71
0,5 litr suya töküb 2
saat dəmləyin, sonra süzüb zədələnmiĢ nahiyələri yuyun.
Konyuktivitdə. 0,5 litr qaynar suya 2 çay qasığı doğranmıĢ yarpaqlarından töküb, vam od
üzərinə qoyub 3-5 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmləyin. Sonra aldığınız cövhərdən göz
qapaqlarını yuyun.
Dəri qaşınmalarında. 1 çay qaĢıgı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, qaynama
dərəcəsinə gətirin. Sonra 1
saat dəmləyib, gündə 2-3 dəfə, xəstə dəri nahiyəsini yuyun.
Hə
qiqi fikariya – Ficaria ficarioides (Bory et Chaub.) Halacsy
Bitkinin dünya florasının tərkibində 5-6 növü yayılmıĢdır. Cinsin növlərinin əksəriyyəti
Aralıq dənizi ölkələrinin ərazisində təsadüf edilir. Qafqazda fikariya cinsinin 4, o cümlədən
Azərbaycanda 3 növünə təsadüf etmək olar.
Bunlardan müalicə məqsədləri ücün ən maraqlısı həqiqi fıkariya –
F. ficarioides hesab edilir. Həqiqi fikariya çoxillik ot bitkisi olub, 4-10
sm hündürlüyündə, iri dəstə formalı uzunsov iri kökyumrusuna malikdir.
Gövdəsi qısa, yarpaqları düz formalıdır. Kökətrafı yarpaqları yumurtavarı
və yaxud yumurtavarı-dairəvidir. Ləçəklərinin sayı 7-9 ədəd olub sarı
rəngdədir.
Həqiqi fıkariya Azərbaycanda Böyük Qafqazın Quba ərazisinin
qərb zonalarında, Kiçik Qafqazın mərkəz hissəsində, Naxçıvan MR-in
dağlıq zonalarında yayılmıĢdır. Bundan baĢqa bitkiyə alp zonasının qar
əriyən yamaclarında, daĢlar arasında təsadüf etmək olar.
Kimyəvi tərkibi öyrənilməmiĢdir.
Müalicə məqsədləri ücün bitkinin kök hissəsini çiçək açıb
qurtardıqdan sonra. yarpaqlarını isə çiçək açan zaman toplamaq məsləhətdir. Fikariyanın çiçəyi
solduqdan sonra bitkidən dərman məqsədləri üçün istifadə etmək məsləhət görülmür. Çünki bu
dövrdə bitkidə insan orqanizminə zəhərli təsir göstərən maddələrin sintezi baĢlayır.
Fikariyadan hazırlanan preparatlar soyuqdəymə, ağrıkəsici, yarasağaldıcı, qankəsici, qan
təmizləyici vasitə kimi istifadə olunmaqla yanaĢı orqanizmi mikroelemctlərlə və C vitamini ilə
təmin edir.
Avitaminoz və hipovitaminoz zamanı qantəmizləyici vasitə kimi istifadə edilir. Bunun üçün
hər gün çiçək açan dövrdə 1 xörək qaĢığı dogranmıĢ fikariya yarpağı yeyin.
Maddələr mübadiləsinin pozuntularında, angina, dəri səpkilərində. 1 xörək qaĢığı
doğranmıĢ kök və yarpaqlarından götürüb 0,5 litr çürümüĢ qaynar südün üzərinə töküb
qaynatmamaq Ģərti ilə 2 saat zəif od üzərində qızdırın və soyudub süzün. Sonra 0,5 litr həcminə
götürüb gündə 3 dəfə 2 xörək qaĢığı yemək qabağı qəbul edin.
Diatez və xənəzir xəstəliyi zamanı. 1 xörək qaĢığı doğranmıĢ yarpağından götürüb 2 stəkan
qaynar suya tökün və 2 saat su hamamında saxladıqdan sonra yarm saat dəmləyib süzün. Aldığınız
dəmləmədən gündə 3 dəfə bir xörək qaĢığı yeməyə yarım saat qalmıĢ qəbul edin.
Qəbizlik zamanı. 1 çay qaĢığı doğranmıĢ yarpağından götürüb 1 stəkan qaynar suya töküb,
su hamamnda 1 saat dəmləyib soyudun. Sonra alınmıĢ dəmləmədən gündə 3 dəfə, 2 xörək qaĢığı
yeməkqabağı qəbul edin.
Gec və çətin sağalan yaraların və kəsiklərin müalicəsində. 1 xörək qaĢığı xırda hissələr
Ģəklinə salınmıĢ kök və yarpağından götürüb 1 stəkan qaynar suya tökün, vam od üzərində 20-30
dəqiqə saxlayıb, 1 saat dəmləyib süzün. Aldığınız ekstraktla xəstə olan nahiyələri yuyun və
kompres edin.
Babasil və anal dəliyi çatlamalarında. 2 xörək qaĢığı doğranmıĢ yarpaqlarından götürüb, 1
çay qaĢığı qızdırılmıĢ kərə yağı ilə qarıĢdırın. AlınmıĢ qarıĢıqdan götürüb xəstə nahiyə üzərinə
sürtüb 1 saat bağlı saxlayın.
Diqqə
t! Hamiləlik, eləcə də uĢaq əmizdirən zaman fıkariya preparatlarından istifadə
edilməsi məsləhət görülmür.