81
əmələ gətirir ki, bunun da hesabına il ərzində 3-4 dəfə məhsul götürmək mümkündür. Hər m
2
sahədən 2,5-3,0 kq məhsul əldə edilir. Ağ turpun tərkibi çox qiymətli maddələrlə zəngindir. Belə ki,
7-8% karbohidratlar, 2-6% Ģəkərlər, 1,5- 2,5% zülal, 0,2% yağ, 1,5% sellüloza, 1% kül elementləri,
qırmızı turpda uyğun olaraq 4-5% karbohidratlar, 1-4% Ģəkər, 1,0-1,3% yağ, 0,8% sellüloza və s.
aĢkar edilmiĢdir. Bundan baĢqa ağ turpun tərkibində 65 mq%-ə qədər C vitamini, 0,03% A
(provitamini), 0,03% B, 0,02% B
2
, 0,1% PP vitamini, qırmızı turpda isə uyğun olaraq 11-14 mq%
C, 0,06% A, 0,03-13 B, 0,02% B
2
, 0,1% PP vitamini tapılmıĢdır. Ağ və qırmızı turpun tərkibində
yuxarıda göstərilən qiymətli maddələrlə yanaĢı əvəzedilməz amin turĢularından lizin, sistein,
metionin, mineral duzlardan kalium, kalsium, fosfor, dəmir, xlor, yod, brom, fıtonsidli
birləĢmələrdən metilmerkaptan, qlükozidlərdən allil-xardal yağı, lizosim, simiqrin, həmçinin kristal
formalı rifanol, xolin, adenin, arginin, oriqonellin, diastaza, qlyukozidaza, oksidaza, katalaza
fermentləri, lizosin və s. aĢkar edilmiĢdir. Qara turp tərkibindəki kaliumun (1199 mq%) miqdarına
görə tərəvəz bitkilərinin içərisində birinci yeri tutur. Turpun tərkibində müxtəlif zəngin mürəkkəb
kompleks kimyəvi birləĢmələrin olması ondan müxtəlif xəstəliklərin müalicəsində geniĢ istifadə
edilməsinə imkan verir. Qara turpdan hazırlanan preparatlardan bakterisid, bəlğəmgətirici,
spazmatik, ödqovucu, sidikqovucu, həzm yaxĢılaĢdırıcı, tərkibindəki qaba selüloza maddəsinə görə
bağırsaqların iĢlərini nizamlayır, vərəmin müalicəsində, Ģəkər xəstəliklərində istifadə edilir.
Turp həm də qiymətli qıda və ədviyyat bitkisi sayılır. Çiy halda yeyilir, müxtəlif salat
növləri hazırlanır, qızardılır, ətlə qarıĢdırılıb yeyilir, püre hazırlanır. Turpun qara rəngli sortunu,
kəskin tama malikdir. Onun kəskin tamını azaltmaq üçün onu 10-15 dəqiqə duzlu suda saxlamağı
məsləhət görürlər. Yaponiyada əldə olunan ağ rəngli turp və yaxud daykon bağlarda, həyətyanı
sahələrdə əkilib becərilir. Sortundan asılı olaraq müxtəlif formalarda - dairəvi, konusvari, silindrvarı
və s. olurlar. Bəzən kökmeyvəsinin uzunluğu 40 sm, çəkisi 5 kq-a qədər olur. Daykon (ağ turp)
nisbətən incə tama, qabığında qıtıqotu yağı az olduğundan, mədə-bağırsaq, ürək-damar və Ģəkərdən
əziyyət çəkən xəstələr üçün faydalı hesab edilir. Qırmızı turpun həm özündən, həm də cavan
yarpaqlarından yay salatları düzəldib süfrəyə verirlər.
Turpdan bir neçə müalicəvi qida məhsullarının hazırlanması.
Turpdan oladyinin hazırlanması. 400 q turp, 250 q kartof, 120 q kök, 150 ml süd, 120 q un,
2 ədəd yumurta, 1 xörək qaĢığı soda, 50 q kərə yağı götürün.
