83
surətdə əkilib becərilir. KeçmiĢ SSRĠ-də isə Volqa sahillərində Saratov, Rostov, Stavropol, Qərbi
Sibir, Qazaxıstan ərazilərində əkilib becərilirdi.
Botaniki xarakteristikası: Bu saçaqlı kökləri 2-3 m yerin dərinliyinə iĢləyən birillik ot
bitkisidir. Gövdəsinin hündürlüyü 1,5 m olub budaqlanan yaĢılımtıl rəndədir. AĢağı yarpaqları
saplaqlı, Ģara bənzər, lələkvari, daraqvari, yuxarıdakılar oturacaqlı və ya qısa saplaqlı, bütöv,
uzunsov-xətvaridir. HamaĢ çiçəkləri salxımdır. Meyvəsi-nazik uzunsov, 3-5 sm uzunluğunda
iynəvari dimdikdir. Toxumları Ģarvari, qırmızımtıl-qəhvəyidir. 1000 ədədinin çəkisi 2-4 qramdır.
Bioloji xüsusiyyətləri: Soyuğa davamlıdır. Cücərtiləri 4-5°C Ģaxtaya davam gətirir. Ġyun
ayında çiçək açır, toxumları avqust-sentyabr aylarında yetiĢir. Toxumları cücərmə qabiliyyətini 9-
10 il saxlayır.
Sarpet xardalı quraqlığa davamlı, torpağa çox tələbkar deyildir.
Çoxaldılması və aqrotexnikası: Toxum vastisəliə əkilib becərilir. Ən yaxĢı sələfi paxlalılar
fəsiləsinə daxil olan və mədəni halda əkilib becərilən növlər hesab edilir. Əkinə hazırlıq iĢləri
sahənin alaq otlardan təmizlənməsi, Ģumun yaxĢı aparılması, malalanması və kultivasiya iĢlərinin
yerinə yetirilməsi ilə baĢlayır. ġum aparıldıqdan sonra hər hektar sahəyə 35 kq azot, 45-60 kq fosfor
və 60 kq kalium mineral gübrələri verilir. Sarpet xardalları lobya, noxud və s. bitkilər kimi cərgələr
arası üsulla əkib becərirlər. Sarpet xardalının yarpaq sortlarını ilin müxtəlif vaxtlarında əkib yaĢıl
ədviyyat kimi müxtəlif yeyinti məhsulların tərkibinə əlavə edirlər. Sarpet xardalını az duzlu
torpaqlarda cərgələrin arası 45-70 sm olmaqla hər hektar sahəyə 9-12 kq toxum səpməklə prosesi
baĢa çatdırırlar. Toxumları 2-3 sm torpağın dərinliyinə basdırırlar.
Məhsulun toplanması və saxlanılması: Xardalın məhsulunu toxumları bərkiyib qatı süd
halına düĢdüyü, yarpaqları tökülməyə, bitkidə saralma baĢ verən zaman toplayırlar. Əldə olunan
toxum məhsulunu sərib qurudur, nəmliyi 10% olduqda havası daim dəyiĢilən anbarlara doldurub
saxlayırlar. Hər hektar sahədən 1,2-1,5 ton toxum əldə edilir. Xardalın yaĢıl yarpaq formasını
istənilən zaman toplanıb ədviyyat kimi istifadə edilir.
İstifadə olunma sahəsi: Xardalın toxumlarının tərkibində 35-47%-ə qədər yağ və 0,5-1,7%
efir yağı aĢkar edilmiĢdir. Yağı yüksək keyfiyyətə malik olduğundan kulinariyada, çörəkbiĢirmə,
qənnadı, konserv sənayesi sahələrində, eləcə də sabunbiĢirmə, toxuculuq, əczaçılıq sənayesində
geniĢ istifadə edilir. Bundan əlavə Fransa, Türkiyə, Ġngiltərə və Rusiyanın əksər rayonlarında və
digər ölkələrdə xardal yağından yüksək keyfiyyətli salatların; paxla, göy noxud, lobyadan, ətdən
hazırlanan müxtəlif xörəklərin tərkibinə qatılır. Əldə olunan efir yağından isə ətriyyat-kosmetika və
konserv sənayesində tətbiq edilir. Yağı çıxarılmıĢ toxumlarını sərib qurudur, toz halına salıb, ondan
xoĢ iyli yandırıcı dada malik aĢxana ədviyyəsi və digər ədviyyələrə müxtəlif nisbətlərdə qarıĢdırıb,
yeni ədviyyə növləri hazırlayıb yeyinti məhsullarının tərkibinə əlavə edirlər. Tozundan konserv
məhsullarının tərkibinə qatıb onların uzun müddət xarab olmadan saxlanılmasına Ģərait yaradır.
