73
Ziyilotu və yaxud dəmrovotu – Chelidonium L.
cinsinin dünya florasının tərkibində 3 növünə təsadüf
etmək olar. Bu cinsin Qafqazda, o cümlədən Azərbaycanda
1 növünə - C. majus L.-ə rast gəlmək olar. Bu hündürüyü
80-100 sm olub, düzduran, yuxarı hissədən budaqlanan
çoxillik ot bitkisidir. Yarpaqları növbəlidir, 2-8 sm
uzunluğunda, 5 sm enində olub üzəri qıvrım yumĢaq
tükcüklərlə örtülmüĢdür. Çiçəkləri sarı rəngdə olub çətir
formasında hamaĢçiçəkdə toplanmıĢdır. Bitki may-iyun
aylarında çiçək açır, avqust ayında meyvə verir.
Ziyilotu Azərbaycanda Böyük Qafqazın Quba
ərazisində, Kür-Araz düzənliyində, Böyük Qafqazın qərb
zonalarında, Alazan-Əyriçay sahillərində, Kiçik Qafqazın
Ģimal və cənub ərazilərində, Lənkəranın düzən və dağlıq
zonalarında yayılmıĢdır. Bundan baĢqa ona meĢəliklərdə,
meĢə açıqlıqlarında, əkin sahələrində və zibilliklərdə daha
çox təsadüf edilir. Müxtəlif ölkələrin xalqları dəmrovotuna
ziyillik, ziyil, sarı südlü, qırmızı südlü, sarı süd, ilə sabunu
və s. adlar verilmiĢdir.
Müalicə məqsədləri üçün bitkinin kök, ot və çiçək hissələrindən istifadə edilir.
Kiınyəvi tərkibi. Bitkinin bütün hissələrinin tərkibindən, o cümlədən ot hissəsindən 0,97-
1,87%, kökündən 1,9-4,14% alkaloid maddələri aĢkar edilmiĢdir. Alkaloid maddələri aĢağıdakı
tərkibdən: xelidonin – C
20
H
19
O
5
N, romoxelidonin – C
21
H
23
O
5
N, xellritrin - C
21
H
19
O
5
N,
metoksuxelidonin – C
21
H
21
O
6
N, oksixelidonin – C
20
H
17
O
6
N, sanqvinarin – C
20
H
15
O
5
N və s.-dən
ibarətdir. Bundan baĢqa bitkinin otunun tərkibindən alkoloid, efır yağı, 171 mq% C və 14,9 mq%-ə
qədər A vitaminləri, xelidon, alma, limon və kəhrəba turĢuları, flavonoid və saponin maddələri,
toxumlarından isə 40-68%-ə qədər yağ və lipaza aĢkar edilmiĢdir.
Farmakoloji təsiri. Sulu ekstraktı ilə dəriyə təsir etdikdə qıcıqlandırma, dəri altına
yeritdikdə isə ağrı reaksiyaları əmələ gətirir. Qana yeritdikcə, döyüntülərin azalmasına və nəfəsin
dərinləĢməsinə səbəb olur (S.O.Çervinskiy). Dəmrovotunun alkoloidləri ağrıkəsici, bakterosid,
xüsusiyyətlərə malikdir. Bunlar mərkəzi sinir sisteminə sakitləĢdirici təsir göstərir. Homoxelidonin
kimyəvi quruluĢuna görə papaverinə yaxın olub spazmatik xüsusiyyətlərə ınalikdir.
1893-cü ildə X.Haqcr qeyd edir ki, xelidonin alkoloidi öz müalicəvi təsirlərinə görə morfıni
xatırladır. Ġbn Sina yazır ki, dəmrovotunu çeynədikdə diĢ ağrıları sakitləĢir.
V.K.Varlix yazır ki, müalicə məqsədləri üçün bitkidən çiçək açan zaman toplanan ot
hissəsinin müalicəvi effekti daha yüksək olur. QurudulmuĢ ot tərkibindəki süd Ģirəsinin 80%-ni
itirdiyinə görə, dərman preparatlarını ancaq bitkinin yaĢıl yaĢ hissəsindən hazırlamaq lazımdır. Bir
çox tədqiqatçılar V.K.Varlixin bu fıkri ilə razılaĢmırlar. Alimlər qeyd edirlər ki, bitkinin otunu
qurudan zaman onun tərkibindəki maddələr itmir, əksinə bitkinin tərkibində pıxtalaĢır və onun
müalicəvi təsirini artırır. Dəmrovotunun süd formalı Ģirəsi dəriyə yandırıcı təsir edib, qabarlar əmələ
gətirir.