Tərəvəzi biĢirin, təmizləyib, ələkdən və yaxud ət maĢınmdan keçirin. Yumurtanı Ģəkərlə
qarıĢdırıb azca duz əlavə edib, südlə qarıĢdırıb, soda qatın. Bu qatıĢığı ət maĢmından keçirilmiĢ
tərəvəzlə qarıĢdırıb, çalxalayın. Oladyani bitki yağında qızardıb, üzərinə xama əlavə edib süfrəyə
verin.
Turpun gövdə və yarpaqlarından salatın hazırlanması. 100 q turp yarpağı, 100 q yaĢıl
soğan, 100 q Ģüyüd, bitki yağı, zövqünüzə görə duz götürün.
Göyərtini ehtiyatla yuyub, xırda hissələrə salın. Sonra üzərinə yağ əlavə edib, duz səpib
süfrəyə verin.
Turpdan vitaminli içkinin hazırlanması. 10 ədəd turp, 2 xörək qaĢığı cəfəri və Ģüyüd, 4
stəkan qatıq, zövqünüzə görə duz götürün. Təzə turpu nazik hissələrə salıb, xırdalanmıĢ cəfəri və
Ģüyüd əlavə edin. Sonra qatıĢığı ehtiyatla qatıĢdırıb, cəfəri və Ģüyüd əlavə edib, üzərinə zövqünüzə
görə duz səpib süfrəyə verin.
Turpun tərkibində insan orqanizmi üçün bir çox bioloji fəal maddələr olduğundan onu
xırdalayıb Ģorba, sous, ət və balıq xörəklərin tərkibinə əlavə edirlər.
Turpdan müalicəvi preparatların hazırlanması:
Bronxial astma zamanı. 50 q xırdalanmıĢ turpu, 250 ml qaynar suya töküb 15-20 dəqiqə
zəif od üzərinə qoyub, sonra götürüb soyudub gündə 4 dəfə qəbul edin.
Astma zamanı. Bunun üçün 100 ml təzə hazırlanmıĢ turp Ģirəsinin üzərinə 20 q bal, 1 çay
qaĢığı Ģəkər tozu və 100 ml araq tökün. Bunları yaxĢı qarıĢdırıb ağzını bağlayıb soyuducuda
saxlayın. Gündə 3 dəfə yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin.
Mədənin selikli qışasının xəstəliyi zamanı. Bir hissə turp Ģirəsi, 2 hissə kök Ģirəsi (1:2)
götürüb qarıĢdırıb gündə 3 dəfə bir xörək qaĢığı qəbul edin.
Yuxusuzluğun aradan qaldırılmasında. 2 xörək qaĢığı doğranmıç turpdan götürüb 1 stəkan
82
qaynar suya töküb 10-15 dəqiqə dəmləyin. Aldığınız dəmləməni axĢamlar qəbul edin.
Öskürək zamanı. Təzə turp Ģirəsini 1:1 nisbətində bal ilə qarıĢdırıb gündə 3-4 dəfə 1-2
xörək qaĢığı qəbul edin.
Donvurma zamanı. 200 q turpun təzə sıyığından götürüb 100 q piylə qarıĢdırıb su
hamamının üzərinə qoyun və əridib bir-birilə qarıĢdırın. Aldığınız mazdan zədələnmiĢ nahiyənizə
gündə 2-3 dəfə sürtün.
Sistit zamanı. 1 ədəd iri turpu götürüb sürtgəcdən keçirdin. ġirəsini sıxıb çıxardıb, 5 dəqiqə
qaynadın. Sonra süzüb gündə 2 dəfə xörək qaĢığının yarısı qədər qəbul edin.
Dilin iflici və qanazlığı zamanı. Bunun üçün turp, kök və çuğundurun Ģirəsini çıxardıb 1:1:1
nisbətində qarıĢdırıb qəbul edin. Bunun üçün Ģirələri bir-birilə qarıĢdırıb tünd butulkaya töküb
xəmirlə suvayıb, ancaq ağzını azacıq açıq qoyub mətbəx pilitəsinə qoyub qatılaĢana qədər saxlayın.
Sonra gündə 3 dəfə bir xörək qaĢığı qəbul edin. Bu məhlul qanazlığı üçün ən gözəl vasitədir.
Dilin iflici zamanı isə turpu götürüb çeynəmək lazımdır.