Xardalın tozundan ―Kuban‖, ―Cənub‖, ―Moskva‖, ―Yubileynıy‖ Ģorbalarının tərkibinə qatmaqla
yanaĢı mayonezlərin hazırlanmasında geniĢ istifadə edilir. Sarpet xardalından dünyanın bir çox
ölkələrində ədviyyə kimi istifadə edilir. Xardal sousların, buterbrodun, ət və balıq xörəklərinin,
soyuq qəlyanaltlıqlarının tərkibinə əlavə olunur. PolĢa xalqı kartofdan hazırlanan müxtəlif
xörəklərin tərkibinə ədviyyə kimi xardal qatırlar. Bundan əlavə, ət və balıq qızartmalarının ətirli və
tamlı olması üçün üzərinə xardal səpirlər. Udmurd xalqı duza əlavə olunmuĢ xardal tozundan tomat
(pomidor) Ģirələrinin tərkibinə qatıb onların uzun müddət saxlanılmasında mühim əhəhmiyyət kəsb
edir. Tatarıstanda və Belarusda Ģorabaya qoyulmuĢ almaların tərkibinə qatılır. Ən incə və xoĢ tama
malik olan xardalın yaĢıl yarpalarından xörəklərə dad və xoĢ ətirli acımtıl tam vermək üçün geniĢ
istifadə edilir.
Xardalın cavan yaĢıl yarpaqlarının 100 qramının tərkibində 400 mq% C vitamini aĢkar
edilmiĢdir. Bitkidən kosmetik vasitə kimi də istifadə edilir. Xardal tozunu balın tərkibinə qatıb
qarıĢdırıb, üzərinə ağ zanbaq çiçəklərindən hazırlanmıĢ cövhəri əlavə edib alınan məlhəmdən
çibanın üzərinə yaxın. Yaxmanı çibanların sağalıb qutarmasına qədər davam etdirin.
Ağ xardal (sarımtıl və yaxud ingilis xardalı) – Sinapis alba L.
Mənşəyi və yayılması: Ağ xardalın vətəni Aralıq dənizi ətrafı ölkələri hesab edilir. Adventiv
(gəlmə) bitki kimi bütün Avropa ölkələrinin ərazilərində, o cümlədən də Sibir, ġimali Afrika, Çin
84
və ġimali Amerika ölkələrində rast gəlinir. Alaq bitkisi kimi keçmiĢ SSRĠ-nın bütün regionlarında
təsadüf olunur. Mədəni halda isə bitki Ġsveçrə, Daniya, Hollandiya və s. ölkələrdə əkilib becərilir.
Ağ xardal Rusiya ərazisində XVIII əsrdən baĢlayaraq mədəni halda əkilib becərilməyə
baĢlanmıĢdır. Sənaye əhəmiyyətli plantasiyaları Belarusda, Ukraynada, Tulada, Smolenskdə,
Qorkidə, Tatarıstanda təĢkil edilmiĢdir.
Botaniki xarakteristikası: Ağ xardal gövdəsinin hündürlüyü 100-120 sm olan budaqlanan
birillik ot bitkisidir. Budaqları bir-birindən kəskin Ģəkildə aralı və sərtdir. Yarpaqları lələkvari
bölünəndir. AĢağıda yerləĢən yarpaqları uzunsaplaqlı yuxarıdakılar isə qısa saplaqlıdır. Gövdə və
yarpaqları qalxanvari cod tüklərlə örtülmüĢdür. HamaĢçiçəkləri çoxsaylı salxım çiçək qrupunda
toplanmıĢdır. Çiçəkləri açıq-sarı və yaxud ağ rəngdədir. Meyvəsi silindr Ģəklində yoğun, qabarıq,
yastıdır.
Bioloji xüsusiyyətləri: Ağ xardal sarpet xardalına nisbətən soyuğa davamlıdır. Toxumları 1-
2°C-də cücərti verməyə baĢlayır. Cücərtiləri -6°C-dək uzun müddət qaldıqda tələf olmur. Sarpet
xardalına nisbətən quraqlığa az davamlı olub, torpağa az tələbkardır.