Tibbdə istifadə olıınması. Elmi təbabətdə dəmrovotundan hazırlanan preparatlardan sarılıq,
podaqra, sidikqovucu, zəif iĢlədici, mədə yaraları ağrılarının sakitləĢdirilməsi, yaraların, dəri
xəstəliklərinin, o cümlədən dəri vərəmlərinin, eləcə də ziyillərin müalicəsində geniĢ istifadə edilir
(B.Q.Volmski və b., 1978).
Xalq təbabətində isə dəri və qırmızı qurdeĢənəyi - dəri vərəminin müalicəsində hazırlanan
sulu ekstraktlardan istifadə edilir. Bunun üçün 1 xörək qaĢığı bitkidən götürüb 0,5 litr qaynar suyun
içərisinə töküb 1 saat dəmləyib süzün. Sonra aldığınız dəmləmədən gündə 3 dəfə yarım stəkan
daxilə qəbul edin. Yerli əhali dəmrovotunun süd Ģirəsi çox olan yaĢıl hissəsindən sulu və s. spirtli
ekstrakt və cövhərlər hazırlayıb ziyil, çiban, döyənək, dəridə əmələ gələn tünd ləkələrin, eləcə də
zəhərlənmə əleyhinə istifadə edirlər (A.D.Turova, 1974). KuybıĢev Tibb Ġnstitutunun cərrahiyyə
kafedrasının bir qrup alimləri dəmrovotundan hazırlanan preparatlarla müxtəlif xəstələr üzərində
74
təcrübə apararaq belə bir nəticəyə gəliblər ki, bu preparatlarla yoğun bağırsaqda əmələ gələn ĢiĢ və
urları müalicə etmək olar.
V.Ġ.Zavrajnov və baĢqaları (1977) qeyd edirlər ki, dəmrovotunun baĢqa bitkilərlə qarıĢığı
bronxial astmanı, damarlarda baĢ verən revmatizmi, ekzemanı, psoriazı, papilamatozanı, dodaq
nahiyəsində əmələ gələn xərçəngin, parodontozıın müalicə olunmasında istifadə edilir.
V.Ġ.Popova və baĢqaları yazırlar ki, dəmrovotundan alınan süd-Ģirə ağrıların, qara ciyər və
öd yollarının, mədə və bağırsaq yaralarının müalicəsində geniĢ istifadə olunur.
Dəmrovotundan dərman preparatlarının hazırlanması.
Dəmrovotu cövhəri. Bunu hazırlamaq üçün bitkinin təzə otundan həm də qurudulmuĢ
hissəsindən istifadə etmək olar. Bunun üçün kolu kökü ilə yerdən qazıb çıxan və torpaqdan,
qurumuĢ yarpaqlarından təmizləyib, kökü ehtiyatla yuyun. Bitkini xırda hissələrə doğrayıb, yarım
litrlik bankaya töküb, üzərinə qaynar su əlavə edin və ağzını qapaqla möhkəm örtüb tam soyuyana
qədər saxlayıb süzün. Sonra alınmıĢ dəmləmədən gündə 3 dəfə 100 ml yeməyə 15-20 dəqiqə qalmıĢ
qəbul edin. Cövhəri hər gün hazırlayıb təzə halda istifadə edin. Müalicə kursu uzunmüddətlidir.
Müalicəni sağalana qədər davam etdirin. Bir həftə qəbul etdikdən sonra 2 gün fasilə verin.
Dəmrovotundan südəoxsar sirənin hazırlanması. Bunun üçün dəmrovotunu kök hissəsi ilə
birlikdə qazıb çıxardın və torpaqdan təmizləyib, sakit axan suda yuyun. Sonra kökün ucunu kəsin,
süd Ģirəsi kəsik yerdən qaba toplanmağa baĢlayacaqdır. AlınmıĢ Ģirədən dəridə baĢ verən yaraların,
səpgilərin, qaĢınmaların üzərinə sürtüb müalicə edin. Kökün ikinci dəfə kəsilməsi 0,5-1,0 sm yuxarı
hissəsindən aparılmalıdır. Bitkidən Ģirənin alınmasını südəbənzər maddənin axıb qurtarmasına
qədər davam etdirin.
