarında bitkinin ağ parlaq meyvələri əmələ
gəlməyə baĢlayır. Bu giləmeyvə çox vaxt tək, nadir hallarda isə 2 ədəd olur. Giləmeyvə xaricdən
yumĢaq «seliklə», «yapıĢqanla» əhatə olunur. Baqambürc «müdrik yaĢa» - 70 ilə qədər yaĢayır.
Dostları ilə paylaş: |