67
qədər gündə 3-4 dəfə, yeməkarası qəbul edin.
Ödqovucu vasitə kimi. DoğranmıĢ kök hissəsini 1 stəkan suya töküb 1 saat dəmləyin.
Ekstraktı süzün, sonra stəkanın dibində qalan çöküntünün üzərinə soyuq su əlavə edib yenidən 1
saat dəmləyin. Bu cür əməliyyatdan sonra isladılmıĢ kökün üzərinə su töküb 3-4 saat saxladıqdan
sonra süzüb stəkanın 1/4 hissəsi qədər gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin.
Yanıqlar, ürəkbulanma və qaz əmələgəlmə zamanı. 1 çay qaĢığı doğranmıĢ kökün üzərinə
1 stəkan qaynadılmıĢ su töküb, qaynama dərəcəsinə gətirin. 1 saat dəmləyib gündə 1 xörək qaĢığı 4-
5 dəfə yeməkdən sonra qəbul edin.
Revmatizm,
podaqra,
maddələr
mübadiləsinin
pozuntuları, diatezdə, göbələk
qaşınmalarının, eləcə də çibanların müalicəsində. 2 xörək qaĢığı doğranmıĢ kök hissəsindən
götürüb qaynar suda 1 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 3-4 dəfə 1-2
xörək qaĢığı yeməkdən sonra qəbul edin.
Angina zamanı. 2 çay qaĢığı doğranmıĢ otundan götürüb 0,5 litr qaynar suya töküb yarım
saat dəmləyin. Sonra aldığınız ekstraktla 3-4 dəfə boğazınızı qar-qara edin. Həmin cövhərlə kəskin
zökəm xəstəlikləri zamanı burnunuzu yuyun.
Çiban və yaraların müalicəsində. 1 çay qaĢığı doğranmıĢ sabunotu ilə çobanyastığını bir-
biri ilə qarıĢdırıb 1 stəkan qaynar suya töküb dəmləyin. Aldığınız ekstraktla xəstə nahiyənizi
yumaqla, gündə 2-3 dəfə kompres edin.
Tükün inkiĢafı üçün qatı məhlulu ən səmərəli vasitə hesab edilir. BaĢı yuduqdan 1-2 saat
sonra pambığı ekstraktına batırıb saçın dibinə sürtür, yaxud da yumazdan qabaq həmin məhlulla
baĢın tükünü isladırlar. Bu üsulla tükün tökülməsinin qarĢısı alınır və onun dibi bərkiyir.
Sabunotu toxum və vegetativ orqanları ilə artırılıb çoxaldılır.
Diqqət! Sabunotu – zəif zəhərləyici olduğundan daxilə qəbul edən zaman götürdüyünüz
xammalın miqdarına fikir verin.
SUZANIBAĞI – Nelumbonaceae Dumort. fəsiləsi
ġanagüllə – Nelumbo nucifera Gaertn.
Dünya florasının tərkibində 4-5 növünə təsadüf edilir. Bu növlərə əsasən Avropa ilə
Asiyanın kəsiĢdiyi yerlərdə və ġimali Amerika ərazilərində rast gəlmək olar. Azərbaycanda 1 növü
yavılmıĢdır.
ġanagüllə - Nelumbo nucifera Gaertn. uzunluğu 1 metrə çatan, güclü kök sisteminə malik çoxillik
su bitkisidir. Yarpaqları su üzərində səpilən, qalxanabənzər, iri dairəvi formada olub 20-40(50) sm
diametrdə, uzun, Ģırımlı, içiboĢ tikanlarla əhatə olunan saplaq və göyümtül, çıxıntılı torĢəkilli
damarlardan ibarətdir. Çiçəkləri çox ətirli, çəhrayı və yaxud göyümtül-çəhrayı rəngli, yumurtavari-
uzunsovdur. Erkəkcikləri çoxsaylıdır. Fındıqçası 10-22 ədəd, bəzən isə 14-17 ədəd toxumu olan,
dairəvi tünd-yaĢıl rəngə malik olub, 1,0-1,5 sm uzunluğundadır.
ġanagüllə Azərbaycanda ən çox Kür-Araz düzənliyində,
ġirvan, Mil düzü sahələrində, Zərdab rayonu ərazisində rast
gəlinən sututarlarda, durğun və yaxud sakit axan sularda bitərək
nadir hallarda cəngəlliklər əmələ gətirir. Azərbaycanın ən gözəl
görünüĢə malik olan su bitkisi hesab edilir. Fındıq meyvəsi
qızardılmıĢ halda yeməli olub, meĢə qozunun dadını xatırladır.
Bitkinin tərkibindən pronusiferin, anonin, 5-metoksi-6-
oksiaporfin, remerin, nusiferin, nornusiferin alkoloidləri, yarpaq
və gövdəsindən kversetin, izokversetin nelumbozid flavonoidləri,
leykosianidin, leykodelfinidin antosianları, yarpaq və saplağından remerin, nusiferin, nornusiferin
alkaloidləri, çiçəyindən lüteolin, kversetin, qlükolüteolin, izokversetirin, robinin flavonoidləri,
toxumundan sitosterin steroidləri və s. maddələr aĢkar edilmiĢdir. Yaponiyada bitkini baĢqa dərman
bitkilərilə qarıĢdırıb uĢaqlıq yollarında əmələ gələn xərçəng xəstəliyini müalicə edirlər. Çin
təbabətində kökümsovundan hazırlanan dəmləməsindən tonusartırıcı, qankəsici, sidikqovucu vasitə
kimi istifadə edilir. Rusiyanın uzaq Ģərqində isə bundan hazırlanan preparatların köməyi ilə
68
pnevmoniya, bronxial astma, antiseptik vasitə kimi ilan və həĢərat sancmalarına qarĢı istifadə edilir.