Dəmrovotu Ģirəsi. Bu üsul imkan verir ki, bitkidən dərman xammalı kimi uzun müddət
istifadə edilsin.
Kökü ilə birlikdə çıxarılmıĢ bitkini torpaq və qurumuĢ yarpaqlardan təmizləyib, ancaq kök
hissəsini sakit axar suda yuyub bütöv halında ət maĢınından keçirin. Əldə olunmuĢ yaĢ tünd-yaĢıl
kütləni sıxıb Ģirəsini çıxarın və ĢüĢə flakonlara doldurub ağzını tıxacla bağlayıb bərkidin. Flakonu
elə doldurun ki, tıxacla Ģirə arasında 1-2 sm məsafə qalsın. ġirəni qaranlıq yerə qoyub 1-2 gün
saxlayın. Sonra tıxacı çıxarıb havanı buraxın. Bu əməliyyatı flakonda olan havanın tamamilə çıxıb
qurtarmasına qədər davam etdirin. Flakonları qaranlıq və sərin yerdə saxlayın. AlınmıĢ Ģirəni
soyuducuda saxlamaq olmaz. Bu üsulla hazırlanan dəmrov Ģirəsi uzun müddət (azı 5 il) qaldıqda
belə öz təsir gücünü itirmir. Havanın tam çıxıb qurtardığı halda flakonda olan qıcqırma prosesi
demək olar ki, tam qurtarmıĢdır. Bu zaman flakonda qalan Ģirə kəhrəba rəngində olmalıdır.
Flakonun dibində çöküntü halında tünd-yaĢıl kütlə əldə olunacaqdır. Dərman preparatmdan istifadə
edən zaman elə davranılmalıdır ki, Ģirə çöküntü ilə qarıĢmasın. Alınan mazdan dəri üzərində əmələ
gələn xərçəng, qırmızı qurdeĢənəyi, dəri vərəmini müalicə etmək üçün gündə 3-4 dəfə sürtmək
məsləhət görülür.
Dəmrovotu dəmləməsi. Bunun üçün təzə otundan çiçəklə birlikdə 4 xörək qaĢığı götürüb 6
stəkan qaynar suya töküb, su hamamının üzərinə qoyub 5-7 dəqiqə qaynadın, 4-5 saat dəmləyib
süzün. Sonra aldığınız ekstraktdan gündə 3 dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ qəbul edin. Hər
qəbuldan sonra 10 dəqiqə 2-3 xörək qaĢığı süzgəcdən kecirilmiĢ sıyığı yeyin. Hər həftədən bir 2-3
gün ara verib müalicə kursunu davam etdirin. Dəmrovotundan vanna düzəldib qəbul etməklə
yanaĢı, onunla yuyunmaq da olar.
Ekstraktın hazırlanması. Bunun üçün 5 xörək qaĢığı dəmrovotunun qurudulmuĢ ot və çiçək
hissələrindən götürüb 400 ml 40%-li etil spirtinin üzərinə töküb, qaranlıq yerdə 10 gün saxlayın.
Ekstraktı çalxalayıb süzün. Sonra alınmıĢ cövhəri bir neçə qatdan ibarət olan tənzifə çökdürüb
dəridə olan səpgi və yaraların üzərinə sürtün. Həmçinin 0,5 stəkan suya 5-10 damcı cövhər töküb
qəbul etdikdən sonra 50 ml bağayarpağı Ģirəsi için.
Dəmrovotundan mazın hazırlanması. Dəmrovotundan alınmıĢ ekstraktdan götürüb 1:2
nisbətində spirt və donuz piyi ilə qarıĢdırıb su hamamında qızdırın. Spirt buxarlanıb qurtarana qədər
saxlayın. Sonra alınan kütləni soyudub tünd ĢüĢə bankalara doldurub saxlayın. Aldığınız mazdan
dərinizdə əmələ gələn çiban, civzə və yaraların üzərinə sürtün.
Dəmrovotu şirəsilə bal qarışığı. Dəmrovotu Ģirəsini balla bərabər 1:1 nisbətində götürüb su
Dostları ilə paylaş: |