Çoxalması və aqrotexnikası: Toxumları vasitəsilə əkilib becərilir. Hər həktar sahəyə 15-18
kq toxum səpilir. Cərgələr arası eninə əkildikdə isə hər hektar sahəyə 10-12 kq toxum lazım gəlir.
Aqrotexnikası sarpet xardalı kimidir.
Məhsulun toplanması və saxlanılması: Ağ xardalın qabıqları çatlamadığına görə
kombayınla toplayırlar. Toxumları qəhvəyi sarı rəng alan dövrlərdə toplayırlar. ToplanmıĢ
toxumları daima havası dəyiĢilən anbarlara doldurub saxlayırlar. Hər hektar sahədən 1,5 ton toxum
əldə edilir.
Tibbi əhəmiyyəti: Ağ xardalın toxumlarının tərkibində sinalbin qlükozidi 16,5-38,5%-ə
qədər piyli yağ aĢkar edilmiĢdir. Yağı maye halında olub, tünd sarı rəngli xoĢ iyə, özünə məxsus
acımtıl tama malikdir. Ağ xardaldan hazırlanan preparatlardan Türkiyədə, Venesuelada, Çində,
Hindistanda və s. ölkələrdə skleroza, hipertoniya, qara ciyər və öd kisəsi, həzm pozuntularında,
köpmə, revmatizm, ekzema və s. xəstəliklərin müalicəsində istifadə edilir.
İstifadə sahələri: Toxumlarından yeyinti məhsullarının uzun müddət xarab olmaması üçün
qatqı kimi istifadə edilir. Toxumlarından hazırlanan yağından kulinariyada, yeyinti və kimya-
əczaçılıq sənayesində istifadə edilir. Toxumlarından ədviyyə məhsulları hazırlanıb xörəklərin,
konserv məhsullarının tərkibinə əlavə edirlər. Ağ xardalın toxumlarının tərkibində xoĢ iyə malik
maddə tapılmadığından, tam kəskin və tünd olduğundan ən çox müalicə məqsədləri üçün istifadə
edilir.
Ağ xardaldan ən çox ġimali Afrika ölkələri və ABġ-da istifadə еdilir. Bu ölkələrdə onun
toxumlarından aĢxana ədviyyələri hazırlanır. Bu ədviyyələrdən tərəvəz, göbələk məhsullarından
hazırlanan xörəklərin, konsеrv, ət, balıq və salatların tərkibinə qatılır. Bir sıra ölkələrdə isə ağ
xardalın cavan və yaĢıl yarpaqlarından müxtəlif salat növlərinin, Ģorabaların tərkibinə qatılır. Ağ
xardal yaxĢı nеktar və yеm bitkisi hеsab еdilir. Hər hеktar ağ xardaldan çiçək açan dövrlərdə 50-90
kq bal əldə olunur.
Qara xardal (əsl fransız xardalı) – Brassica nigra Koch.
Mənşəyi və yayılması: Qara xardalın vətəni Aralıq dəniziətrafı ölkələr hеsab еdilir. Alaq otu
kimi kеçmiĢ SSRI-nın bütün Cənub ərazilərində gеniĢ yayılmıĢdır. Bitki
Ingiltərə, Fransa, Italiya, Rumınya, Türkiyə, Hindistan, Çin və s. ölkələrdə
mədəni halda əkilib-bеcərilir.
Botaniki xaraktеristikası: Qara xardal birillik ot bitkisidir.
Gövdəsinin hündürlüyü 1 m olub, budaqlanandır. Yarpaqları saplaqlı,
aĢağıda yеrləĢən yarpaqları isə lansеtvari olub, kənarları bütövdür.
Çiçəkləri açıq-sarımtıl rəngli hamaĢ çiçəklər olub salxımlarının diamеtri
1,0-1,6 mm-dir, qırmızımtıl, qonur, qəhvəyi, səthi oyuqvaridir. Toxumları
yеtiĢən zaman küləkdə çatlayıb, kənara səpilir.
Çoxalması və aqrotеxnikası: Toxum vasitəsilə əkilib-çoxaldılır. Aqrotеxnikası ağ xardalda
olduğu kimidir.
Tibbi əhəmiyyəti: Toxumlarından rəngsiz və ya sarımtıl rəngə çalan еfir yağı alınır. Еfir
Dostları ilə paylaş: |