Çin təbabətində sulu çıxarıĢından zəhərlənmələr və qanaxmalar zamanı yaranan vitamin
çatıĢmazlıqlarında istifadə edilir. Hindistan və Misir təbabətində müxtəlif dərəcəli xərçəng
xəstəliklərinin müalicəsində saplaq və yarpaqlarından alınan preparatlar iĢlədilir. Kökümsov və
fındıq meyvəsindən qızardılmıĢ və biĢirilmiĢ halda qida kimi istifadə edilir. Unundan çörək biĢirilir.
Biz isə ilk dəfə olaraq Ģanagüllə bitkisinin kök və kökümsovlarından boyaq ekstraktı
hazırlayıb yun ipdə qonur, sarımtıl, açıq qəhvəyi, zeytunu, firuzəyi, bozumtul-qara, Ģabalıdı və s.
rəng və çalarlar almağa nail olduq.
ġanagüllə bitkisinin faydalı xüsusiyyətlərini nəzərə alıb onun mədəni hala keçirilərək əkilib-
becərilməsi qayğısına qalmağın vaxtıdır.
QAYMAQCĠÇƏKLĠLƏR – Ranunculaceae Juss. fəsiləsi
Kalta – Caltha polypetala Hochst.
Dünya florasının tərkibində Qaymaqçiçəklilər – Ranunculaceae fəsiləsinin 40-dan artıq cinsi
və 1500-dən növü yayılmıĢdır. Yer kürəsi florasından tərkibində kalta cinsinin 90-a qədər
növüyayılmıĢdır. Bu növlərə ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar.
Kaltanıno cümlədən Azərbaycanda 2 növünə rast gəlmək olar. Bu növlərdən bataqlıq kaltası
Caltha palustris L. və çoxləçəkli kalta – C. polypetala Hochst.-u göstərmək olar.
Bu növlərin içərisində müalicəvi əhəmiyyətinə, qida xüsusiyyətlərinə və boyaq ekstraktı
alınmasına görə çoxləçəkli kalta daha çox faydalıdır.
Çoxləçəkli kalta – Caltha polypetala Hochst. Bu gövdəsinin hündürlüyü 35-50 sm olan
budaqlanan, silindrvari iyĢəkili kök sisteminə malik çoxillik ot bitkisidir.
Çoxləçəkli kaltaya Azərbaycan ərazisində Böyük Qafqazda Quba rayonunun Ģərqində, Kiçik
Qafqazın Ģərq və Ģimal zonalarında, Naxçıvan
MR-nın dağlıq ərazilərində rast gəlmək olar.
Bundan baĢqa bitkiyə subalp çəmənliklərindən
tutmuĢ alp çəmənliklərinə qədər zonalarda nəmli
yerlərdə, göl və çay kənarlarında, bataqlıqlarda
təsadüf etmək olar.
Quru otunun tərkibində anemonin, saponin
flavonoid birləĢmələri, fitonsid və s. aĢkar
edilmiĢdir.
Müalicə məqsədləri üçün bitkinin yuxarı
hissəsini toplayıb təzə və qurudulmuĢ halda
istifadə edirlər. Kaltadan alınan preparatlardan vitamin çatıĢmazlıqlarında, soyudəymə əleyhinə,
yarasağaldıcı, bəlğəmgətirici, ağrıkəsici, qıcolma, ĢiĢ əleyhinə və s. istifadə edilir.
Xalq təbabətində bitkinin sulu məhlulundan yuxusuzluqda, baĢ ağrılarında, maddələr
mübadiləsi pozuntularında, soyuqdəymə, titrətmə, xərçəng ĢiĢləri əleyhinə iĢlədilir.
Soyuqdəymə, diatez, qanazlığı, avitaminoz xəstəlikləri və qızdırma zamanı. 1 çay qaĢığı
doğranmıĢ təzə otundan götürüb 1 stəkan qaynar suya tökün, zəif od üzərinə qoyub 5 dəqiqə
qaynadın, 1 saat dəmlədikdən sonra süzüb gündə 3 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ 2 xörək
qaĢığı daxilə qəbul edin.
Uşaqlıq nahiyəsində baş verən xərçəng xəstəliyinin müalicəsində (əlavə kömək kimi).
DoğranmıĢ otiundan 2 çay qaĢığı 1 stəkan suya töküb zəif od üzərində 10-15 dəqiqə qızdırıb, 2 saat
dəmlədikdən sonra süzün. Süzdükdən sonra stəkandakı suyu əvvəlki vəziyyətə gətirib gündə 3
dəfə,ġ yeməyə 30 dəqiqə qalmıĢ 3 xörək qaĢğı daxilə qəbul edin. Aldığınız cövhəri su ilə 1:4
nisbətində qarıĢdırıb xəstə nahiyəni yuyun.
Soyuqdəymə zamanı. 1 stəkan doğranmıĢ ot hissəsini 2 litr qaynar suya töküb zəif od
üzərində 10-15 dəqiqə saxladıqdan sonra yarım saat dəmləyin. Aldığınız ekstraktın günaĢırı həftədə
3-5 gün vannasını qəbul edin. Vanna qəbulundan sonra ayağınızı qurulayıb corab gcyinin.
Yaralarn, kəsikləri, yanıq və dəri soyuqdəymələrində həmçinin, ekzema, neyroderm
Dostları ilə paylaş: |