ġərq təbabətində qeyd edilir ki, turp orqanizmə ―qızıĢdırıcı‖ təsir edərək insanın uzun
müddət cavan qalmasına kömək edir.
Xardal – Sinapis L.
Xardal tərkibindəki çoxlu miqdarda mineral maddələr, vitamin qrupları və təbii
antioksidantlarla zəngin xammal hesab edilir. Ən baĢlıcası ondan ibarətdir ki, xardal qiymətli
texniki, qida və ədviyyat təbiətli bitkidir. Belə ki, onun qabığı təmizlənmiĢ toxumlarından yağı isti
Ģəraitdə sıxma üsulu ilə almaq olur. Xardalın toxumundan qiymətli ədviyyə məhsulu əldə edilir.
Xardaldan hazırlanan ədviyyə məhsulları dünyanın əksər xalqlarının mətbəxlərinin sevimli
qatqısına çevrilmiĢdir.
Əvvəllər xardaldan ya bütöv halda, ya da iri
yarma Ģəklində istifadə edilirmiĢ. Xardal toxumlarını
sirkə turĢusu ilə qarıĢdırıb 2-3 gün saxladıqdan sonra,
tünd, kəskin tama malik ədviyyə alınırdı. Ġllər keçdikcə
xardalın hazırlanma texnologiyası da dəyiĢilirdi. Ən
kəskin və xoĢ iyə malik keyfiyyətli ədviyyələr
Fransada istehsal olunurdu. XVI əsrdə Fransanın
Orlean və Cipne Ģəhərlərində ―xardal istehsal edən
xüsusi cəmiyyətlər‖ də yaradılmıĢdır. XVIII əsrdə
Fransanın Cijonski Ģəhərində xardal istehsal edən
sexlərdə kəskin tama malik ―ağ‖ rəngli xardal ədviyyəsinin reseptləri hazırlanmıĢdır. Xardalın
toxumlarını üzüm yetiĢən dövrlərdə toplanması məsləhət görülürdü. Xardal toxumları zəif sarı rəng
alan zaman toxumları toplayırdılar. Qəhvəyi və qara rəng alan zaman toxumları qabıqdan
təmizləyir, əvvəlcədən turĢudulmuĢ üzüm sirkəsinə və ya ağ çaxıra töküb ondan qiymətli ədviyyə
hazırlanırdı. Hazırda Fransada çoxsaylı xardal nümunələri hazırlanır. Fransada 100-dən çox
müxtəlif tama və xoĢ iyə malik limon, çaxır, ananas və s. iyini xatırladan xardal ədviyyələri
aĢpazlar arasında geniĢ Ģöhrət qazanmıĢdır. Gijon xardalının tərkibinə yabanı almadan hazırlanmıĢ
Ģirədən, duz və digər ədviyyə növlərindən qatmaqla məhsul hazırlayırlar. Bu ədviyyə növü
fransızların klassik məhsulu hesab edilir. Yeni hazırlanmıĢ ədviyyəni bifĢteks, pörtlədilmiĢ ətin
yanına qoyub istifadə edirlər. Bordoviski xardalının tərkibinə sirkə, Ģəkər tozu, tərxun və bir neçə
yabanı tərəvəz və ədviyyələr əlavə edib, soyuq ət və kolbasa ilə yeyilir.
Dünya florasının tərkibində kələmkimilər fəsiləsinin 3200 növü və 375 cinsi əhatə edir.
Xardal cinsinin isə 4 növü yayılmıĢdır. Azərbaycan florasının tərkibində isə əsasən 3 növünə rast
gəlmək olar. Xardal cinsinin ədviyyat və müalicə vasitəsi kimi 3 növündən – ağ, qara və rus (sarpet)
istifadə edilir.
Sarpet xardalı (rus xardalı və ya göyümtül xardal) - Brassica juncea (L.) Czern. Bitki
yaban halda müxtəlif ölkələrdə Asiya və Misirdə keçmiĢ SSRĠ, Orta Asiya ərazilərində yayılmıĢdır.
Mədəni halda Pakistan, Hindistan, Çin, Misir, Fransa, Hollandiya və s. ölkələrin ərazilərində geniĢ
Dostları ilə paylaş: |