65
üzərinə 1 xörək qaĢığı qarğıdalı saçağı, lobya qabığı, qırxbuğum əlavə cdib qarıĢdırın. Sonra
qarıĢıqdan 3 xörək qaĢığı götürüb 0,5 litr qaynar suyun üzərinə töküb 30 dəqiqə zəif od üzərində
dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ daxilə qəbul
edin.
Podaqra, revmatizm, artrit, artroz zamanı. 1 xörək qaĢığı doğranmıĢ otu 0,5 litr qaynar
suya töküb 5-7 dəqiqə zəif od üzərində saxladıqdan sonra süzüb gündə 3 dəfə yeməyə 30 dəqiqə
qalmıĢ stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Dermatit, ekzema, endodermitdə. 2 xörək qaĢğı doğranmıĢ otu 0,5 litr qaynar suya töküb 2
saat dəmləyib süzün. AlınmıĢ ekstraktla zədələnmiĢ dərini yuyun.
Diqqət! Herniyar az zəhərli olduğundan bundan istifadə edən zaman bitkidən hansı nisbətdə
götürməyinizə ciddi fikir verin.
Bəzək qərənfili (“Allah çiçəyi”) – Dianthus calocephalus Boiss.
Dianthus yunan sözü dios – allah, anthos – çiçək mənasını daĢıyır.
Dünya florasının tərkibində qərənfil cinsinin 300-dən artıq növü yayılmıĢdır. Bunlardan
Qafqazda 40, o cümlədən Azərbaycanda 26 növünə təsadüf edilir. Bunlardan 3 növü mədəni halda
becərilir. Qərənfil cinsinin növləri baĢlıca olaraq Avropa ölkələrinin ərazilərində,
Asiyanın d
ağlıq sahələrində tropik zonalarda çox yayılmıĢdır.
Qərənfil növlərinin əksəriyyəti bəzək, dərman, boyaq təbiətli bitkilər
hesab edilir.
Xalq təbabətində qərənfil cinsinin bir neçə növündən müxtəlif
xəstəliklərin müalicəsində istifadə edilir. Bunlardan biri də bəzək qərənfili -
Dianthus calocephalıts Boiss.- dir. Bu hündürlüyü 20 (60-66) sm-ə qədər olan
çoxillik ot bitkisidir. Yarpaqları oturaq, çiçəkləri hamaĢçiçəkdən ibarətdir.
Bəzək qərənfillərinə Azərbaycanda Naxçıvan MR-in dağlıq rayonlarında, Kiçik Qafqazın
cənub ərazilərində təsadüf etmək olar. Bunlardan baĢqa bitkiyə çəmənliklərdə, qayalıqlarda və
subalp çəmənliklərində də rast gəlmək olar. Rəvayətə görə bəzək qərənfıli «Zevsin çiçəyi», «Allah
çiçəyi» hesab edilir.
Dərman xammalı kimi bitkinin otundan (gövdə, yarpaq və çiçəklərindən)
istif
adə edilir. Otunun tərkibində 13,6% C vitamini, saponin, xüsusilə də
çiçəklərində, otunun tərkibində alkaloidlərin izləri, qlikozidlər, triterpen
saponinlər, flavonoid birləĢmələri və kumarinlər aĢkar edilmiĢdir.
Müalicə məqsədləri üçün bitki çiçək açan zaman onun yaĢıl hissəsi toplanıb
istifadə edilir.
Qərənfildən hazırlanan preparatlar vasitəsilə soyuqdəymə, mikrob
əleyhinə, qankəsici, yarasağaldıcı, ağrıkəsici vasitə kimi və uĢaqlığın
tonusunun artırılmasında istifadə edilir.
Qərənfıldən müalicə preparatlarının hazırlanması.
Daxili babasil qanaxmalarında. 1,5 xörək qaĢığı doğranmıĢ otu 1
stəkan qaynar suya töküb 2-3 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə 1
xörək qaĢığı yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin.
Uşaqlıq qanaxmalarında (doğum, abort və uşaq salma zamanı). 2 çay qaĢığı doğranmıĢ
otundan götürüb bir stəkan qaynar suya töküb termosda 4-5 saat saxlayıb süzün. Sonra gündə 4-5
dəfə yeməyə 30 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin.
Taxikardiya və ürək ağrılarında əlavə vasitə kimi. 1 çay qaĢığı doğranmıĢ otundan götürüb
0,5 stəkan qaynar suya tökün və 8 saat dəmlədikdən sonra süzüb gündə 2-3 dəfə yeməyə 15-20
dəqiqə qalmıĢ 2 xörək qaĢığı daxilə qəbul edin.
Radikulit zamanı. DoğranmıĢ qərənfil otunu suda pörtlədib, azca suyu çəkildikdən sonra
götürüb ağrıyan nahiyəyə kompres edin.
Revmatizm zamanı, damarların ağrısını aradan götürmək üçün. DoğranmıĢ otdan götürüb
1/5 stəkan qaynar suya töküb, 15 dəqiqə dəmləyin. Ġsti cövhərdə tənzifi isladıb ağrıyan nahiyəyə
66
qoyub 1-2 saat saxlayın.
Xənəzir (sarıca) xəstəliyi zamanı. 1 stəkan doğranmıĢ otu 1 litr qaynar suya töküb, vam od
üzərinə qoyub 10 dəqiqə qaynadıb və 1 saat dəmləyin. Sonra ekstraktı süzüb istiliyi 38-39°C olan
vannaya tökün. Vannanı yatmağa 1 saat qalmıĢ, 10 dəqiqə qəbul edin. Müalicə kursu 12-15 gündür.
Ağcaqanad sancmaları zamanı. 2 xörək qaĢığı doğranmıĢ otu 0,5 stəkan qaynar suya töküb
8 saat termosda dəmlədikdən sonra süzün. Pambığı ekstrakta hopdurub ağcaqanad sancan yerə
sürtün.
Doğuşdan sonra baş verən qanaxmaları kəsmək üçün. 1 xörək qaĢığı otu 1 stəkan qaynar
suya töküb, 2 saat dəmləyin. Aldığınız dəmləmədən gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.
Diqqət! Qərənfildən hazırlanan preparatlardan tromboflebiti olan xəstələrin və hamilə
qadınların daxilə qəbul etmələri məsləhət görülmür.
Dərman sabunotu – Saponaria officinalis L.
Dünya florasının tərkibində sabunotu cinsinin 25-ə yaxın növü yayılmıĢdır. Qafqazda 6, o
cümlədən Azərbaycanda 4 növünə təsadüf edilir. 1 növündən – dərman sabunotundan təbabətdə və
kosmetikada istifadə edilir.
Dərman sabunotu – S.offlcinalis L. 30-90 sm hündürlüyündə, düzqalxan, güclü budaqlanan
kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqlarının uzunluğu 5-12, eni 1-4 sm olub, lanset, yaxud
ellipsvari, aĢağıdakılar saplaqlı, yuxarıdakılar isə oturacaqlıdır. Çiçəkləri iyli
qalxanvari-süpürgəvari hamaĢçiçəkdən ibarətdir. Kasacığı bitiĢik yarpaqlı,
silindrvarıdır. Ləçəkləri ağ və yaxud çəhrayı rəngli uzunsov-tərsinə yumurtavarı,
girintili-çıxıntılı, yaxud tamamilə bükülmüĢdür. Meyvəsi uzunsov yumurtavarı,
biryuvalı çoxlu xırda qara rəngli toxumu olan qutucuqdan ibarətdir. Ġyun-avqust
aylarında çiçək açır, sentyabrda meyvəsi yetiĢir.
Sabunotu Azərbaycanın Gədəbəy rayonunda, Qalakənd ətrafında, orta
dağlıq zonalarda, açıqlıq və kolluqlarda yayılmıĢdır. Kök və kökümsovunun
tərkibində 20%-ə qədər saponin, saporubrin vardır ki, bu da hidroliz olunaraq hipsogenin C
30
H
46
O
4
yaradır. Yarpağından saponarin (C
27
H
32
O
16
) və viteksin (C
21
H
20
O
10
) flavonoidləri, l%-ə qədər
askorbin turĢusu, pektin, selik və s. tapılmıĢdır. Çox qədimdən tibbdə bu bitkinin qırmızı-qonur
rəngli kökümsovu məĢhur «qırmızı sabun kökü» adı ilə tanınınıĢ və istifadə edilmiĢdir.
Xalq arasında bu bitkini «təmizkar», «tatar sabunu», «sabun çiçəyi», «qırx dostu olmayan»,
«paxlalı», «sabunotu» və s. adlarla adlandırırlar. Latınca elmi adı «sapo» - «sabun» mənasını
bildirir. «Saponaria» termini bir sıra orta əsr müəlliflərin Albertus, Maqnus, Bok, Hesner, Lobelpus
və baĢqalarının əsərlərində qeyd edilir. Müasir elmi adı isə ona K.Linney tərəfindən verilmiĢdir.
Qırmızı sabun kökündən tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici vasitə kimi həmçinin
bronxitdə, kəskin öskürəkdə, zökəmdə və s. iĢlədilir.
Xalq təbabətində kök və kökümsovundan hazırlanan dəmləməsindən böyrək, qara ciyər,
dalaq, həzm pozuntularında və s. iĢlədilir. Kök və yarpaqlarından hazırlanmıĢ cövhərindən daxilə
qəbul edilərək, həzm pozuntularında, podaqra (oynaq və toxuma) xəstəliklərində, ekzema,
ekssudativ diatezdə, frunkulyoz (çoxlu çiban çıxarma) əleyhinə, xal, dəmrov, dəri iltihabında
iĢlədilir. Təzə yarpaqlarından yaĢ sarğı kimi irinli yaraların üzərinə qoyulur.
Sabunotu bəzən qıcıqlandırıcı təsir də göstərir. Artıq miqdarda qəbul edildikdə öskürək,
ürəkbulanması, qusma, qarınağrısı əmələ gətirir. Sabunotu kəskin qantəmizləyici təsirə malikdir.
Heyvanlar onunla zəhərləndikdə, qıcolma, ağ ciyər iflici və s. ölümlə nəticələnir. Onun üçün
sabunotu preparatlarından uzun müddət istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır.
Müalicə məqsədləri üçün payız aylarında onun kökləri yerdən qazılır çıxarılır, yuyulub
təmizlənir və qurudaraq istifadə edilir. Sabunotunun kök hissəsindən hazırlanan preparatlar
maddələr mübadiləsinin nizama salınmasında, mikrob əleyhinə, soyuqdəyməyə qarĢı,
bəlğəmgətirici, tərqovucu, ödqovucu və zəif iĢlədici vasitə kimi, dəri səpkilərində istifadə edilir.
Bronxit, quru öskürək, pnevmoniya və göyöskürəyin müalicəsində. 1 çay qaĢığı
doğranmıĢ kök hissəsini 5-7 saat dəmləyib süzün. Sonra alınmıĢ ekstraktdan stəkanın 1/4 hissəsi
Dostları ilə paylaş: |